Cümə axşamı, 2024-05-02, 10:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Elmi

İslamı seçən məşhur filosof və alimlər – IV yazı
2012-11-08, 10:43 AM
İslamı seçən məşhur filosof və alimlər – IV yazı



Bilal Filips (7 yanvar 1947) – Yamayka əsilli, kanadalı alim. Yamaykanın Kinqston şəhərində dünyaya gəlib, lakin Kanadada böyüyüb. Alim hal-hazırda Qətərdə yaşayır. Filips 1972-ci ildə İslam dinini qəbul edib. Bilal Filips 1994-cü ildə BƏƏ-də "İslam İnformasiya Mərkəzi”ni yaradıb. 2001-ci ildə isə "Online İslam Universiteti” yaradıb. Universitet işini dayandırsa da, 2007-ci ildə yenidən bərpa olunub və böyük maraqla qarşılanıb. Univeristetdə online dərslər keçirilir və bu təhsil pulsuzdur.


İnqrid Mattson (1963) – Kanadalı alim, ISNA-nın "Islamic Society of North America” prezidenti. Ontario ştatının, Vaterlou əyalətinin Kitçener şəhərində dünyaya gəlıib. Katolik olaraq böyüyüb. Vaterlou Universitetinin fəlsəfə və təsviri incəsənət fakültəsini bitirib. 1987-ci ildə Parisdə olarkən orada müsəlmanlarla tanış olub, İslam dininə yaranan marağı onu Quran oxumağa, bu din haqda öyrənməyə vadar edib. Elə həmin il (1987) İslamı qəbul edib. 1987-ci ildə könüllü olaraq Pakistana gedib və orada qaçqınlarla işləyib. 1999-cu ildə Çikaqo universitetini bitirib və fəlsəfə elmləri doktoru adını qazanıb. 2001-ci ildə ISNA-nın (Şimali Amerika İslam Cəmiyyəti) vitse-prezidenti, 5 il sonra isə ilk qadın prezidenti seçilib. Mattson həm də ISNA-ya rəhbərlik edən, sonradan İslam dinini qəbul edən ilk şəxsdir. Evlidir, iki övladı var.


Qari Leqenhauzen (1953) – Amerikalı filosof, yazar. Nyu-Yorkda anadan olub. Albani şəhərində yerləşən Nyu-York Dövlət Universitetini bitirib. 1983-cü ildə Rays Universitetində fəlsəfə elmləri doktoru adını qazanıb. Elə həmin il (1983) İslam dinini qəbul edib. 1990-94-cü illərdə İran İslam Fəsəfəsi Akademiyasında epistemologiya və əxlaq fəlsəfəsi dərslərini tədris edib. O, həmçinin İranın Qum şəhərində yerləşən "Şiə Araşdırmalar Mərkəzi”ndə Məsləhət Şurasının yaradıcılarındandır. Leqenhauzen Ayətullah Məhəmməd Tağı Misbah Yəzdinin rəhbərlik etdiyi "İmam Xomeyni Təhsil və Tədqiqatlar İnstitutu”nda, həmçinin Qum şəhərində yerləşən Mofid Universitetinin İnsan Haqları Mərkəzinin Elmi Şurasında çalışır. "İslam və dini plüralizm” kitabının müəllifidir.


Hüseyn Yi (1950) – Çin əsilli malaziyalı alim. Buddist ailəsində dünyaya gəlib. 18 yaşında ikən İslamı qəbul edib. Mədinə Univesitetində təhsil alıb. 1978-ci ildə Malayziyada İslami təşkilatda fəaliyyət göstərməyə başlayıb. 1984-cü ildə bir qrup könüllü ilə birlikdə Honq-Konqda İslam təşkilatı yaradıb.


Rocer Qarodi (17 iyul 1913) – Fransız filosof. Marseldə dünyaya gəlib. Valideynlərindən biri ateist, digəri isə katolik olub. 14 yaşında ikən protestantlığı qəbul edib. 1982-ci ildə (69 yaşında) İslam dinini ən doğru yol olaraq qəbul edib və müsəlman olub. Qarodi əksəriyyəti siyasətdən bəhs dən 50-dən çox kitab müəllifidir.
Rocer Qarodi anti-sionist mövqeyi ilə tanınan filosofdur. O, 1966-cı ildə özünün ən ixtilaflı kitabı olan "Müasir İsrail mifinin yaranması”nı fransızca çap etdirir. Kitab sonradan ingilis dilinə tərcümə edilir. Kitabın ixtilaflı olmasına səbəb isə, orada əsas mövzunun "Holokostun inkarı” olmasıdır. Buna görə fransız hökuməti 27 fevral 1998-ci il tarixindən etibarən kitabın çapını qadağan edib, Qarodiyə 240 000 fransız frankı cərimə və bir neçə il həbs təyin edilib. Qarodi 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda baş verən terror hadisəsində birbaşa ABŞ-ı günahlandırmış, bunun ABŞ-ın işi olduğunu bildirmişdi.

Titus Burkhart (1908-1984) – İsveçrə əsilli alim və yazar. İtaliyanın Florensiya şəhərində anadan olub, İsveçrənin Lozanna şəhərində vəfat edib. İsveçrəli diplomat və tarixçi olan Karl Cekob Burkhantın oğludur. İslam dinini qəbul etdikdən sonra adını dəyişərək Sidi İbrahim edib. Alman dilində 22, fransızca 10, ingiliscə isə 15 kitabı məlumdur.


Li Nu - Çin filosofu və tacir. Çinin ən məşhur filosoflarından sayılan Li Zi onun nəslindəndir. 1376-cı ildə Bəsrə körfəzi ölkələrinə səfər edərkən, orada İslamla tanış olur və qısa bir müddət sonra İslam dinini qəbul edir. Elə orada da müsəlman bir xanımla ailə qurur.

Rza Kamil
/deyerler.org/
Category: Elmi | Added by: Ənfal
Views: 787 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]