Çərşənbə axşamı, 2024-05-07, 10:23 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Ustad Əbdülbasit Əbdülsəməd
2012-11-04, 5:14 PM

Ustad Əbdülbasit Əbdülsəməd

"Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun! " ("Əraf" 204)

1927 ci ildə Misirin cənubunda yerləşən Qəna əyalətinin Məzaəzə kəndində düynyaya gəlib. Atası Əbdülsəməd Quran hafizlərindən və Quran müəllimlərindən biri olub. Əbdülbasit 6 yaşında ikən Ərmətdəki Quran mədrəsəsinə gedir. 12 yaşına çatdıqda Qəna və Əsfanın bütün kənd və şəhərlərindən dəvətlər alır. 1950-ci ildə İmam hüsenin (ə) bacısı xanım Zehnəbin təvəllüdü münasibətilə jeçirilən Əhli-Bəyt mərasimində iştirak edir. Tədbirdə iştirak edən yaxınlarından biri təşkilatçılardan Əbdülbasitin 10 dəqiqə Quran tilavət etməsi üçün icazə alır. Burada o, "Əhzab" surəsini tilavət edir. Unudulmaz anlar saatyarım davam edir. 1951-ci ildə Əbdülbasit Misir radiosunda çalışmağa başlayır. Bir neçə ay ərzində böyük şan şöhrət qazanır və Qahirəyə köçür. Əbdülbasit radioda işə başladıqdan sonra dinləyicilərin sayı birə-on artır. Ramazan və digər aylarda bir çox ölkələrdə təşkil olunan Quran mərasimlərinə dəvət almağa başlayır. İndoneziyanın paytaxtı Cakartayagəldikdə oranın ən böyük məscidində təşkil olunan mərasimdə Quran tilavət edir. Orada 25000 insan səhərə qədər ayaq üstə dayanaraq Əbdülbasitin Quran tilavətini dinləyir. Bundan sonra, Məkkəfə Məscidül-həramda, Mədinədə Peyğəmbər (s.ə.s) çəscidində, Qüdsdəki Məscidül-əqsada və Fələstindəki İbrahim (ə) məscidində də Quran tilavət etmək şərəfinə nail olur. Dünyanın ən məşhur qarisi 1988-ci il fevralın 29-da şəkərli diabet və qara ciyər xərçəngindən dünyasını dəyişir.
Category: Dini | Added by: Ənfal
Views: 777 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]