Şənbə günü, 2024-12-21, 7:54 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Salavat » Salavatın fəzilətləri

Dua salavatla kamil olar
2012-11-04, 8:30 AM
Dua salavatla kamil olar 


– Duanın yuxarı qalxması
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Mən dəa və ləm yəzkurinən-nəbiyyə-səllalahu əleyhi və alihi-rəfrəfəd-duau əla rəsihi fə iza zəkərən-nəbiyyə-səllalahu əleyhi və alihi-rufiəd-duau.”
"Hər kəs bir dua etsə və Peyğəmbər (səlləllahu əleyhi və alihi)-nin adını çəkməsə duası başı üstündə dolaşar və hər vaxt Peyğəmbər (səlləllahu əleyhi və alihi)-nin adını çəksə duası yuxarı qalxar.”

– Duanın qəbul olma şərti
İmam Əli (əleyhis-səlam) buyurdu:
"Hər bir dua məhcubdur (pərdəlidir) o vaxta qədər ki, Peyğəmbərə (səlləllahu əleyhi və alihi) salavat göndərilsin.”

– Duanın müstəcəb olması
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu: Hər kəs desə "La ilahə illəllahu vəhdəhu la şərikə ləhu, Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin.” Yaşıl bir quş onun ağzından xaric olacaq ki, mirvarid və yaqutdan iki qanadı vardır. Və elə ki, o iki qanadını açaraq məşriq və məğribə yetişər, o quşdan "nihəl” ağcaqanadın səsi kimi bir səs eşidilər.
Onda haqq-təala ona buyurar: Məni və mənim Peyğəmbərimi mədh etdin indi sakin ol.”
O quş deyər ki:
"Necə sakin olum və halbuki sən "La ilahə illəllah”ı deyəni bağışlamadın?.”
Xitab yetişər: "Sakin ol, mən onu bağışladım.”

– Duanın müstəcab olmasının şəraiti
Bir nəfər İmam Sadiq (əleyhis-səlam)-ın xidmətinə gəldi və ərz etdi:
Qurani-kərimdə iki ayə vardır ki, mən nə qədər axtarıramsa, onları tapmıram. Yəni, onların mənasını dərk edə bilmirəm.
Həzrət buyurdu: "Hansı ayələrdir?.”
O dedi: Birinci ayə Allahın sözüdür ki, buyurub:
"Məni çağırın ki, sizin duanızı müstəcəb edim. "Ud-uni istəcib ləkum.” Mən Allahı çağırıram. Amma duam müstəcəb olmur?.”
İmam buyurdu: "Fikirləşirsən ki, Allah öz vədəsinə xilaf olub?.”
Dedi: Xeyr.
İmam buyurdu: "Onda onun səbəbi nədir?.”
Ərz etdi: Bilmirəm.
İmam buyurdu: "Budur sənə xəbər verirəm ki, bir nəfər Allaha itaət etsə o şeydə ki, duaya əmr edib və duanın cəhətlərinə riayət etsə, icabət edəcəkdir.”
Ərz etdi: "Duanın cəhəti nədir?.”
Buyurdu: "Əvvəl Allaha həmd edirsən, onun nemətlərini xatırlayırsan, sonra şükr edirsən, daha sonra Peyğəmbərə (səlləllahu əleyhi və alihi) salavat göndərirsən. Sonra günahlarını xatırlayırsan və günahları iqrar edirsən və onlardan Allaha pənah aparırsan və tövbə edirsən. Budur duanın cəhəti.”
Sonra İmam buyurdu: "O biri ayə hansıdır?.”
Ərz etdi: Bu ayədir ki, buyurur: Allah yolunda infaq edin ki, Allah da ondan daha yaxşısını sizə versin; "Və ma ənfəqtum min şəyin fə huvə yuxlifuhu və huvə xəyrur-raziqin”
Mən Allah yolunda infaq (ehsan) edirəm; lakin onun yerini dolduran bir şey mənə yetişmir!.”
İmam buyurdu: "Əgər bir nəfər halal mal qazansa və Allah yolunda bir dirhəm belə infaq etsə, Allah onun əvəzini verər.”

– Hicab və maneələri qaldırmaq
Rəvayətdə gəlmişdir: Elə bir dua yoxdur ki, onunla icabət (qəbul) olunan göy arasında bir hicab və maneə olmasın, amma o vaxt "Muhəmməd və ali Muhəmmədə” (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat zikri ortaya gəlsə, hicablar kənara çəkilər və dua icabətə yetişər. Salavatsız dua icabətə yetişmir.”

– Salavatla dua kamilləşir
İmam Sadiq (əleyhis-səlam) buyurur: "Bir nəfərin ki, bir hacəti olsa, gərək başlanğıcda "Muhəmməd və ali Muhəmmədə” (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndərsin. Sonra öz hacətini istəsin və sonra salavatla öz duasını tamamlasın. Çünki Allah-təala ondan daha böyük və əzəmətlidir ki, duanın (əvvəl və axırını) iki tərəfini icabət etsin və onun ortasını görməməzliyə qoysun bir şərtlə ki, salavatdan hicabda olmasın.”

– İmam və Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat
Rəca ibn Zəhhak deyir:
İmam Rza (əleyhis-səlam) dualarını Muhəmməd və ali Muhəmmədə (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) salavat göndərməklə başlayırdı. Namazda və ondan başqa hallarda çoxlu salavat göndərirdi.”

Müəllif: Abbas Əzizi
Category: Salavatın fəzilətləri | Added by: Ənfal
Views: 1258 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 İstiğfar   (2012-11-04 2:04 PM) [Daxil et]
SALAM ALEYKUM Allah her birimizin duasını qəbul etsin. İmam Zaman aganın zühurunun təcilinə salavat
Allammə səlli əla Muhəmməd və ali Muhəmməd

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]