Bazar günü, 2024-12-22, 7:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Elmi

Riçard Feynman
2013-05-11, 5:54 AM
Riçard Feynman

Riçard Fillips Feynman (Richard Phillips Feynman, 11 may 1918-15 fevral 1988) – görkəmli amerika fiziki. Kvant elektrodinamikasının banilərindən biri. 1943-45-ci illər aralığında Los-Alamosda atom bombası hazırlayan alim-fiziklər qrupuna daxil edilmişdir. Kvant mexanikasında trayektoriyalar üzrə inteqrallama üslunu (1938), eləcə də elementar hissəciklərin çevrilmə və qarşılıqlı təsirini təsvir edən kvant sahə nəzərtiyyəsinin Feynman diaqramları metodunu (1949) işləmişdir. Həmçinin ifrat axıcılıq nəzəriyyəsi və nüvənin parton modelini irəli sürmüşdür. 1965-ci ildə S. Tomonaqo və C. Şvingerlə birgə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.

Uşaqlıq və gənclik illəri

Riçard Fillips Feyman zəngin bir ailədə anadan olmuşdur. Valideynləri - Melvil və Lüsil Nyu-Yorkda Kuinsin cənubunda Far-Rokveydə yaşayırdılar. Atası Riçardın dünyaya gəlməməsindən əvvəl oğlunun alim olacağını qərara almışdı (Həmin illərdə qızlar de-yure akademik dərəcə ala bilsələr də, onların gələcəyi adətən qeyri-müəyyən qalırdı. Bununla belə, Riçard Feymanın kiçik bacısı bu fikri rədd edərək sonralar məşhur astrofizik olur). Atası hər vəchlə körpə Riçarda onu əhatə edən dünyanı dərk etməyə şövq edirdi. Ata oğlunun suallarına özünün fizika, kimya, bioloji biliklərinə əsaslanıb ətraflı cavab verməyə çalışardı. Atası oğlunu bir o qədər sıxmır, ona oğlunu alim görmək arzusunda olduğunu bildirmirdi.

Feyman ilk işinin öhdəsindən 13 yaşında olarkən radioqəbuledicini təmir etməklə gəlir. Bundan sonra gənc Riçard qonşuları arasında məşhurluq qazanır. O ilk əvvəl radioqəbuledicini cəld və keyfiyyətli təmir edir, digər tərəfdən isə aparatı sökməmişdən əvvəl o əlamətlər əsasında məntiqlə nasazlığın səbəblərini araşdırmaq və təyin etməyə cəhd edirdi.

İlk evlilik və Los-Alamos

Riçard Feyman dörd il Massaçusets Texnoloji İnstitutunun fizika fakültəsində təhsil alır, daha sonra təhsilini Prinston universitetində alır.

İkinci Dünya müharibəsi başlayanda Feyman könüllü olaraq cəbhəyə yollanmaq istəyir, lakin ədalətsiz psixi yoxlanış səbəbindən bu arzusuna çata bilmir. Aspiranturada oxuduğu illərdə Feyman on üç yaşından vurulduğu və on doqquz yaşından nişanlandığı Arlin Qrinbaumla evlənir. Nikahdan bir az əvvəl Arlin ölümcül vərəm xəstəliyinə yoluxur. Feymanın valideynləri evliliyə qəti etirazlarını bildirsələr də, Feyman öz bildiyi kimi hərəkət edir. Nikah mərasimi Los-Alamosa yollanan qatara yollanarkən yolüstündə baş tutur. Şahidlər küçədən keçən təsadüfi adamlar olur (çörəkçi və aptekçi), qohumlar mərasimdə iştirak etmirlər. Mərasim başa çatanda Riçard yoldaşının xəstəliyini xatırlayır və özünün də vərəmə yoluxmaması üçün Arlinlə davranışında ehtiyatı əldən vermir. Cütlük Los-Alamosa yetişdikdən dərhal sonra atom bombasının hazırlanması prosesinə (Manhettan Layihəsi) cəlb edilir. Bu layihəyə işçi heyətinin çağrılması anında Feynman hələ də Prinstonda oxuyurdu və layihəyə daxil olmaq ideyasını ona məşhur fizik Robert Vilson verir. İlk əvvəl Feynman atom bombası layihəsinə qoşulmaq ideyasını həvəssiz qarşılayır, lakin sonradan bombanın almanların kəşf etməsini düşünərək layihəyəyə qoşulamağa razılıq verir. Feynman Los-Alamosda işlədyi vaxt Arlin Albukerke şəhərin xəstəxanasında yatırdı. Feyman hər həftə sonunu onunla keçirir.

Los-Alamosda bomba üzərində işlədiyi illərdə Feyman seyfləri yarmaq vərdişlərinə yiyələnir. O atom bombasının işlənilməsinə dair bütün informasiyanı – uranın zənginləşdirliməsi texnologiyasından tutmuş bombanın quraşdırılmasına dair materilları seyflərdən oğurlamaqla həyata keçirilmiş təhlükəsizlik tədbirlənin yetərsizliyini sübut edir. Bu qədər mühüm informasıyanın saxlanıldığı seyflərin həvəskar oğru tərəfindəın yarılması faktı bəşəriyyətin taleyinin bir tükdən asılı olduğuna dəlalət edirdi.

Müharəbədən sonrakı illər

1950-ci illərdə Feyman Kaliforniya texnoliji institutunda işləyir. Müharibədən və yoldaşının ölümündən sonra Feynman dərin sarsıntılar keçirir.Bu illərdə isə ona bu və ya digər fizika kafedrasında çalışmaq haqqında saysız-hesabsız məktublar gəlir. Belə təkliflərdən biri də Prinstondan gəlir. Burada isə o vaxtlar Eynşteyn kimi dahilər dərs deyirdi. Nəhayət Feyman yenidən elmə qayıdır.

Feynman özünün kvant çevrilmələri nəzəriyyəsi üzərində işləməyə davam edir. Bundan əlavə, o Şrödinger tənliyini tətbiq etməklə yüksəkaxıcılıq hadisəsinin fizikasının başa düşülməsinə nail olur. Bu kəşf izahı bir qədər əvvəl üç fizik tərəfindən alınmış yüksəkaxıcılıq hadisəsi ilə birgə alçaq temperaturlar fizikasına yeni təkan verir. Bundan əlavə Feyman kvarkaları kəşf etmiş Mürrey Hell-Mannla birgə daha mükəmməl sərbəst neytronun proton, elektron və antineytrinoya beta-parçalanmasında özünü göstərərn "zəif parçalanma” nəzəriyyəsi üzərində çalışır. Bu nəzəriyyə faktiki olaraq təbitəin yeni qanunlarını açmağa imkan verirdi. Feyman kvant hesablamaları ideyasını səsləndirir.

1960-cı illərdə akademiyanın xahışı ilə Feymana yeni fizika dərsliyi hazırlamaq tapşırığı həvalə olur. Nəticədə indi də tələbə-fiziklərin ən mükəmməl dərslik vəsaiti hesab etdiyi "Feymanın fizika mühazirələri” ərsəyə gəlir.

zeka.az


Category: Elmi | Added by: Ənfal
Views: 862 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]