Cümə axşamı, 2024-11-21, 10:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Elmi

Bernard Şou
2012-11-05, 9:01 PM
İslam Peyğəmbərini (s) "Bəşəriyyətin xilaskarı" adlandıran Bernard Şou
 
Bernard Şou 26 iyul 1856 -cı ildə Dublində anadan olub. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), ictimai xadim və Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu kimi tanınır. Corc Bernard Şou "Nobel"in pul mükafatından imtina edib (amma laureatlara verilən medalı qəbul edib; sonralar bu addımı Boris Pasternak və Jan-Pol Sartr da atmışdı). 

Bernard Şou janr və forma baхımından seçilən 60-dan çoх pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çoх diqqət yetirib. Bernard Şou 1885-1890-cı illərdə Londonun "Uorld", "Star" kimi populyar qəzetlərinin teatr və musiqi tənqidçisi olmuşdu. İngilis şairi U.Oden onu "bəlkə də bütün zamanların ən yaхşı musiqi tənqidçisi" adlandırmışdı.

Şou yaradıcılığının mühüm hissəsini müəllifin epistolyar irsi təşkil edir. O, uzun və məhsuldar həyatı boyu 250 mindən çoх məktub yazmışdı. Bu məktublarda ciddi ictimai-siyasi məsələlərə, ölkə və dünya miqyasında gedən proseslərə, ədəbiyyat, teatr və sənət məsələlərinə münasibət öz əksini tapmışdı.

Bernard Şou yalnız fiziki deyil, əqli uzunömürlülüyü ilə də özünəməхsus rekord qazanmışdı. O, son səhnə əsərini – "Bayandın milyardları" pyesini 92 yaşında tamamlamışdı. Həyatının sonuna qədər bu yorulmaz irlandiyalı, bəzən əndazəsini aşan yumor hissini, iti ağlını, ən gözlənilməz fikir və mülahizələrə dərhal və hazırcavablıqla reaksiya vermək bacarığını qoruyub saхlamışdı.

Bernard Şounun İslama ciddi rəğbəti olub. O, yazılarında həm İslam dini barədə, həm də İslam Peyğəmbəri (s) barədə dəyərli sözlər deyib. Onlardan bəziləri: "Mən həmişə Muhəmmədin (s) dininə, onun həyatiliyinə görə böyük hörmət hissi ilə yanaşmışam. Mənə elə gəlir ki, o, hər zaman və hər yerdə cazibəli ola bilən və həyatın ən müxtəlif sahələrində məişət üçün yararlı olan yeganə dindir...

...Orta əsrlər xristian ruhaniləri ya öz nadanlığı, ya da ki, təəssübkeşliyi üzündən İslamı ən tutqun boyalarla təsvir etmişlər. Mən Muhəmmədi (s) dahi bir şəxsiyyət kimi öyrəndim, əmin oldum ki, o, Məsih İsa ilə düşmənçilikdən uzaqdır. Biz onu mütləq "Bəşəriyyətin xilaskarı" adlandırmalıyıq. Mən inanıram ki, onun kimi bir adam müasir dünyanın başında dursa, onda dünya ən çox ehtiyacı olduğu sülh və səadəti bərqərar etməklə bütün problemlərini uğurla həll edər! Mənim millətimin nümayəndələri olan avropalılar Muhəmmədin (s) dinini qəbul edirlər, biz hətta deyə bilərik ki, Avropanın İslama keçidi başlanmışdır. XXI əsr başa çatmamış Avropa öz problemlərinin həlli üçün İslamdan kömək diləməyə başlayacaqdır.

...Mən Məhəmmədin (s) dini ilə bağlı öncədən xəbər verirəm. Bu din, bugünkü avropalılar tərəfindən məqbul hesab olunduğu kimi, sabahın Avropası tərəfindən də qəbul ediləcək".

Bernard Şou həmçinin çox hazırcavab olub. Tarixdə onunla bağlı maraqlı bir hadisə qeyd edilir: Həddindən artıq kök olan bir nəfər Bernard Şounun arıqlığına işarə edir: "Sizə baxanda adama elə gəlir ki, İngiltərə aclıq çəkir”. Bernard Şou kefini pozmadan deyir: "Sizə baxanda isə elə fikirləşmək olar ki, İngiltərənin aclıq çəkməsinə səbəb sizsiniz”.

deyerler.org
Category: Elmi | Added by: Ənfal
Views: 818 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]