Cümə axşamı, 2024-04-25, 1:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı
2012-11-04, 8:28 AM
Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı

Hər halda salavat.


1– Mənə salavat göndərin!
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Hər halda olsanız mənə salavat göndərin, çünki sizin salavatınız mənə çatır.”
2 – Hər məkanda salavatın vacib olması
İmam Rza (əleyhis-səlam) buyurub:
"Muhəmməd və ali Muhəmmədə salavat göndərmək hər yerdə: asqıran zaman, yel əsən zaman, qoyun kəsdikdə və ayrı yerlərdə vacibdir.”
3 – İzdivac xütbəsi və bütün hallarda
Məşhur təfsirçi ibn Əbbas "Ya əyyuhəl-ləzinə amənu” ayəsinin təfsirində dedi:
"Namazda, məsciddə və harada olsanız, izdivac xütbəsində ona salavat göndərməyi unutmayın.”
4 – Məsciddən keçən zaman salavat
"Ammə (əhli-sünnət) Əmirəl-möminindən (əleyhis-səlam) rəvayət edib ki, buyurdu: "İza mərərtum bil məscidi fə səllu ələn-nəbiyyi səlləllahu ələyhi və alihi.”
"Yəni, bir məscid yanından keçdiyiniz zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi)-a salavat göndərin.”
"Məscidə nəzəriniz düşən zaman salavat göndərmək lazımdır.”
5 – Allahın adını xatırlayan zaman
Bir kişi səkkizinci İmamdan (əleyhis-səlam) "Və zəkərəsmə rəbbihi fə səlla” ayəsinin təfsirindən sual etdi.
İmam buyurdu: "Məqsəd budur ki, Mutəal Allahın adı dilə cari olan zaman Məhəmməd və ali Məhəmmədə (səllallahu əleyhi və alihi) salavat göndərilsin.”


Salavatı tərk etməyin təsirləri


1– O bəndə bədbəxt olsun!
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) bir gün minbərin birinci pilləsinə qalxdı və üç dəfə buyurdu: "Amin.” Sonrakı pilləyə qalxan zaman buyurdu: "Elə ki, birinci pilləyə qalxdım Cəbrail dedi: "Bədbəxt olsun o bəndə ki, Ramazanı (ayını) dərk etsin və Ramazanın (ayın) axırı yetişsin və bağışlanmasın!.”
Mən dedim: Amin!
Sonra dedi: "Bədbəxt olsun o bəndə ki, ata və ana və yaxud onlardan birini dərk edə və o şəxsin behiştə daxil olmasına bais olmasın!”
Mən dedim: Amin!
Sonra dedi: "Bədbəxt olsun o bəndə ki, sən onun yanında xatırlanasan və sənə salavat göndərməsin!”
Mən dedim: Amin!
90 – Salavatı unutmağın cəzası
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
"Mən nəsiyəs-səlatə ələyyə xətəə təriqəl-cənnəti.”
"Hər kəs mənə salavat göndərməyi unutsa, behiştin yolunu itirmişdir.”
2 – Möhkəm olmayan söz
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Kullu kəlamin la yəzkərul-ləhu fihi fə yubdəu bihi və bis-səlati əleyyə fə huvə əqtəu məmhuqun min kulli bərəkətin”
"Bir söz ki, Allahın adı çəkilmədən və mənə salavat göndərmədən başlansa, möhkəm deyil və hər cür xeyir-bərəkətdən uzaqdır.”
3 – Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) cəfa
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Mən səmməl-vərdəl-əhmərə və ləm yusəlli ələyyə və əla ila fəqəd cəfai.”
"Bir nəfər qırmızı gülü (Məhəmməd gülü) iyləsə və mənə salavat göndərməsə, mənə cəfa etmişdir.”
4 – Salavat təsbihati-ərbəə ilə müadildir (bərabərdir)
İmam Rza (ə) buyurdu:
"Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli beytinə (Səllallahu əleyhi və alihi) salavat göndərmək "Sübhənəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər” zikri ilə müadildir (bərabərdir).
5 – Ən azğın insan
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"İnnə əzəllən-nasi mən zukirtə indəhu fə ləm yusəlli ələyyə.”
"İnsanların ən azğını o kəsdir ki, mənim adım onun yanında dilə gəlsin lakin o mənə salavat göndərməsin.”
Müəllif: Abbas Əzizi
Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 917 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]