Cümə günü, 2024-04-19, 7:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

Fatimeyi-Zəhra (s) zikrini deməyin vaxtı
2012-11-03, 3:06 PM

Fatimeyi-Zəhra (s) zikrini deməyin vaxtı

1) Namazdan sonra zikr
a) 1000 rəkət namazdan daha üstün
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Həzrət Fatiməyi-Zəhra (əleyha-səlam) zikri mənim yanımda hər gündə hər namazdan sonra min rəkət namazdan daha üstündür.”
b) Bağışlanmaya səbəb olur
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Hər kəs vacib namazdan sonra həzrət Zəhra (əleyha-səlam) zikri ilə 100 dəfə Allah-təalanın zikrinə məşğul olsa və onun ardınca "La ilahə illəl-lah”ı desə Allah-təala onu öz məğfirətinə (bağışlanmaya) aid edər.”
c) Namazın rədd olması
Əllamə Müqərrəm deyir: "Bu zikr barədə o qədər deyilib ki, hətta Allah-təalanın haqqı vardır, kamil şəkildə və bütün şəraitlərlə yerinə yetirilmiş, lakin Fatimeyi-Zəhranın (əleyha-səlam) zikri deyilməmiş bir ibadəti sahibinə qaytarsın və ondan qəbul etməsin. Pak imamlar (əleyhimus-səlam) bu barədə buyurmuşlar: "Zikri olmayan namaz sahibinə qaytarılır.” Çünki ibadət həzrət Zəhra (əleyha-səlam) zikri ilə birlikdə bəzəkli bir paltar kimidir ki, paltar bəzəksiz və zinətsiz bəyənilmir.
d) Zikrdə davam
Həzrət Zəhra (əleyha-səlam) xidmətçi almaq üçün Peyğəmbərin yanına gedən zaman əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) ona buyurdu: "Ey Fatimə! Sənə bir şeyi əta edirəm ki, xidmətçidən dünya və dünyada olanlardan daha üstün olsun. Namazdan sonra 34 dəfə "Allahu əkbər”, 33 dəfə "Əlhəmdulillah” və 33 dəfə"Subhanəllah” ı de və onu "La ilahə illəllah” ilə tamamla. Bu iş sənin üçün istədiyindən, dünya və dünyada olan şeylərdən daha yaxşıdır.”
Onda həzrət Zəhra (əleyha-səlam) hər namazdan sonra bu zikrə davam etdi və ona mənsub oldu.
2) Yatan zaman zikr demək:
a) Xidmətçidən daha yaxşı
Əmirəl-möminin Əli (əleyhis-səlam) buyurdu:
"Həzrət Fatimeyi-Zəhra salamullah əleyha Rəsuli-Əkrəmin (səlləllahu əleyhi və alihi) yanına getdi və ondan bir xidmətçi istədi, Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: "Görəsən sənə bir şeydən xəbər verməyim ki, sənin üçün xidmətçidən daha yaxşı olsun? Yatan zaman da 33 dəfə "Subhənallah”, 33 dəfə "Əlhəmdulillah” və 34 dəfə "Allahu əkbər” de.”
Yatan zaman zikr demək
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Hər kəs gecəni Fatimə (əleyha-səlam)-ın təsbihi ilə başa vursa (yatan zaman təsbih desə) Allahı çox xatırlayan və zikr edən kişilər və qadınlar zümrəsindən olacaq.”
Yatmazdan əvvəl zikr demək
Həzrət Fatiməyi-Zəhra (əleyha-səlam) zikrini (demək sifariş verilən yerlərdən biri) öz yatağına getdiyin bir vaxtda 34 dəfə "Allahu əkbər” , 33 dəfə "Əlhəmdulillah” və 33 dəfə "Subhanəllah”, "Ayətəl-kürsü”nü, "Müəvvəzzətəyn” ("Fələq” və "Nas”surələri ) və Saffat surəsinin əvvəldə on ayəsi və axırda on ayəsini oxu (Came-ayat və əhadis namaz" c.2, səh. 54).

Müəllif: Abbas Əzizi
Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 1003 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]