Sionist Napoleon
Fransa imperatoru Nadir şahın zəfərini təkrarlamağa cəhd edirdi Napoleon Bonapart və sionizmYəhudi
alimləri iddia edirlər ki, Avropa qitəsinin siyasi xadimləri arasında
İsrail dövlətinin yaradılması ideyasını ilk dəfə məhz Fransa imperatoru
irəli sürüb. Təl-Əviv Universitetinin professoru Mordexay Gixonun
"Napoleon Müqəddəs torpaqda” kitabının ("Napoleon in the Holy Land”)
əsasını təşkil edən "Napoleon – ilk sionistdir” fikri yəhudilər arasında
hələlik tam təsdiqlənmiş və dəstəklənmiş ciddi müzakirə mövzusudur. Bir
tərəf Fransa imperatorunun səmimi qəlbdən siaonist olmasına şübhə ilə
yanaşır və hesab edir ki, O, bununla yəhudi icmasının siyasi dəstəyi və
maliyyə yardımına ümid edib. Digər tərəfdən isə Napoleonun xalis sionist
siaysi xadim olmasını isbat etmək üçün əlini Tövrata qoyaraq and içməyə
belə hazırdır. Bu
mülahizələrdən hansının doğru olmasını indi isbatlamaq çətindir. Tarix
məqsəd naminə bütün vasitələrin keçərli olmasını daim xatırladır.
Napoleon Bonapartın uğursuz Şərq saiyasəti də buna daha bir sübutdur. Şübhəli sənəd…1798-ci
il. Gənc fransız generalının qoşunları Misiri işğal edir. Bundan sonra
onun 30 minlik hərbi korpusu Sinay yarımadasından keçərək Qüdsə üz
tutur. 1799-cu il martın 7-də fransızlar Yaffanı ələ keçirir və Akraya
üz tuturlar. Məhz bu zaman Napoleon Bonapart "Afrika və Asiya
yəhudilərinə şağırış”-ı yazır. Bu sənədin əsli, orjinalı yoxdur, lakin
onun alman dilində tərcümə edilmiş nüsxəsinin altında "Baş fransız
generalı Napoleon və Qüdslü ravvin Axaron”un imzaları durur. Çağırışda
deyilir: "İsraillilər- siz vahid xalqsınız, Fransa sizə İsrail torpağını
geri qaytarmağı təklif edir. Öz xalqınızın köməyi və dəstəyi ilə ələ
keçirilmiş ərazini geri qaytarın və onu istənilən qəsbçidən qoruyun!” Napoleonun
İsrail dövlətini yaratmaq ideyasını təsdiqləyən bu mübahisəli sənəddə
nəzərdə tutulanlar tarixi gerçəyə niyə çevrilmədi? 20
may 1799-cu il. İngilis admiral Nelson Yaxın Şərq sahillərində baş
vermiş döyüşdə fransız dəniz eskadrasını məğlubiyyətə uğratdı. Bundan
sonar Avropaya qayıdan Napoleon dünya cahangirinə çevrilmək, möhtəşəm
dövlət yaratmaq ideyasını gerçəkləşdirmək üçün yeni planlar düşünməyə
başladı. Lakin onun Yaxın Şərqdən keçməklə bir çox fatehlərin ağalığını
bərqərar etmək planları bir-bir uğursuzluqlara uğradı. Fransızpərəst hindlilərXVIII
və XIX əsrlər Yaxın və Orta Şərq uğrunda Fransa-İngiltərə rəqabətinin
şahididir. Bu amansız mübarizədə gah bir, gah da digər tərəf üstünlük
qazanırdı. İlk dövrdə Fransız Hindistanının generalqubernatoru Düpleksin
sayəsində birincilər Hind yarımadasında xeyli irəlidə idilər. Lakin 7
illik müharibə Fransa üçün Hindistandakı bütün müstəmləkələrin
itirilməsi ilə nəticələndi. XVIII
əsrin 70-ci illərində ingilislərin Hindistandan qovulması üçün kral XVI
Lüdovikə neçə-neçə plan təqdim edilirdi. Buna qədər mahir xəfiyyələr
hind hakimlərinin saraylarına yol tapır, onları müxtəlif təkliflərlə
şirnikdirməyə çalışırdı. Şirəyə gələn milçəklər- hakimlər çox idi və
Hindistanda fransızlara qarşı artan siyasi rəğbətin müəyyən səbəbləri
vardı. Məsələn sözügedən yüzilliyin 50-ci illərində yarımadanın cənub
hissəsində mövcud olan dövlətin (Dekan) hakimləri – Heydərabad
sultanının qoşunu fransız mütəxəssislərinin təlimi görmüşdü. Bu
mütəxəssislərə polkovnik Büssi rəhbərlik edirdi. Peşəkar hərbiçi, həm də
avantürist Büssi Heydərabadda 7 illik müharibəyədək qaldı. 1778-ci
ildə Fransa müstəqilliyini elan etmiş ABŞ-ın müttəfiqi idi və
Hindistandakı müstəmləkələrdə yerləşən fransız qoşunlarının Fransa ilə
əlaqələri yox dərəcəsində idi. Onlar Hind yarımadasındakı inglislərin
hərbi təzyiqinə tab gətirə bilməyib şəhərləri bir-bir təhvil verirdi.
Lakin admiral Süffrenin donanması Hind okeanında ingilisləri məğlub
etdikdən sonar polkovnik Büssinin rəhbərlik etdiyi kiçik hərbi korpus
Kuddalur yaxınlığında mövqe tutdu. Bu zaman ingilislər iki hind hakimi
(Maysur dövlətinin başçıları Heydər Əli və Tipu-Sultan) ilə müharibə
aparırdı. Fransız hərbi müşavirlərin olduğu Heydərabad şəhəri də artıq
Maysur dövlətinin tərkibinə qatılmışdı. Polkovnik
Büssi Fransa dövləti adından Heydər Əli və Tipu-Sultana müttəfiqlik
müqaviləsi imzalamağı təklif etdi. Bu işə iki ay sərf edən fransız
hərbçisindən fərqli olaraq, ingilislər vaxtı fövtə verməyib üçqat artıq
hərbi qüvvə topladılar və fransız korpusuna qarşı hücuma keşdilər. 20
saatlıq döyüşdə ingilislərin itkisi 2 min nəfərə çatdı. Lakin tezliklə
Kuddalurda mühasirəyə düşmüş fransızlara Fransa ilə İngiltərə arasında
sülh müqaviləsinin imzalanması xəbəri çatdı. Döyüş əməliyyatı bitdi.
Maysur dövlətinin hakimləri təklikdə qaldı və onlar mübarizənin
mənasızlığını anlayıb ingilislərlə barışıq sazişi imzaladı. 1783-cü
ilin müqaviləsinə əsasən, Hind yarımadasındakı Pondişeri, Şandernaqor,
Mae, Yanam, Karikal kimi iri müstəmləkə- şəhərlər fransızların
nəzarətində qaldı. Maysur hakimi Tipu-Sultan isə 1788-ci ildə Parisə
səfər etdi və kral sarayında (Versalda) təntənə ilə qarşılandı. Lakin
inqilab bütün siyasi kartları qarışdırdı və ingilislər Hindistandakı
bütün fransız müstəmləkələri işğal etdilər. İnqilabi işğalHəmin
əsirdə Nadir şah Hindistanı fəth etmiş son fateh idi. Onun 1736-1747-ci
illərdə yarımadaya hərbi yürüşü və Dehli kimi iri şəhəri ələ keçirərək
böyük qənimətlərlə geri dönməsi Avropa qitəsində bir çoxlarının yuxusuna
haram qatmışdı. Həmin dövürdə, əsrin sonunda Fransa böyük inqilab
xəstəliyinə tutulmuşdu. Vikont Barras - əsilzadə, inqilabçı və inqilabi
Direktoriya hökumətinin başçısı Napoleon Bonapartı Yaxın Şərq və
Hindistan səfərlərinə həvəsləndirən əsas şəxs idi. Şöhrətinin
zirvəsində olan Napoleon Yaxın Şərq yürüşünə çıxanda Londonda təlaş baş
qaldırdı: "O, hindistana doğru irəliləyir!” Təcili qaydada İstanbula
elçilər göndərildi və sultan Qırmızı dənizdəki bütün limanları
fransızların üzünə qapatdı. Lakin Napoleonun elçiləri xəlvəti olaraq
Məkkə və Mədinənin (İki Müqəddəs Hərəmin) o zamankı vəhhabi rəisi ilə
gizli danışığa girdilər. məqsəd onun köməyi ilə gəmilər almaq və Hind
okeanına çıxmaq idi. Eyni zamanda, 1799-cu ildə Napoleon Maysur hakimi
Tipu-Sultana məktub göndərərək ona ingilislərə qarşı müttəfiqlik təklif
etdi. Lakin Ərəbistan yarımadasının cənubundan keçərək uzun yol gedən
məktub Maysur hakiminə çox gec çatdı. 1799-cu
ilin əvvəllərində general Uilsonun missiyasi Yəmənə gəldi. Ərəb
şeyxləri öz torpaqlarında ingilis qarnizonunun yerləşdirilməsinə razılıq
vermədilər, lakin Plankettin kiçik donanması Qırmızı dənizdə nəzarəti
ələ aldı. Beləliklə, Napoleonun Qırmızı dənizdən keçərək Hindistana üz
tutmasının qarşısı alındı. İnqilabi Fransanın Hind okeanında donanması
yox idi və gənc general Avropadakı limanlardan çıxan gəmilərin gəlişini
gözləyə bilməzdi. Napoleonun bir çıxış yolu qaldı: Osmanlı ərazisində
olan Suriya, İraq, habelə İrandan keçərək Hindistana yol açmaq. Qacar
sülaləsindən olan Fətəli şahla danışıqlar başlandı. Hindistandakı
ingilis general- qubernatoru Uelsi isə öz növbəsində fransızların quru
yolunu bağlamaq üçün Əfqanıstan və Hindistanın şimalındakı Sind
əyalətində olan Talup sülaləsi ilə danışıqlara əl atdı. İngilislər hətta
rus elçisi Vorontsova müraciət edərək, Əfqanıstana qoşun göndərməyi
xahiş etdilər. Bununla bərabər, Heydərabaddakı fransız hərbi müşavirlər
əsir götürüldü. 1799-cu
ilin fevralında ingilislər onlarla müttəfiq olan hind hakimləri ilə
birgə Maysur dövlətinə hücum etdilər. Tipu-Sultan düşmən üzərində bir
neçə xırda qələbə qazandı, amma sərkərdələrinin xəyanəti onu mühasirə
vəziyyətində qoydu. Fransadakı inqilabi Direktoya Yaxın Şərqdə böyük
uğurlar qazana bilməyən general Bonaparı geri çağırdı və ilk Şərq hərbi
kampaniyası başa çatdı. Riskli yürüş1800-cü
ildə Direktoriyanın Birinci Konsulu Napoleonla rus çarı I Pavel
arasında diplomatic yaxınlaşma baş verdi. Avropada ikihakimiyyətlik
qurmaq istəyən çar və gələcək imperatorun planlarında Osmanlı
imperiyasını da bölüşdürmək nəzərdə tutulurdu. Rusiya
İngiltərə ilə müharibənin astanasında idi. İngiltərəyə ixrac
dayandırıldı, don atamanı Vasili Orlova Hindistana səfər üçün qoşun
toplamaq əmri verildi, eyni zamanda Kamçatkadakı donanma Sakit okeandan
Hind okeanına yürüşə hazırlıq göstərişi aldı. Çar Pavel kazak atamanı
Matvey Platova ekspedisiyaya rəhbərlik etmək və qısa müddətdə Hind çayı
sahillərinə çıxmağı tapşırdı. Mərkəzi Asiyanın hələ öyrənilməmiş,
xəritəsi olmayan qumsal çölləri, səhraları ilə yürüyərək, Xəzər
sahilindəki Astrabad şəhərinə çatmalı olan rus qoşunu fransızlarla yol
yoldaşı olmalı idi. Qacar
sülaləsinin əsas dayaq məntəqəsi olan sahil şəhərindən davam edəcək
yürüş Heart, Fərrax və Qəndahardan keçməklə Hind çayında
tamamlanmalıydı. Buna qədər isə Avstriya- Macarıstandan yola çıxacaq
fransız hərbi ekspedisiyası Dünyadan Qara dənizə, oradan isə rus hərbi
gəmiləri ilə Qafqaza, daha sonar isə eyni marşurutla Don kazakları ilə
birgə 120 günlük bir yol ölçüb son coğrafi məntəqədə möhkəmlənməli idi. Nadir
şahın yürüş planını təkrarlayan Napoleon Bonapartın bütün niyyətləri I
Pavelə qarşı sui-qəsdlə (12 mart 1801-ci il) alt- üst oldu. Amma iddialı
fransız general hələ də planlarında sabit qalmışdı. 1802-ci ildə
polkovnik Sebastianinin xəfiyyə qrupu Yaxın Şərqə yollandı. Admiral
Dekanın eskadrası isə Hindistana desant çıxarmalı və ingilislərə qarşı
xalq üsyanları təşkil etməli idi. Lakin hər iki missiya uğursuzluğa
uğrasdı. Sonrakı illərdə, hətta 1812-ci ilin hərbi kampaniyasında
Rusiyaya məğlub olduğu dövürdə də Napoleon Bonapartın düşüncələrində
əsrarəngiz Şərqi fəth etmək planları qalırdı. Lakin artıq gec idi, mahir
sərkərdə üçün, (özü bunu başa düşməsədə,) tarixin geriyə sayımı
başlamışdı.
islammektebi.org
|