Cümə günü, 2024-03-29, 2:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

Həzrət Zəhranın (s.ə) təsbihinin fəzilətləri
2012-11-03, 3:00 PM
Həzrət Zəhranın (s.ə) təsbihinin fəzilətləri


Namazdan sonra oxunan dualar içərisində Həzrət Zəhranın (s.ə) təsbihinin fəziləti çoxdur. Bəlkə başqa dualardan daha üstün hesab edilər. İmam Sadiqdən (ə) nəql edilir ki, buyurur: "Hər bir namazdan sonra Həzrət Zəhranın (s.ə) təsbihini söyləmək mənim yanımda hər gün qılınan min rükət namazdan daha sevimlidir”. Həzrət (ə) başqa yerdə buyurur: "Yatağına gedən zaman 34 dəfə "Allahu Əkbər", 33 dəfə "Əlhəmdulilləh" və 33 dəfə "Sübhənəllah" de və "Ayətəl-kürsünü”, "Muəzzəteynlə”, "Saffat” surəsinin on əvvəl ayəsi və on sonrakı ayələrini oxu”.
İmam Sadiq (ə) Əbu Harun adlı tərəfdaşına buyurur: "Biz kiçik yaşlılarımıza Həzrət Zəhranın (s.ə) təsbihini deməyi əmr edirik, necə ki, onları namaz qılmağa vəzifələndiririk”.
Cabir ibni Abdullahın dediyinə görə "Sübhənəllah" zikri "Əlhəmdulilləh" zikrindən əvvəl deyilir. Ancaq yaxşı olar ki, "Əlhəmdulilləh"i əvvəl deyəsən. Bu təsbihin həm müstəhəb və həm də vacib namazlardan sonra deyilməsi müstəhəbdir. Hətta sübh namazından sonra bu zikrin deyilməsi xüsusi vurğulanmışdır. Həzrət Zəhranın (s.ə) təsbihini İmam Hüseyn (ə)
türbətindən düzəldilmiş təsbihlə etmək müstəhəbdir.
İmam Sadiq (ə) buyurur: "Hər kəs Fatimeyi-Zəhra (s.ə) təsbihini namazdan ayrılmamış edərsə, Allah onu bağışlayar”. Hədislərin birində oxuyuruq: "Əgər ondan da fəzilətli bir əməl olsaydı, Peyğəmbər (s) onu Fatiməyə (s.ə) əta edərdi”.
Allah qəlblərimizi Kövsər feyzi ilə aydınlatsın və o Xanımı (s.ə.) daha yaxından tanıyaraq, iman və təqvanı cəmiyyətdə təcəlli etdirək.

(Tebyan/ Deyerler.org )
Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 956 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]