Cümə günü, 2024-04-26, 9:49 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı
2012-11-03, 3:15 PM
Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı
Salavatı tərk etməyin təsirləri
– O bəndə bədbəxt olsun!
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) bir gün minbərin birinci pilləsinə qalxdı və üç dəfə buyurdu: "Amin.” Sonrakı pilləyə qalxan zaman buyurdu: "Elə ki, birinci pilləyə qalxdım Cəbrail dedi: "Bədbəxt olsun o bəndə ki, Ramazanı (ayını) dərk etsin və Ramazanın (ayın) axırı yetişsin və bağışlanmasın!.”
Mən dedim: Amin!
Sonra dedi: "Bədbəxt olsun o bəndə ki, ata və ana və yaxud onlardan birini dərk edə və o şəxsin behiştə daxil olmasına bais olmasın!”
Mən dedim: Amin!
Sonra dedi: "Bədbəxt olsun o bəndə ki, sən onun yanında xatırlanasan və sənə salavat göndərməsin!”
Mən dedim: Amin!
– Salavatı unutmağın cəzası
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
"Mən nəsiyəs-səlatə ələyyə xətəə təriqəl-cənnəti.”
"Hər kəs mənə salavat göndərməyi unutsa, behiştin yolunu itirmişdir.”
– Möhkəm olmayan söz
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Kullu kəlamin la yəzkərul-ləhu fihi fə yubdəu bihi və bis-səlati əleyyə fə huvə əqtəu məmhuqun min kulli bərəkətin”
"Bir söz ki, Allahın adı çəkilmədən və mənə salavat göndərmədən başlansa, möhkəm deyil və hər cür xeyir-bərəkətdən uzaqdır.”
– Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi) cəfa
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Mən səmməl-vərdəl-əhmərə və ləm yusəlli ələyyə və əla ila fəqəd cəfai.”
"Bir nəfər qırmızı gülü (Məhəmməd gülü) iyləsə və mənə salavat göndərməsə, mənə cəfa etmişdir.”
– Salavat təsbihati-ərbəə ilə müadildir (bərabərdir)
İmam Rza (ə) buyurdu:
"Məhəmməd (səlləllahu əleyhi və alihi) və əhli beytinə (Səllallahu əleyhi və alihi) salavat göndərmək"Sübhənəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər” zikri ilə müadildir (bərabərdir).
– Ən azğın insan
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"İnnə əzəllən-nasi mən zukirtə indəhu fə ləm yusəlli ələyyə.”
"İnsanların ən azğını o kəsdir ki, mənim adım onun yanında dilə gəlsin lakin o mənə salavat göndərməsin.”

Müəllif: Abbas Əzizi
Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 810 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]