Şənbə günü, 2024-04-27, 7:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı
2012-11-03, 3:07 PM
Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı
IV-cü fəsil

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin qaydası (ədəbləri)
Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrində davamlı olmaq
Məhəmməd ibn Cəfər (əleyhis-səlam) nəql edir:
"İmam Cəfər Sadiq (əleyhis-səlam) həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini ardıcıl olaraq yerinə yetirirdi və onu kəsmirdi” (Came-ayat və əhadisə nəmaz" c.2, səh. 54)
.
Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin deyilmə qaydası
İmam Sadiq (əleyhis-səlam) buyurur:
"Fatimənin (əleyha-səlam) zikri "Allahu Əkbər” ilə başlayıb 34 dəfə deyirsən, ondan sonra 33 "Əl-həmdulillah” və sonra isə 33 dəfə "Subhənallah” deyirsən” (Came-ayat və əhadisə nəmaz" c.2, səh. 50)
.
Zikr zamanı göz yaşı tökmək
Şeyx Qasım Əli ibn Hilal Cəzairi həzrət Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrini bir saatdan çox uzadardı. Çünki zikrlərindən hər bir kəlməni dilinə gətirsəydi onunla bərabər göz yaşlarını axıdardı.

V-ci fəsil
Zikrin növü
Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin növü
"Məkarimul-əxlaq” kitabında nəql olunub ki, Fatimeyi-Zəhranın (əleyha-səlam) əlində 100 düyün vurulmuş sapdan bir parça var idi. Onda o təsbihdə təkbirlərin sayı qədər düyün var idi ki, əlində dolandırırdı və təkbir deyib zikr edirdi. O vaxta qədər ki, Peyğəmbərin əmisi Seyyiduş-şühəda Həmzə (rə) şəhid oldu. Həmzənin şəhadətindən sonra təsbih dənələrinin düzəldilməsi üçün onun türbətindən istifadə olundu. Şəhidlər ağası Həzrət Əba Əbdillahil-Hüseyn (əleyhis-səlam) şəhadət hadisəsi baş verən zaman, camaat təsbih dənələrini düzəltmək üçün o əziz şəxsiyyətin türbətindən istifadə etdilər. Çünki dünya fədakarlarının ağasının torpaq və türbətində böyük bir fəzilət vardır. İmam Sadiq (əleyhis-səlam) buyurdu: "Təsbih (abi ümmün) göy saplarından düzəldilmiş və 34 dənəsi var idi və o anamız Fatimeyi-Zəhra (əleyha-səlam) zikri idi. Həmzə şəhid olan vaxt onun qəbrinin torpağından təsbih dənələri düzəldildi ki, hər namazdan sonra onunla zikr olunurdu.”
Türbət təsbihi
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Həzrət Fatimənin (əleyha-səlam) təsbihi təkbirlərin sayı qədər -34 ədəd– düyün vurulmuş bir sapdan ibarət idi və onu Həmzə şəhid olana qədər əlində dolandırırdı. Onun qəbrinin türbətindən bir təsbih düzəltdi və ondan sonra təsbih düzəltmək camaat arasında rəvac (adət) tapdı.”
İmam Hüseyn (əleyhis-səlam) türbəti ilə zikrin fəziləti
İmam Sadiqdən (əleyhis-səlam) iki türbətdən istifadə etmək barədə sual olundu ki, bu iki türbətin – həzrət Həmzə və İmam Hüseyn – hansı birindən təsbih düzəltmək daha fəzilətlidir?!
Həzrət cavabında buyurdu: "Həzrət İmam Hüseynin (əleyhis-səlam) qəbrinin torpağından düzəldilən bir təsbihin dənələri zikr deyilməzdən qabaq özü zikr deyir.”
Şiənin əlamətləri
"Rövzətül-vaizin” kitabından nəql olmuşdur ki, Həzrət Musa ibn Cəfər (əleyhis-səlam) buyurdu: "Bizim şiələr dörd şeydən ehtiyacsız deyildirlər: üstündə namaz qıldığı səccadədən (ya möhürdən) barmağına taxdığı bir üzükdən, dişlərini yumaq üçün misvakdan və İmam Hüseynin (əleyhis-səlam) qəbrinin türbətindən düzəldilmiş 33 dənəli bir təsbihdən ki, onu zikr deyən halda əlində dolandırsa Allah-təala onun üçün hər bir dənəsinə görə qırx savab yazar, səhv və qəflət halda dolandırsa, Allah-təala onun üçün iyirmi savab yazar.”
Haqq zikri demək
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"İmam Hüseynin (əleyhis-səlam) qəbrinin türbətinə səcdə etmək yeri yeddinci qatına qədər nurlu edir və bir nəfər Hüseynin (əleyhis-səlam) qəbrinin torpağından düzəldilmiş bir təsbihi özü ilə gəzdirsə, haqq zikr edən hesablanar, baxmayaraq ki, onunla zikr demir” (Came-ayat və əhadisə nəmaz" c.2, səh. 43).
İmam Səccadın (əleyhis-səlam) adəti (xasiyyəti)
Rəvayət olmuşdur ki: Həzrət İmam Zeynul-Abidini (əleyhis-səlam) Yezidin (lənətullah əleyh) yanına aparan zaman Yezid (lənətullah əleyh) onu öldürmək qərarına gəlir. Bu cəhətdən söhbətə başladı ki, həzrət onun qətlinə səbəb olan bir söz desin, lakin İmam Səccad (əleyhis-səlam) Yezid (lənətullah əleyh) onunla danışdığı qədər söhbət edirdi. Həzrətin əlində kiçik bir təsbih var idi ki, barmaqları ilə onu çevirirdi və söhbət edirdi. Yezid –(lənətullah əleyh) dedi: "Mən səninlə söhbət edirəm və sən barmaqlarınla təsbih çevirən halda cavabımı verirsən. Bu işi necə rəva görürsən?
Həzrət buyurdu: "Atam Cəddimdən (əleyhis-səlam) mənə danışıbdır ki, sübh namazını qılan zaman yerindən hərəkət edirdi, bir şey deməzdi, o vaxta qədər ki, təsbihi əlinə götürüb bu duanı oxuyardı:
"Allahummə inni əsbəhtu usəbbihukə və uhəmmidukə və uhəllilukə və ukəbbirukə və uməccidukə biədədi ma udiru bihi subhəti”
"Pərvərdigara! Mən səni çevirdiyim təsbih dənələri və sayı qədər təsbih, təhmid, təhlil təkbir və təmcid etdiyim halda sübh etdim.”
Sonra təsbihi əlinə götürüb onu çevirərdi və heç bir zikr demədən ürəyi istədiyi hər sözü deyərdi və buyururdu ki, bu onun üçün hesablanıb onun qorunmasına səbəbdir o vaxta qədər ki, öz yatağına gedərdi. Yatağına uzanan zaman bu zikri deyirdi və təsbihini başı altına qoyardı. O andan yuxudan oyanana qədər o həzrət üçün zikr və təsbih sayılırdı. Mən bu işdə cəddimə iqtida edib və ondan itaət etməyə görə yerinə yetirmişəm.”
Yezid -(lənətullah əleyh)- neçə dəfələrlə o həzrətə dedi ki, mənə qalib gəldi. Sonra o həzrət qətl etmək fikrindən yayındı, onların azad edilməsinə görə göstəriş verdi.
Mələklərə yol göstərən
Rəvayət olmuşdur ki: "Hər vaxt hurəl-eyn mələklərdən, birini görsələr ki, yer üzünə bir işdən sarı enirlər İmam Hüseynin (əleyhis-səlam) qəbrinin torpağından düzəldilmiş bir təsbihlə onun yolunu tapırlar.”

Müəllif: Abbas Əzizi
Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 986 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]