Albert Eynşteyn-şiə müsəlman Albert Eynşteyn-XX əsrin fizika nəzəriyyəsi üzrə görkəmli alimi, müasir nəzəri fizika elminin və məşhur "Nisbilik nəzəriyyəsi”nin banisi, ictimai xadim, humanist, 1921-ci ildə fizika üzrə Nobel mükafatı laureatı... Bu alimin adı, elmi failiyyəti böyükdən-kiçiyə hər kəsə tanışdır. Lakin, A.Eynşteynin dini dünyagörüşü haqqında müxtəlif fikirlər mövcuddur, hətta onun dinə baxışı mübahisə doğuran məsələlərdəndir. Bəziləri iddia edir ki, Eynşteyn Allahın varlığına inanırdı, dindar insan idi; digərləri isə onu ateist hesab edir. Hər iki tərəf bunu təsdiq etmək üçün dahi alimin öz sözlərinə istinad edir...
Albert Eynşteyn 14 mart 1879-cu ildə Almaniyanın cənubunda Ulm şəhərində anadan olub. Atası Qerman Eynşteyn (1847-1902) kiçik müəssisə sahibi idi, anası Paulina Eynşteyn (1858-1920) tacir nəslindən idi. Ailə sonradan Münhen şəhərinə köçür ki, nəticədə 11 yaşlı Albert ilk təhsilini yerli katolik məktəbində alır. Onun ailəsi güclü dindarlığı ilə seçilməsə də, o dövrdə Almaniya qanunlarına əsasən hər bir uşaq dini təhsil almalı idi. İudaizm dininin əsaslarına yiyələnməkdə Albertə onun uzaq qohumu kömək edirdi, bir müddət dinə çox böyük maraq göstərsə də, sonradan elmi-dünyəvi kitablar oxuya-oxuya Albert dindarlıqdan uzaqlaşır...
Daha sonralar elm və fəlsəfə ilə məşğul olduqca Albert Eynşteyn din anlayışına daha geniş mənada və ciddi məzmunda yanaşmağa başlayır. "Mənim kredom” (qanunum) məqaləsində yazır: "İnsan taleyində yaşanan ən gözəl və dərin hiss-sirlərlə dolu müəmmalı hal yaşamaqdır. Bu hal din, incəsənət və elmdə daha dərin tendensiyaların əsasında mövcuddur, bu hissləri yaşamayan şəxs mənim aləmimdə ölü olmasa da, kor insandır. Daxili təlatümlər altında gizlənən gözəlliyi və kamilliyi şüurumuz bizə yalnız zəif əks-səda ilə çatdırır ki, dindarlıq-bunu anlamaq bacarığıdır. Bu mənada mən dindaram...”
1930-cu ildə yazdığı "Din və elm” məqaləsində o, insan həyatında və elmi tədqiqatlarda dinin rolu haqqında suallara cavab axtarır. Bu məqalədə 3 tip din haqında söhbət açır-ibtidai cəmiyyətə məxsus qorxu dini; rəmzi antropomorf ilahi qüvvə hesab olunan əxlaq dini (məsələn, xristianlıq) və "insan surətinə bənzəməyən ilahi qüvvə”, "doqmalar tanımayan” kosmik din.
"Kosmik dini hiss” elmi yaradıcılığın əsasını təşkil edir, elmi tədqiqatın ən güclü təkanverici qüvvəsidir.
1940-cı ildə "Nature” jurnalında Eynşteyn öz dini baxışlarını bu cür təsvir edir: "Mənim fikrimcə dini maariflənmiş insan o kəsdir ki, maksimal şəkildə özünü eqoistik arzulardan azad etmişdir və fərdi xarakterindən qat-qat yüksəkdə duran fikirlərə, hisslərə, maraqlara xidmət etməkdədir. Bu cür insanın dindarlığı ondan ibarətdir ki, ali məqsədinin vacibliyi və böyüklüyündə heç bir şübhəsi yoxdur. Bu mənada din-bəşəriyyətin, ali dəyərləri və məqsədləri aydın və bütöv şəkildə dərk etməyə, təsir dairəsini genişləndirməyə can atmasıdır...”
Daha sonra Eynşteyn elm və din arasında mövcud olan bəzi əlaqələri misal çəkir, deyir ki, "elm yalnız o şəxs tərəfindən yaradıla bilər ki, başdan-ayağa həqiqət və anlayışa can atır, bu hisslər onun ruhuna hopub... Amma bu hisslərin əsası din sahəsindən qaynaqlanır. Bu dünyanın qanunları rasionaldır, yəni "şüur üçün dərk olunandır” fikrinin mümkünlüyünə inanmaqdan ibarətdir. Mən həqiqi alimi bunlara güclü inamı olmadan təsəvvür etmirəm. Obrazlı şəkildə vəziyyəti bu cür təsvir etmək olar: "Dinsiz elm-axsaqdır, elmsiz din isə-kordur!”. ”
Eynşteynin dostu Maks Djemmer "Eynşteyn və din” kitabında (1999) dahi alimin dini baxışlarını daha ətraflı şəkildə əks etdirmişdir, lakin, bununla yanaşı müəllif etiraf edir ki, Eynşteynlə birbaşa ünsiyyətə deyil, arxiv materialları araşdırmalarına əsaslanır. Djemmer, Eynşteyni çox dindar insan hesab edir, onun dini baxışlarını "kosmik din” adlandırır: "Eynşteyn, Spinoza kimi Allahı Təbiətlə bərabər tutmurdu, bəşəriyyət qanunlarında "insan ruhundan qat-qat üstün ruh” kimi çıxış edən ayrıca varlıq olaraq qəbul edirdi...” Bəs görəsən, həqiqətdə Albert Eynşteynin inancı nəyə əsaslanırdı, əslində o, hansı dinə inanırdı?!
Bu suallara cavab tapmaq üçün Eynşteynin 1953-cü ildə Amerikada qələmə aldığı "Die Erklärung” ( "Çağırış”, "Manifest” ) adlı son müraciətinə nəzər salmaq kifayətdir… Alim bu əsərində İslam dininin digər dinlərdən daha üstün olduğunu qeyd edir və İslam dinini ən kamil və ən doğru məntiqə uyğun inanc hesab edir.
Bu müraciət Eynşteynin Ayətullah Burucerdi (1961-ci ildə vəfat edib) ilə məxfi yazışmaları əsasında qələmə alınıb. Ayətullah Burucerdi XX əsrin I yarısında Şiə aləminin görkəmli dini liderlərindən idi. Bu yazışmalar tərcüməçilər vasitəsilə həyata keçirilmişdi və gizli şəkildə aparılırdı... "Die Erklärung” müraciətində Eynşteyn "Nisbilik nəzəriyyəsi”ni müqəddəs "Qurani-Kərim” ayələri və "Nəhcül-Bəlağə” əsərindəki hədislərlə əsaslandırır; lakin daha çox öz nəzəriyyəsinin müddəalarını ingiliscə tərcümə olunmuş "Biharul ənvar” əsəri ilə qarşılaşdırır.
Eynşteyn yazır ki, heç bir başqa adət-ənənə, yaxud dini inancda İslam dinində olan məntiq və müdrikliklə dolu hədislər və əhvalatlar toplusu mövcud deyil... O etiraf edir ki, "Nisbilik nəzəriyyəsi”nin əsası Şiə imamlarının hədis mətnlərində əsrlər öncə öz əksini tapmışdır. Eynşteyn Muhəmməd peyğəmbərin (s) meracı haqqında məşhur hədisə daha böyük diqqət ayırır; hədisdə qeyd olunur ki, yerdən göyə qalxarkən peyğəmbərin (s) qolu su səhənginə ilişir, qab aşır və içindən su axmağa başlayır. Peyğəmbər (s) meracdan döndükdən sonra, bir çox hadisələr baş verməsinə baxmayaraq, su hələ də həmin qabdan axmaqda davam edirdi... Eynşteyn bu hədisdə "zamanın nisbilik nəzəriyyəsi” düsturunu qeyd edir və müasir fizika elmi nöqteyi-nəzərindən bu hadisəyə geniş şərh yazır...
"Ölmək və dirilmək” formulunu isə cisim və enerjinin əlaqəsi haqqında məşhur düsturun əksi olaraq anlamağı təklif edir: E=M*C2 M=E/C2 Yəni, əgər bizim cismimiz bütünlüklə enerjiyə çevrilərsə, yenidən həmin şəkildə cismə dönə biləcək və diriləcək!
Ayətullah Burucerdinin xələfləri və tələbələrinin, xüsusilə Ayətullah Gülpayqaninin məlumatlarına əsasən, Eynşteyn, birbaşa Ayətullah Burucerdinin vasitəsilə İslam dinini, şiəliyi qəbul etmişdir!!! Lakin, Albert Eynşteyn öldürüləcəyindən qorxduğu üçün bu hadisəni həyatda olduğu müddətdə sirr saxlamağı vəsiyyət etmişdi. Bu səbəbdən Eynşteyn bu sirri həyatı boyunca heç kəslə paylaşmamışdı... Hər bir halda, iki intellekt sahibinin-Qərb rasional elminin simvolu (Eynşteyn) və dərin İslam müdrikliyinin qoruyucusunun (Burucerdi) ünsiyyət tarixçəsi simvolik məqamdır və ətraflı araşdırmalar tələb edir...
P.S.: Bu gizli tarixi yazışmanın məzmunundan xəbərdar olan şəxslərin taleyi acınacaqlı olub. Gizli yazışmanın tərcüməçilərindən biri-"Manifest” çap olunan ildə təyyarə qəzasında həlak olub. Həmin tərcüməçinin hər iki oğlu-gənc yaşlarında İran xaricində müəmmalı şəkildə zəhərlənmədən dünyalarını dəyişmişlər. Bu yazışmada iştirak edən A. Eynşteynin baş katibi-onunla eyni ildə vəfat etmişdir. "Die Erklärung” müraciəti yalnız Albert Eynşteynin ölümündən 50 il sonra nəşr edilmişdir... ihq.az
|