Cümə günü, 2024-04-26, 6:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin mənası
2012-11-03, 3:05 PM

Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin mənası

Həzrət Fatimə (əleyha-səlam) zikrinin uca məfhumları
İmam Sadiq (əleyhis-səlam) buyurdu: "Fatimeyi-Zəhran (əleyha-səlam) zikri bunlardan ibarətdir: Münəzzəhdir bir cəlal sahibi ki, mütəkkəbbir və böyükdür. Münəzzəhdir bir izzət sahibi ki, şəni və mərtəbəsi uca və yüksəkdir, münəzzəhdir bir səltənətin sahibi ki, fəxr və iftixarə sahibdir, münəzzəhdir gözəllik və cəmal sahibi, münəzzəhdir o kəs ki, nur və vüqarla bəzənmişdir. Münəzzəhdir o kəs ki, qarışqanın ayaqlarının əlamətlərini saf və şəffaf daşda görüb, ağaclar və güllərin üzərinə düşən quşlara nəzər salır.
"Allahu Əkbər”in mənası
- Allah bizim düşüncə və xəyalımızdan daha böyük və ucadır.
- Allah bütün şeylərdən daha böyükdür.
- Allah bütün varlıqlardan, o cümlədən: duyduğumuz maddi aləmdən, mələklərdən və qeyri-maddi (mələkuti, metafiziki) mövcudatdan daha üstündür.
- İmam Sadiq (əleyhis-səlam) buyurur: "Elə ki, başlanğıcda təkbir (Allahu Əkbər) deyirsən gərək ondan (Allahdan) başqa bütün varlıqlar sənin nəzərində kiçilsin.”
- Hər "Allahu Əkbər”, Allahın böyüklüyü duyğusunu insanın vücudunda genişləndirir və onu ülvi dərəcələrə nail edir.
- Hər vaxt namazda münacatın şirinliyini daddınız bilin ki, sizin təkbiriniz Allah-təalanın qəbul və təsdiq məqamındadır.
- "Allahu Əkbər” bir kəlmədir ki, müsəlman körpə doğumunun başlanğıcında azan və iqamə ünvanı vasitəsilə eşidir.
- Və ən axırıncı bir kəlmədir ki, ölüyə oxunur.
- Birinci və yeganə bir zikrdir ki, hər namazda vacibdir və həm də namazın rüknüdür.
"Əlhəmdulillah”ın mənası
- Həmd və sitayiş o Allaha məxsusdur ki, bütün kainat onunla bəslənir.
- Bu zikri deməklə, şükr etmək hiss və duyğusu bizdə dirilir.
- Bu zikri demək qəflətləri aradan aparır, nemətləri yada salır və bizi İlahi Rübubiyyətə diqqətli və ayıq edir.
- Quranda Allah üçün 100 ad gəlmişdir ki, "Allah” onların ən yığcamıdır.
- "Həmd” kəlməsində Allaha "sitayiş və şükr”dən əlavə ayrı bir mənada gizlənmişdir və o "pərəstişdir”
"Subhanəllah”ın mənası
İmam Sadiqdən (əleyhis-səlam) Allahın bu sözü "Subhanəllah” barədə sual oldu, buyurdu: "Onu (Allahı) pak və münəzzəh bilmək mənasındadır”("Nizanul-hikmə" c.5, səh.2363).
Peyğəmbərin sözü
Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alihi) Təlhə ibn Übeydullahın "Subhanəllah” ın mənası barədə soruşduğu sualın cavabında buyurdu: "O, (Subhanallah) Allahı hər yaraşmaz sifətdən pak və münəzzəh bilməkdir.”
Zikrin savabında
İlahi zikrin ayrı qismlərindən biri təsbih deməkdir. Əli (əleyhis-səlam) buyurdu: "Bir nəfər bir dəfə"Subhanəllah” desə, bütün mələklər ona salavat göndərirlər və zikrin savabını Allahdan başqa kimsə bilmir.”
"İddətud-dai vəl-Ali” kitabında gəlmişdir ki, Həzrət İmam Sadiq (əleyhis-səlam) buyurdu: "Süleymanın ordusu, məsafəsinə görə 600 kvadrat kilometr ərazini əhatə etmiş quşlar və toyuqlardan, 150 kilometr vəhşi heyvanlardan və 150 kilometr adamlardan ibarət idi. Cinlər Süleyman (əleyhis-səlam) üçün onun böyüklüyü 12 kvadrat kilometr olan ipək və qızıldan bir (bəsat) fərş toxumuşdular. Süleyman (əleyhis-səlam) üçün o fərşin üstündə bir minbər qoydular və onun ətrafına qızıl və gümüşdən olan kürsülər qoydular. Peyğəmbərlər qızıl kürsülərə, alimlər isə gümüş kürsülərdə otururdular. Quşlar Süleymanın (əleyhis-səlam) başı üstündə öz qanadlarını bir-birinə yapışdırırdılar ki, gün Süleymanın başına düşməsin və Allah küləyi Süleymanın ixtiyarına vermişdi ki, onun fərşini götürür və gecə-gündüz iki ay dolandırardı. Necə ki, Allah buyurur: "Və li Suleymanər-rihə ğəduha şəhrun və rəvahuha şəhr”("Səba" 12).
Bir gün külək fərşi o cəlal və şövkətlə aparırdı bir kəndli səhrada durmuşdu və dedi: "Subhanəllah” Allah Davudun oğluna necədə səltənət əta edib? Külək onun sözünü Süleymanın qulağına yetirdi. Həzrət Süleyman əmr etdi külək fərşi yerə endirsin. Kəndli kişinin yanına getdi. Buyurdu: "Təsbihətun vahidətun yuqbiluhəllahə xəyrun min ma utiyə min ali Davud” yəni Allah bəndələrindən biri bir subhanəllah desə və Allah qəbul etsə Ali-Davuda əta etdiyindən daha üstünün ona verər. Başqa bir rəvayətdə vardır ki, bir "Subhanəllah” demək Allah yolunda verilən bir dağ gümüşdən daha fəzilətli və üstündür. Və bu "Subhanəllah” deməyin çoxlu fayda, səmərə və bərəkətləri vardır(Səmərətul-həyat" c.2, səh. 720-721).
Mələklərin salamı
İmam Əli (əleyhis-səlam) "Subhanəllah” ın mənası nədir sualına cavabında buyurdu: "O Allahın (əzzə və cəllə) uca məqamının ehtiram olunması və onun barəsində müşriklər dediyi hər şeydən onu münəzzəh bilməkdir. Hər vaxt bəndə bu cümləni desə, hər bir mələk ona salam göndərir”("Nizanul-hikmə" c.5, səh. 2363).
Subhanəllah zikrinin faydaları
Şeyx Səduq "Əmali” kitabında İmam Sadiqdən (əleyhis-səlam) rəvayət etmişdir ki, buyurdu: "Bir nəfər bir gün 30 dəfə "Subhanəllah” desə Allah-təala ondan 70 növ bəlanı uzaqlaşdırar ki, onların ən yüngülü fəqirlik bəlasıdır. 2-ci faydası budur ki, qəm-qüssə, qorxu, təhlükə, çətinlik və müsibətlərdən nicat tapmağa səbəb olur. Necə ki, balığın qarnından Yunus peyğəmbərin nicat tapmasına bu iş səbəb oldu ki, dedi: "Sübhanəkə inni kuntu minəz-zalimin”("Ənbiya" 87). Allah ona nicat verdi necə ki, buyurur: "Fəstəcəbna ləhu və nəccəynəhu minəl-ğəmmi”("Ənbiya" 87) və sonra buyurur "Fələvla ənnəhu kanə minəl-musəbbihinə lə ləbisə fi bətnihi ila yavmə yubəsun”("Səffat" 143) yəni "onun zikrinin bərəkəti ilə ona balığın qarnında qəm-qüssə, giriftarlıq və çətinlikdən nicat verdik.
Behiştdə bir ağac
Ayrı bir rəvayətdə vardır ki, Bir nəfər bir "Subhanəllah” desə, behiştdə bir ağac onun üçün əkərlər, hər vaxt"vəl-həmdulillah” desə, ayrı ağac əkirlər.

Müəllif: Abbas Əzizi
Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 944 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]