Şənbə günü, 2024-12-21, 7:35 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Siyasi

Müəmmər əl-Qəzzafi
2014-01-26, 10:19 PM
Müəmmər əl-Qəzzafi

Müəmmər əl-Qəzzafi və ya Müəmmər Qəddafi (ərəb. معمر القذافي‎‎‎, tam adı Müəmmər bin Məhəmməd əbu Mənyar Əbdül-Salam Həmid əl-Qəzzafi; 7 iyun 1942 — 20 oktyabr 2011) — Liviya dövlət və hərbi xadimi. İnqilab lideri və faktiki olaraq Liviyanın dövlət başçısı (1969-2011), Ümumi Xalq Konqresinin Baş katibi (1977—1979), Liviya İnqilabi Komandanlıq Şurasının Sədri (1969—1977), Liviyanın Baş naziri və Müdafiə naziri (1970—1972).
1969-cu ildə monarxiya quruluşunu devirərək "Üçüncü dünya nəzəriyyəsini" (Cəmahiriyyə) irəli sürmüş və fikirlərini üç hissədən ibarət "Yaşıl kitab"da ifadə etmişdir. Onun hakimiyyəti dövründə Liviya bir neçə hərbi münaqişəyə cəlb olunmuşdur. 1977-ci ildə Misirlə sərhəd müharibəsi, 1980-ci illərdə Çadda hərbi münaqişə, həmçinin bir sıra terror təşkilatlarına, inqilabçılara və milli azadlıq hərəkatlarına dəstək verməsi səbəbindən 1986-cı ildə ABŞ tərəfindən ölkənin bombalanması və 1990-cı illərdə Liviyanın atom proqramı ilə əlaqədar yeridilən sanksiyalar Qəzzafinin hakimiyyət illərinə təsadüf edir.

İlk illəri[redaktə]

1965-ci ildə Müəmmər Qəzzafi leytenant rütbəsində Benqazidəki hərbi kolleci bitirdi və 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçün Böyük Britaniyaya göndərildi. Burada olduğu dövrdə kapitan rütbəsi aldı. 1967-ci ildəki Altı günlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurluq qazanmışdı.
Əl-Fateh İnqilabı[redaktə]

Zabitlərin dövlət çevrilişi planı olan "Əl-Qüds" planının icrası 1969-cu ilin yanvarında hazır olsa da, 3 dəfə — 12 və 24 mart, habelə 13 avqust tarixlərində təxirə salınmışdı.
Nəhayət, kral I İdrisin Türkiyədə müalicədə olmasından istifadə edərək, 1 sentyabr 1969-cu il tarixində "Azad vahid-sosialist zabitlər təşkilatı" üzvlərinin tabeliyində olan hərbi birləşmələr çevrilişə hazırlıq dövründə yaradılmış və kapitan Qəzzafinin başçılıq etdiyi 12 zabitdən ibarət İnqilabi Komandanlıq Şurasının rəhbərliyi altında Benqazi, Tripoli və ölkənin digər şəhərlərində hərəkətə keçdilər. Onlar qısa müddət ərzində əsas hərbi və dövlət obyektləri üzərində nəzarəti ələ keçirdilər, ölkədəki Amerika hərbi bazalarına gedən yolları bağladılar və gecə saat 02:30-da başlayan əməliyyat cəmi 2 saat ərzində uğurla başa çatdırıldı. Gecə saat 04:00-da radiostansiya ələ keçirildi və buradan məşhur "1 №-li Kommünike" efirdə səsləndirildi.
Verilən ilk qərarlardan birinə görə monarxiya ləğv edildi, İnqilabi Komandanlıq Şurası ölkədə ali hakimiyyət orqanı elan edildi və ölkə Liviya Ərəb Respublikası adlandırıldı.

Xarici siyasəti 



Müəmmər Qəzzafi və Camal Əbdül Nasir (1969)
Hakimiyyəti ələ keçirdikdən dərhal sonra panərəbizm ideyaları ilə hərəkət edən Müəmmər Qəzzafi Liviyanı qonşu ərəb ölkələri ilə birləşdirmək istiqamətində fəaliyyətə başladı. 27 dekabr 1969-cu ildə Tripolidə Qəzzafi, Misir prezidenti Camal Əbdül Nasir və Sudanın baş naziri Cəfər Nimeyrinin iştirakı ilə görüş keçirildi və onun nəticələrinə görə bu 3 dövlətin birləşməsi ideyasını özündə əks etdirən "Tripoli xartiyası" imzalandı. Sonradan Suriya da bu birləşmiş dövlətdə yer almaq istəyini bildirdi. Sudan isə əksinə sonrakı dövrdə qoşulacağını elan etdi. 17 aprel 1971-ci ildə Benqazidə Misir, Suriya və Liviya rəhbərlərinin iştirakı ilə Ərəb Respublikaları Federasiyasının yaradılmasına dair müqavilə imzalandı, lakin onun yaradılması haqqında yalnız 2 avqust 1971-ci ildə elan edildi. Növbəti il müqavilə hər üç ölkədə referendumla qəbul edildi, vahid dövlətin bayrağı və gerbi təsdiq edildi. Lakin, rəhbərlər arasındakı fikir ayrılıqları səbəbindən 11 noyabr 1977-ci ildə Ərəb Respublikaları Federasiyası ləğv edildi. 1970-ci ildə Qəzzafi Tunis prezidenti Həbib Burgibaya iki ölkəni birləşdirməyi təklif etsə də o bundan imtina etmişdi.
11 iyun 1972-ci ildə Qəzzafi müsəlmanları ABŞ və Böyük Britaniya ilə mübarizəyə çağırdı, həmçinin ABŞ-dakı qaradərili inqilabçıları, İrlandiya inqilabçılarını və Fələstinin azadlığı uğrunda döyüşmək istəyənləri dəstəklədiyini bildirdi. 2 avqustda Benqazidə Misir prezidenti Ənvər Sədatla keçirilən görüşdə iki ölkənin mərhələli birləşmə planı qəbul edildi və son tarix kimi 1 sentyabr 1973-cü il müəyyənləşdirildi. Qəzzafi bu ideyanı gerçəkləşdirmək üçün Misir hakimiyyətinə təzyiq göstərmək məqsədilə 1973-cü ilin iyulunda Qahirəyə 40 min nəfərlik yürüş təşkil etdi. Yürüşün qarşısı şəhərin 300 km-liyində alındı. İki ölkənin birləşməsi ideyası baş tutmadı və ölkələr arasındakı münasibətlər gərginləşməyə başladı. 1974-cü ilin yanvarında Liviya və Tunis iki ölkənin birləşərək Ərəb İslam Respublikasını yaradacaqlarını elan etdilər. Lakin birləşmə barədə referendum keçirilmədiyi üçün bu ideya da gerçəkləşmədi.


Ənvər Sədat, Müəmmər Qəzzafi və Hafiz Əsəd Ərəb Respublikaları Federasiyasının yaradılması haqqında müqaviləni imzalayarkən (1971)
1978-ci ilin avqustunda Liviya rəhbərliyinin rəsmi dəvətinə əsasən iki tərəfdaşının müşayiəti ilə bu ölkəyə gələn Livan şiələrinin rəhbəri, "Amal" hərəkatının banisi imam Musa əl-Sədr müəmmalı şəkildə yoxa çıxdı. 27 avqust 2008-ci ildə Livan məhkəməsi adam qaçırma məqsədilə əlbir olma və qanunsuz azadlıqdan məhrum etmə ittihamları ilə Qəzzafinin həbsinə dair qərar çıxardı. Lakin Liviya tərəfi bütün ittihamları rədd edərək həmin üç nəfərin İtaliyaya getmək məqsədilə Liviyadan ayrıldıqlarını iddia edir.
1978-1979-cu illərin Uqanda-Tanzaniya müharibəsi zamanı Müəmmər Qəzzafi 2500 Liviya hərbçisini Uqanda diktatoru İdi Aminə yardım üçün göndərmişdi.
22 dekabr 1979-cu ildə ABŞ Liviyanı terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil etdi, 1980-ci illərin əvvəlində isə Liviya rejimini ən az 45 ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi.
1 sentyabr 1980-ci ildə Liviya və Suriya arasındakı gizli danışıqlar zamanı Qəzzafi Suriya prezidenti Hafiz Əsədə İsraillə daha effektiv mübarizə aparmaq üçün birləşməyi təklif etdi və 10 sentyabrda iki ölkənin birləşməsi haqqında müqavilə imzalandı.
13 avqust 1983-cü ildə Mərakeşə səfəri zamanı Müəmmər Qəzzafi Ucda şəhərində Mərakeş kralı II Həsənlə Ərəb-Afrika federativ müqaviləsini imzaladı. Bu müqavilə Böyük Ərəb Məqribi yaradılması yolundakı ilk addım kimi Liviya və Mərakeşin birləşməsini nəzərdə tuturdu. 31 avqustda Mərakeşdə bu məsələ ilə bağlı keçirilən referendumda səs verənlərin 99,97% bu müqaviləni dəstəklədi. Liviya Ümumi Xalq Konqresi də müqaviləni yekdilliklə təsdiqlədi. Bundan əlavə, Liviya Mərakeş ordusu ilə mübarizə aparan Polisario cəbhəsinə verdiyi dəstəyi dayandırdı. Lakin 1985-ci ildə Liviyanın İranla ittifaq müqaviləsi imzalaması və İsrail baş naziri Şimon Pereslə görüşən Mərakeş kralı II Həsənin Qəzzafi tərəfindən kəskin tənqid edilməsi 1986-cı ilin avqustunda birləşmə haqqında müqavilənin Mərakeş tərəfindən ləğv olunması ilə nəticələndi.
Qəzzafi 1 sentyabr 1984-cü ildə Nikaraquada ABŞ-a qarşı döyüşmək üçün Sandini hökumətinə dəstək məqsədilə hərbçilər və silah göndərdiyini elan etdi. 1986-cı ilin martında İmperializm və sionizmə qarşı mübarizə üzrə Ümumdünya mərkəzinin Konqresini Liviyada təşkil edən Qəzzafinin qonaqları arasında İrlandiya respublika ordusunun və bask separatçı təşkilatı ETA-nın nümayəndələri də var idi. Liviya həmçinin Yaponiyada fəaliyyət göstərən "Qırmızı ordu" terrorçularını dəstəkləməkdə də şübhəli bilinirdi.
1984-cü ildə 18 gəminin zədələnməsi ilə nəticələnən Qırmızı dənizin minalanması hadisəsində də Liviyadan şübhələnilir.
2003-cü ildə The Washington Post qəzetinə verdiyi müsahibədə Qəzzafi terrorçuları deyil, milli azadlıq hərəkatlarını dəstəklədiyini bildirmişdi. Həmin müsahibədə o, Nelson Mandelanı və sonradan Namibiya prezidenti olmuş Sem Nuyomanı, həmçinin Fələstin Azadlıq Təşkilatını dəstəklədiyini qeyd edərək indi həmin şəxslərin Ağ Evdə rəsmi qəbul edilməsinə baxmayaraq, özünün hələ də terrorçu hesab edilməsindən gileylənmişdir.

Qəzzafiyə qarşı üsyan 

17 fevral 2011-ci il tarixdə Benqazi şəhərində bir qrup insan həbs olunmuş vəkil Fəthi Tarbelin azadlığa buraxılması tələbi ilə aksiya keçirtmişdir. Liviya höküməti bu tələbi dərhal yerinə yetirsə də, aksiyaçılar evlərinə qayıtmayıblar, əksinə mağazalara, polis məntəqələrinə və digər obyektlərə hücum eleməyə başlamışdılar. Ona görə hökümət qüvvələri güc tədbiq etməyə məcbur qalmışdılar. Qərb, xüsusən də sionistlərdən aslı KİV-lər minlərnən aksiyaçının qətlə yetirməsindən xəbər versələr də, müstəqil təşkilatlar hər iki tərəfdən cəmi 250 nəfərin öldüyünü bildiriblər. Bundan başqa Qərb Qəzzafini "dinc" aksiyaçıları təyyarələrdən bombalanmasında ittiham etsə də, Rusiya kəşviyyatı kosmosdan çəkilən şəkillərnən bunun tamamilə yalan olduğunu ifşa etmişdir.
Bu və digər qara böhtanlar səbəb olub ki, martın 18-də BMT təşkilatı 1973 saylı qətnamə qəbul edib. Bu sənəd "Liviyanın dinc əhalisini qorumaq üçün bombalanmasını" (!) nəzərdə tuturdu. Martın 19-da saat 16:45-də NATO təyyarələri Liviyaya ilk avia zərbələr endirmişdir. Vladimir Putin, Fidel Kastro, Seyyid Əli Xameneyi, Uqo Çaves, Evo Morales, Ceykob Zuma, Robert Muqabe, Daniel Orteqa və Yoveri Kaquta Musaveni kimi tanınmış dövlət başçıları NATO-nun bu vəhşiliyini kəskin pislədilər. Seyyid Əli Xameneyi, Qərbin əsl məqsədlərini ifşa edərək, belə demişdir:
"Amerika və Qərb Liviya xalqını müdafiə etmək niyyətində deyil. Onlar yalnız Liviya nefti barədə düşünürlər".
Bu hücum Liviya xalqını və liderini daha da sıx birləşdirib. İyulun 10-da 1.7 milyon insan (yəni Liviya əhalisinin 28%-i) liderinə dəstək vermək üçün Yaşıl meydana tökülüşdü. Qəzzafi toplaşanlara müraciət edərək, belə demişdir:
"Mən heç vaxt Liviya torpağını tərk etməyəcəm, qanımın son damlasına qədər vuruşacam və lazım gəlsə şəhid olacam. Biz şəhid olmağı arzulayırıq. Cihadımızla atalarımızın qəhrəmanlığını təkrar edəcəyik!"
Xalqın və liderin vəhdətindən qorxan Qərb və onun əlaltıları Livayaya hücumlarını daha da artırdı. Alyans öz çirkin planlarını icra etmək üçün hətta dinc sakinlərə qarşı kimyəvi silah istifadə etməkdən belə çekinmədi. Avqustun 21-də NATO bombalarından 1300 mülki (o cümlədən qadınlar və uşaqlar) ölmüş, 900 nəfər ağır yaralanmışdır. Avqustun 24-də isə alyans Tripolinin Əbu-Səlim adlı bütöv bir qəsəbənin sakinlərini qırmışdır.

Qətli 

Liviya xalqının güclü müqavimətinə baxmayaraq, üsyançılar NATO-nun köməyilə bir-birinin ardınca Bəni-Vəlid, Bab əl-Əziziyə, paytaxt Tripoli v s. şəhərlərini ələ keçirmişdilər. Nəhayət oktyabrın 20-də üsyançılar Liviyanın son ümüdü olan Sirt şəhərinə soxuldular və Qəzzafini vəhşicəsinə öldürdülər.
Qəzzafinin ən yaxın mühafizəçilərindən biri Mənsur İdha öldürülmüş Liviya rəhbərinin faciəli sonu haqqında bunları deyib:
"Tripolidən Sirtə gedərkən şəhəri tərk etməmizin gərəkdiyini, buranın ərazisinin çox kiçik olduğunu və asanlıqla mühasirəyə alına biləcəyimizi söylədik. Qaçacaq yeri olmayan kiçik bir otaq kimi idi. Sirtdə qalmaq intihar etmək anlamı daşıyırdı. Ancaq Qəzzafi bizi dinləmədi. İnsanların tərk etdiyi evlərdə yemək axtarırdıq. Bir neçə gün də yerimizi dəyişdirmək məcburiyyətində qaldıq. Bombardman hər ötən gün daha da intensivləşirdi və itkilərimiz artırdı. Qəzzafi qorxanların gedə biləcəyini söylədi. Davamlı olaraq ölümdən bəhs edirdi və doğulduğu şəhər Sirtdə ölmək istədiyini deyirdi”.
Qəzzafinin son anlarını "qiyamət” adlandıran İdha "Əl-Cəzirə” kanalına bunları da söyləyib:
"Ölüm və dağıntılar, yağış kimi yağan güllələr, quruda müxaliflərdən qorxu, havadan NATO hücumları qiyaməti xatıradırdı. Alınan qərara görə səhər saat 4 radələrində qaçacaqdılar. Ancaq Qəzzafinin yanında qalan könüllülər çox təcrübəsiz idi. Bir qisimi yatıb qaldı, bir qismi isə rahatlıqla əyləşib çay içməyə başladılar. Hər kəs toplanana kimi səhər saat 8 oldu. Qaçmazdan əvvəl yolların güvənliyini yoxlamaq üçün kəşfiyyat dəstəsi göndərilmədi. 50 maşından ibarət konvoy misratalı üsyançıların sıx olduğu bölgəyə girdi”.
Özünun Qəzzafi ilə eyni avtomobildə olduğunu söyləyən İdha deyib ki, maşınların hamısı ağ və eyni tipli olub. Lakin avtomobilləri bir-birinə yaxın saxlayıblar:
"Böyük təcrübəsizlik etdilər. Bir anda NATO qırıcılarının bombardmanına məruz qaldıq. 5 metr önümüzdəki avtomobil havaya uçdu. Avia zərbələrin gücündən bizim əyləşdiyimiz maşının təkərləri zərər gördü və qoruyucu yastıqlar avtomatik olaraq açıldı”.”.
Həmin anları "tam bir xaos” şəklində ifadə edən Mənsur İdha NATO qırıcılarının ard-arda zərbələr endirdiyini, Qəzzafini də özüylə götürüb yolun altındakı arxdan keçərək yaxınlıqdakı binaya doğru qaçdığını bildirib. Bu zaman mərmi qəlpələrindən yaralandığını söyləyən İdha Qəzzafini son dəfə keçmiş müdafiə naziri Yunus Cəbr və oğlu Mötəsimlə danışarkən gördüyünü deyib. Cangüdən ölümün artıq yüz faiz olduğu anda belə, Qəzzafinin zarafatlar etdiyini də əlavə edib.

Maraqlı faktlar 

Qəzzafinin vaxtında Liviyada iri vergi və rüsumlar sadəсə qadağan idi. İşsizlik müavinət ayda 730 $ olub, hər bir yeni doğulmuş körpəyə isə dövlət 7000 $ verirdi.
Qəzzafi BMT-də çıxış edərkən Qərb rəhbərlərinə xitabən belə demişdir: "Somali piratları pirat deyillər. Piratlar sizsiz. Siz Somali sularında qanunsuz balıq ovu aparırsız. Somali "piratları" isə öz uşaqları üçün ölkənin sərvətlərini qoruyurlar. Mən onlarnan görüşmüşəm və söhbət eləmişəm".
Qəzzafini öldürdükdən və Liviyanı viran qoyduqdan sonra Qərb etiraf edib ki, Qəzzafi hərbi cinayətlər törətməyib. İnsan haqlarının qorunması üzrə Qərbin ən nüfuzlu təşkilatlarından olan Amnesty International bildirib ki, Müəmmər Qəzzafinin əsgərləri dinc insanlara qarşı isgəncə və zorlamalarda iştirak etməyiblər. Təşkilatın rəsmi nümayəndəsi Donatella Rovera deyib: "Biz Qəzzafi əsgərləri tərəfindən isgəncə və zorlama hallarına rastlaşmadık". Xanım Rovera sonra belə əlavə edib: "Biz nəinki işgəncə və zorlama qurbanlarına, heç bu "qurbanları" görmüş insanlara belə rastlaşmadık".
Category: Siyasi | Added by: Ənfal
Views: 1067 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
0  
1 leyl   (2014-01-27 2:37 PM) [Daxil et]
yaziq oldu Allah rehmet etsin

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]