Cümə günü, 2024-03-29, 5:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin faydaları
2012-11-03, 3:07 PM
Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin faydaları
1) Bədbəxtçilikdən nicat tapmaq
İmam Sadiq (əleyhis-səlam) buyurdu: Ey Əba Harun! Biz öz uşaqlarımızı namaz qəlmağa əmr etdiyimiz kim Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini etməyə də əmr edirik. Onu zikr etməyə diqqət və səy et və zikrləri qoru. Hər bir bəndə onu qorusa bədbəxt olmaz.
2) Günahların bağışlanması
İmam Sadiq (əleyhis-səlam) buyurdu: Hər kəs vacib namazdan sonra sağ ayağını sol ayağının üstündən götürməmişdən əvvəl Fatimeyi–Zəhranın (əleyha-səlam) zikrini desə bütün günahları bağışlanar və bu zikri «Allahu-Əkbər»dən başlasın»(Cameyi- ayət və əhadisə namaz, c.2, səh.45)
3) Behiştin vacib olması
İmam Sadiq (əleyhis-səlam) buyurdu: «Hər kəs Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini vacib namazdan sonra təşəhhüd və salam oturuşu halından çıxmamışdan əvvəl zikr etsə Allah-taala behişti ona vacib edər.”
4) Mələklərin qayğısı
«Hər vaxt sizdən biriniz yatağına sarı getsə alicənab bir mələk və üsyankar bir şeytan sürətlə ona sarı gələrlər. O mələk ona deyir: «Gününü yaxşılıqla sona çatdır, gecəni yaxşılıqla başla». Şeytan ona deyər: «Gününü günahla qurtar və gecəni günahla başla.”
«Bu vaxt əgər o şəxs alicənab mələyə itaət etsə və gününü Allahın zikri ilə başa vursa və gecəsini yatağına gedən zaman Allahın zikri ilə başlasa və 34 dəfə «Allahu-əkbər» 33 dəfə «Subhanəllah» və 33 dəfə«Əlhəmdulillah» desə, o mələk şeytanı onun yanından qovur və şeytan uzaqlaşır və o mələk o şəxs yatana qədər onu qoruyar. Və o şəxs yuxudan oyanan vaxtda şeytan (yenə də) ona tərəf tələsər və yatmazdan əvvəl ona dediklərini yenə deyər. O mələk də o şəxs yatmazdan qabaq dediklərini ona deyər. Əgər o bəndə Allahı keçən gecə yuxudan əvvəl xatırladığı kimi (yenə də) zikr etsə o mələk şeytanı ondan qovar və şeytanı ondan uzaqlaşdırar. Allah-təala gecənin ibadət savabını onun üçün yazar»(Fəlahul-Məsail,səh. 279).
5) Təhlükələrdən qorunmaq
İmam Sadiq (əleyhis-səlam) buyurur:
"İki qardaş Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alihi) yanına gəldilər və ərz etdilər. Biz ticarət etmək üçün Şama getmək istəyirik. Təhlükələrdən qorunmaq üçün nə demək (etmək) lazım olduğunu bizə öyrədin.”
Həzrət buyurdu: "Karvansaraya çatan zaman işa namazını qılın, sizdən hər hansı biriniz yatağına gedən vaxt Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini desin və ondan sonra "Ayətul-Kürsü”nü oxusun. Bu halda sübhə qədər hər bir şər və təhlükədən amanda qalacaqsınız.”
Yol əsnasında bir dəstə oğru onları təqib etdi və o, iki qardaş karvansaraya daxil olan zaman öz qulamını məmur etdilər ki, getsin və görsün ki, bu iki qardaşın halı necədir, hansı vəziyyətdədirlər, yatıblar, yaxud oyaqdırlar? Qulam onlara yetişən zaman gördü ki, iki qardaş öz yataqlarına sarı yollandılar və onların hər ikisi "Ayətəl-kürsü”nü və Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini etdilər və bunun ardınca (Qulam görür ki,) birdən iki divar o iki qardaşı əhatə etdi. Qulam onların ətrafına nə qədər dolansa da iki divardan ayrı bir şey görmədi. Oğruların yanına qayıtdı. Onlar ona dedilər: "Allah səni zəlil etsin! Sən bizə yalan danışdın. Bəlkə bacarıqsızlıq etdin və qorxdun!” Bu vaxt özləri qalxdılar və baxdılar. Lakin onlar da iki divardan başqa bir şey görmədilər. Sonra o iki divarın kənarında qərar tutdular. Lakin bir şey eşitmədilər və kimsəni görmədilər. Onda öz yerlərinə qayıtdılar.
Sübh olandan sonra oğrular o iki qardaşın yanına gəldilər və dedilər: "Siz harda idiniz?”
Dedilər: "Biz elə burda idik və öz yerimizdən tərpənmədik.”
Oğrular dedilər: And olsun Allaha ki, biz gəldik və iki divardan başqa ayrı bir şey görmədik. Bizə deyin görək sizin dastanınız nə məsələdir?”
O iki qardaş dedilər: "Biz Allah elçisinin yanına getdik və ondan bizə bir şey öyrətməsini istədik. O Həzrət (səlləllahu əleyhi və alihi) "Ayətəl-kürsü” və Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini bizə öyrətdi və biz də onları dedik (zikr etdik).”
Oğrular dedilər: "Gedin, And olsun Allaha ki, biz (daha) sizin ardınızca gəlməyəcəyik və bu kəlamın ("Ayətəl-kürsü” və təsbihat) olması ilə heç bir oğru sizə təcavüz edə bilməz.
6) Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri ilə dərman
Bir kişi İmam Sadiqin (əleyhis-səlam) yanına gəldi. Həzrət onunla söhbət etdi. O kişi Həzrətin kəlamını eşitmədi və qulağının ağır eşitməsindən Həzrətə şikayət etdi. Həzrət ona buyurdu: "Niyə Fatimənin (əleyha-səlam) zikrindən qafilsən”
O kişi dedi: "Sənə fəda olum, Fatimənin (əleyha-səlam) zikri nədir?”
Həzrət buyurdu: "34 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdulillah və 33 dəfə Subhənallah yüz ədəd və kamil olana qədər deyirsən”
O, kişi deyir: "Qısa bir müddətdən sonra bu təsbihata davam etdim və qulağımın ağırlığı aradan getdi”("Təsbihati Hz. Zəhra" səh. 27)
Şeytanın uzaqlaşması
İmam Baqir (əleyhis-səlam) buyurdu:
"Hər kəs Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrindən sonra istiğfar etsə, (bağışlanma istəsə) bağışlanar və o zikr dildə yüz ədəddir və əməllər tərəzisində 1000 olacaq, şeytanı uzaqlaşdırıb və rəhman Allahı razı edir.”

Müəllif: Abbas Əzizi
Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 866 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]