Cümə günü, 2024-03-29, 6:36 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

HƏZRƏT FATİMEYİ-ZƏHRƏNIN (əleyha-salam) ZİKRİNİN FƏZİLƏTİ
2012-11-03, 3:11 PM
HƏZRƏT FATİMEYİ-ZƏHRƏNIN (əleyha-salam) ZİKRİNİN FƏZİLƏTİ
Bismillahir – rəhmanir – rəhim

Fatimeyi-Zəhranın (əleyha-salam) zikri İlahi hədiyyədir.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Tovhidi bəyan edir.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Tovhid dərsidir.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri kədərli dastanı xatırladır.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri insanın meracıdır.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Namaza zinnət bağışlayır .
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Allah dərgəhında qəbul olunmuş min rəkət namazdan üstündür.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri çoxlu zikrdir.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri insan əməllərinin tərəzisinin ağır olmasına bais olur.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri Allahın razılığına səbəb olur.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri behiştə daxil olmağa səbəb olur.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikri İlahi zikrdir.
İmam Sadiq (əleyhis-səlam) buyurur: İbadətlər arasında həzrət Fatimeyi-Zəhranın (əleyha-salam) zikrindən daha üstünu yoxdur və əgər olsaydı Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) Fatiməyə (əleyha-salam) öyrədərdi.
Fatimeyi-Zəhranın (əleyha-salam) zikrini davamlı şəkildə deməkdə səy edək. Namazdan sonra və yatan zaman bu zikrdən qafil olmayaq. Öz namaz və yuxumuzu Fatimeyi-Zəhranın (ə) zikri ilə zinətləndirək və səy edək ki, bu zikri İmam Hüseyn (əleyhis-səlam) türbəti ilə deyək. Çünki İmam Hüseynin (əleyhis-səlam) türbəti Kərbala himasələrini (igidliklərini) xatırladır və şəhadət mədəniyyətini dirildir. Bu zikri deməklə yanaşı gözlərimizdən yaş axsın. Nəticədə İmam Hüseyn (əleyhis-səlam) ilə daha çox ünsiyyət tapaq.
Ümidvarıq ki, Fatimeyi-Zəhranın (əleyha-salam) zikrini deməklə öz dünya və axirət həyatımızı sığortalayaq və onu öz axirət səfərimizin azuqəsi edək
Abbas Əzizi

I-ci Fəsil
Həzrət Fatimeyi-Zəhra (əleyha-salam) zikrinin əhəmiyyəti
« Çoxlu» zikrdən məqsəd nədir?
«O kişilər ki, Allahı çox xatırlayırlar və o qadınlar ki, Allahı çox xatırlayırlar ("Əhzab" 35).
-İnsan Allahı xatırlamaqla hər halda və hər şəraitdə öz qəlbindən xəbərsizlik və qəflət pərdələrini kənara çəkir və şeytan vəsvəsələrini uzaqlaşdırır. «Çox zikrdən məqsəd nədir» sualına gəldikdə isə İslami rəvayətlər və müfəssirlərin (təfsir alimləri) söhbətlərində zikrin müxtəlif mənaları qeyd olub ki, zahiri mənada zikr cəhətdən eynidir (bir-birinin oxşarıdır) və bu kəlmənin geniş məfhumu (mənası) bütün bunların hamısına şamil olur.
İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi) olan bir hədisdə oxuyuruq. «Bir vaxt kişi öz həyat yoldaşını gecə yuxudan oyatsa və hər ikisi dəstəmaz alıb gecə namazı qılsalar, Allahı çox xatırlayan və zikr edən kişilər və qadınlar sinfindən olacaqlar.”
-Həzrət İmam Sadiq (əleyhis-səlam) buyurur: Hər kəs Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini gecədə desə bu ayə ona aid olar:
«Ey iman gətirənlər! Allahı çox xatırlayın» ("Əhzab" 44).
-Maddi həyatda qəflətin amil və səbəbləri çoxdur və şeytanın zəhərli vəsvəsə oxları hər tərəfdən insana atılır. Onunla mübarizə üçün çoxlu zikrdən başqa yol yoxdur.
Əziz Peyğəmbərimizdən soruşdular: Qiyamət günü bəndələrdən hansı birinin məqamı daha üstündür? Buyurdu: Allahı çox xatırlayan şəxslər (daha üstün məqama sahib olarlar).
İmam Sadiq (əleyhis-səlam) buyurdu: «Hər kəs Allahı çox xatırlasa, Allah-taala ona öz lütfü sayəsində behiştlərində yer verəcək.”
Buradan məlum olur ki, «çoxlu zikrin» geniş mənası vardır. O cümlədən, rəvayətlərdə həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinə (34 dəfə Allahu əkbər, 33 dəfə Əlhəmdulillahi, 33 dəfə (Subhanəl-lahi) işarə olunur.
«Əlləzinə amənu və əmilus-salihati və zəkərəllahə kəsirən» «o kəslər ki, iman gətiriblər, saleh əməllər edirlər və Allahı çox xatırlayırlar».
İmam Sadiqdən (əleyhis-səlam) olan bir hədisdə oxuyuruq ki, buyurur: "Çoxlu zikrdən məqsəd Fatimeyi-Zəhranın (əleyha-səlam) zikridir ki, təkbir (Allahu əkbər) , həmd (Əlhəmdulillahi) və təsbihdən (Subhanəl-lahi)ibarətdir”. ("Şuəra" 227)
Çoxlu zikr
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
«Təsbihu Fatimətəz-Zəhra (əleyha-səlamu) minəz-zikril –kəsirilləzi qaləl-ləhu əzzə və cəllə: Uzkurul-lahi zikrən kəsirən»
«Həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri o çoxlu zikrdəndir ki, Allah-taala buyurdu: Və Allahın zikrini çox deyin ».
Əhli-beyt (əleyhimus-səlam)-ın sirəsi (adəti, həyat tərzi)
İmam Hadi (əleyhis-səlam) buyurdu: «Biz əhli-beyt yatan zaman on əməli yerinə yetiririk: Dəstəmaz almaq… və 33 dəfə «Subhanəllahi» demək, 33 dəfə «Əlhəmdulillahi» demək və34 dəfə «Allahu-əkbər» demək.”
Övladlara zikri öyrətmək
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) qızı Zəhraya (əleyha-səlam) zikrdən ibarət ən gözəl və ən üstün dərsi öyrətdi. O zamandan bizim dövrümüzə qədər milyonlarla insan öz namazlarının təqibatında (axırında) onu zikr edirlər. Allah dərgahından Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri hörmətinə hacətlərini ərz edir və həyatda çətinliklərin aradan getməsini və muvəffəqiyyət qazanmalarını istəyirlər.
«Qürbül-İsnad» kitabında İmam Sadiqdən (əleyhis-səlam) gəlmişdir: Biz öz övladlarımıza namazı əmr etdiyimiz kimi, Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini də əmr edirik. Sən də (Əbu Haruna xitab edərək) özünü bu işə vadar et ki, hər hansı bir bəndə onu zikr etməsə, bədbəxtliyə düşər».
Zikr deməyə rəğbət və həvəsləndirmək
Bu zikr barədə məsum imamlardan varid olan əxbar və rəvayətlər çoxdur ki, o böyük şəxsiyyətlər öz şiələrini onun zikrinə (təsbihə) təşviq edirdilər. Bu o dərəcədə idi ki, həzrət İmam Məhəmməd Baqir (əleyhis-səlam) buyurdu: «Allah-taalaya hər namazdan sonra deyilən Həzrət Fatimənin (əleyha-səlam) zikrindən daha üstün bir əməl ilə ibadət olunmamışdır və əgər ondan daha üstün bir əməl olsaydı, Peyğəmbər (səlləllahu əleyhi və alihi) onu qızı Fatiməyə (əleyha-səlam) bəxş edərdi.”
İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif) Həzrət Fatimənin (əleyha-səlam) zikrini tövsiyə etməsi
Həzrət Ayətul-lahul-uzma Mərəşi Nəcəfi (rə) deyir:
Əsgəreynin (əleyhiməs-səlam) (İmam Hadi(əleyhis-səlam) və İmam Həsən Əsgərinin (əleyhis-səlam) hərəmi) ziyarəti yolunda İmamzadə seyyid Məhəmməddə sona yetən bir şosedə yolu itirdim. Şiddətli aclıq və susuzluğun nəticəsində həyatdan məyus olub huşsuz bir halda yerə yıxıldım. Birdən gözümü açdım, başımın möhtərəm bir şəxsin ətəyində olduğunu gördüm. O şəxs mənə öz ömrümdə içmədiyim dadlı bir su verdi. Ondan sonra süfrəsini açdı və onun arasında iki-üç ədəd girdə çörək var idi ki, ondan da yedim. Bu vaxt mənə buyurdu: «Ey seyyid! Hara getmək qəsdin var?». Dedim: Seyyid Məhəmmədin pak ziyarətgahına (hərəminə). Buyurdu: «Bu Seyyid Məhəmmədin ziyarətgahıdır.” Baxdım gördüm ki, Seyyid Məhəmmədin sərdabəsi altında qərar tutmuşuq, halbuki mən Qadisiyyədə itmişdim və ora ilə İmamzadə Seyyid Məhəmmədin ziyarətgahı arasında xeyli məsafə vardır. O möhtərəm şəxslə olduğum bir müddətdə mənə faydalar nəsib oldu və mənə bir neçə əməl sifariş etdi; O cümlədən, Quran-kərimi oxumaq… və Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini və... Lakin zehnimə gəlmədi ki, bu ağa kimdir, o zamana qədər ki, gözlərimdən qeyb olduğu zaman onun kim olduğunu anladım.
Fatimeyi -Zəhranın (əleyha-səlam) zikrinin üstünlüyü
Allah-taalaya heç həmd və sitayiş ilə Fatimeyi –Zəhranın (əleyha-səlam) zikrindən daha üstün heç bir ibadət yoxdur. Əgər ondan daha üstün bir şey olsaydı, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) onu qızına bəxşiş edərdi. O (təsbih zikri) hər vacib namazdan sonra İmam Sadiqin (əleyhis-səlam) yanında hər gündə qılınan min rükət namazdan daha sevimlidir. Hər bir bəndə ona nisbət daimi surətdə əhəmiyyət verib çalışsa heç vaxt bədbəxt olmayacaqdır. Bu səbəbdən uşaqlara namaz qılmağa əmr etmək lazım olduğu kimi bu təqibatları oxumağa da əmr etmək lazımdır. Çünki baxmayaraq bu zikr dildə 100 ədəddir. Lakin İlahi tərəzisində 1000 ədəd sayılır. Şeytanı uzaqlaşdırır və Allahın razılığını cəlb edir. Qulaqlarda olan ağırlıqları aradan aparır. Fatimeyi –Zəhranın (əleyha-səlam) zikrini hər hansı bir bəndə zikr etsə, səccadədən (canamazdan) ayağını hərəkətə gətirib götürməzdən əvvəl Allah-taala onu bağışlayar və behişti ona vacib edər. Məxsusən, sübh namazından sonra onu «la ilahə illəllah»ı deməklə kamil etsin və sonra bağışlanma istəsin. Bu zikri deməklədir ki, Allah bəndəsi o kəslərin sırasında məşhur olar ki, onlar Allahı çox xatırlayırlar « əz-zakirinəllahə kəsirən» və Allahın onu xatırlamaq ləyaqətini qazanırlar. Necə ki, Allah vədə verib və buyurmuşdur «Fəzkuruni əzkurum» Məni xatırlayın ki, mən sizi xatırlayım» (Əl-Cəvahir" c.10, səh.396)
Möminin nişanəsi
«Məkarimul–əxlaq» kitabında hekayət olub ki, Fatimeyi –Zəhranın (əleyha-səlam) zikri möminin beş əlamətlərindən biridir.

Müəllif: Abbas Əzizi
Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 854 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]