Cümə günü, 2024-04-26, 4:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

Hacət və qəm-qüssəni aradan qaldırmaq.
2012-11-04, 8:33 AM
Hacət və qəm-qüssəni aradan qaldırmaq.


45 – Hacətin həyata keçməsi
Allahın Rəsulu (səllallahu əleyhi və alihi) buyurdu:
"Sizin mənə salavat göndərməyiniz, sizin hacətlərinizin həyata keçməsinə səbəb olar. Allahı sizdən razı edər və sizin əməllərinizi pakizə edər.”
46 – Yüz hacətin həyata keçməsi
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Hər kəs Muhəmməd və Ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) yüz dəfə salavat göndərsə, Allah onun yüz hacətini həyata keçirər.”
47 – Qəm-qüssənin aradan qalxması
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Ey Əli! Hər vaxt bir iş səni kədərləndirsə, de: İlahi! Yatmayan gözlərinlə mənə gözətçi ol, məni təcavüzə məruz qalmamaq üçün öz himayət kölgəndə qərar ver. Səndən Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndərməyini istəyirəm və sənin tükənməz gücünlə düşmənlərin və zülmkarların boğazını yırtaram.”
48 – Hacətin qəbul olması
Əmirəl-möminin Əli (əleyhis-səlam) buyurdu:
"Hər kəs üç dəfə desə: "Allahummə səlli əla Muhəmməd (səlləllahu əleyhi və alihi)in və ali Muhəmməd (səlləllahu əleyhi və alihi)i” Allah onun hacətini həyata keçirər.”
49 – Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alihi) təvəssül etmək
Qəm-qüssə gətirən hadisələr aşkar olan bir vaxtda əziz İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi) təvəssül etmək ən gözəl sığınacaqdır. O Həzrətə təvəssül etmək 40 gün ardıcıl olaraq bu duanı 92 yaxud 132 dəfə zikr etməkdən ibarətdir. Dua belədir "Allahummə səlli ələn-nəbiyyir-rəhməti və şəfiul-ümməti və kaşiful-ğəmmihi Muhəmmədin və alihi əcməinə.” Bu çox təcrübə olunmuş əməllərdəndir.
50 – Çətinliklərdən xilas olmaq
"Və iz nəccaynakum min ali-Fironi” ayəsinin təfsirində gəlmişdir:
Bəni-İsrail "Muhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə” salavat zikr etməklə Fironun yaratdığı çətinliklərdən və Fironun xidmətçiləri tərəfindən qərar verilmiş çətinlik və əziyyətlərdən nicat tapırdılar. Bəni-İsrail Fironun məcbur qoyduğu işin nəticəsində taqətdən düşürdülər, o vaxta qədər ki, Allah tərəfindən Musa (əleyhis-səlam)-a vəhy oldu ki, onlara (Bəni-İsrailə) "Muhəmməd (səlləllahu əleyhi və alihi) və Əhli-Beytinə” (səllalahu əleyhi və alihi) salavat göndərməyi öyrət ki, onların çətinliklərinin yüngülləşməsinə səbəb olsun.
51 – Duanın başlanğıcında salavat
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Sizin hər birinizə lazımdır ki, böyük və əzəmətli Allahın qarşısında hacətinizi aşkar (bildirən) edən zaman İlahi sitayişlə başlasın və Peyğəmbər (səlləllahu əleyhi və alihi) və onun Əhli-Beytinə tərif desin. Sonra isə öz təqsir və günahlarını etiraf edərək Allahdan hacətini istəsin.”
Müəllif: Abbas Əzizi
Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 940 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]