Cümə axşamı, 2024-11-21, 9:59 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Seyyid Həsən Nəsrullah
2012-11-09, 2:42 AM
Seyyid Həsən Nəsrullah


Seyyid Həsən Nəsrullah 31 Avqust 1960-cı ildə Livanın cənubunda olan əl-Bezuriye kəndində dünyaya gəlib. Atası Əbdülkərim meyvə satmaqla məşğul idi. Həsən, atasına köməkçi olmaq üçün onun dükanına gedib gəlirdi. Dükanın divarında İmam Musa Sədrın rəsmi asılı idi. Bu şəkil Seyyid Həsənin, İmam Musa Sədrə istiqamətli sevgisinin və o zaman Məhrumlar Hərəkəti olaraq bilinən "Əməl” hərəkətinə qarşı əlaqəsinin ilk qığılcımı olmuşdu. Seyyid Həsən o zamana qədər din alimlərindən heç biri ilə əlaqə halında deyildi. Ailəsinin içində tanınmış bir din alimi olmamasına baxmayaraq Seyyid Həsən dinə sevgi və maraq duyan bir uşaq idi. Bu maraq namaz və oruc kimi bilinən ibadətlərlə məhdud deyildi. Onun bu marağı özünü 1976-cı ildə Nəcəfə getməyə və orada İslami elmləri təhsil almaq üçün elm hövzəsində təhsilə başlamağa həvəsləndirdi. O 1978-ci ildə Livana döndü və Seyyid Əbbasın qurduğu "əl-İmam əl-Muntəzər” mədrəsəsində təhsilinə davam etdi. Eyni zamanda "Əməl” hərəkatındakı siyasi fəaliyyətlərdə də iştirak etdi və "Əməl” hərəkatının Davamlılığa bölgəsindəki siyasi məsulu oldu.

Hizbullahın Qurulması

İmam Musa Sədrın Liviyada sirli bir şəkildə qaçırılmasından sonra "Əməl” hərəkatının lider heyətində böyük ixtilaflar baş qaldırdı. Bu ixtilafların nəticəsində lider heyətlərdən bir hissəsi ayrılaraq Livan "Hizbullah”ını qurdu. Seyyid Həsən Nəsrullah da "Hizbullah”da müxtəlif məsuliyyətlər aldı. O "Hizbullah”ın liderlik postunda üzvlük vəzifəsinə təyin edildi. Buna baxmayaraq o dərslərinə ara vermədi və elmi təhsilini davam etdirdi. 1989-da təhsilini davam etdirmək üçün Quma getdi. Lakin İsrailin Livana və "Hizbullah” döyüşçülərinə etdiyi sıx hücumlar səbəbi ilə Qumda bir ildən çox qala bilmədi və İsrailə qarşı döyüşmək üçün təkrar Livana döndü.

Seyyid Əbbas Musəvinin öldürülməsi 1992-ci ildə "Hizbullah” Ümumi Sekretarı Seyyid Əbbasın öldürülməsindən sonra "Hizbullah”ın liderliyinə namizəd Seyyid Həsən Nəsrullahı hərəkətin yeni Ümumi Sekretarı olaraq seçdi. Əbbasın ailəsiylə birlikdə İsrail tərəfindən öldürülməsi Livan xalqında, xüsusilə də "Hizbullah” döyüşçülərində çox dərin bir təsir yaratdı.

Bu mərhələdən sonra "Hizbullah”ın mübarizəsi və döyüşü yeni bir ölçü qazandı. Livan xalqının "Hizbullah”a olan dəstəyi genişləndi və yayıldı. İsrail də 1993 və 1996 illərində Livana qarşı geniş diametrli əməliyyatlar təşkil edərək "Hizbullah”ı ortadan qaldırmağa çalışdı; lakin özündən çox daha az hərbi imkanlara sahib olan "Hizbullah”ın güclü müqavimətiylə qarşılaşdı.

Oğulunun öldürülməsi

"Hizbullah”ın Sentyabr, 1997-ci ildə cənub Livandakı Cebelur Refi bölgəsində İsrail ordusunun geniş istiqamətli hücumunda iki "Hizbullah” döyüşçüsü həyatını itirdi və cənazələri İsraillilərin əlinə düşdü. İsrail televiziyası bu iki adamın şəxsiyyətini bilmədən onların qanlı şəkillərini nəşr etdi. İsrail televiziyasında nəşr olunan görünüşlərdən, bu iki adamdan birinin "Hizbullah” Ümumi Sekretarı Seyyid Həsən Nəsrullahın oğulu Seyyid Haydı olduğu aydın oldu. Bu xəbərin yayılması, Livanda bomba kimi partladı və çox böyük bir hərəkətlənməni özü ilə gətirdi.

Livan tarixində vətəndaş müharibəsi dövründə İsrail işğalına qarşı icra edilən döyüş əsnasında, siyasi və ya milli qrupların liderlərindən birinin oğulunun döyüş meydanında öldürüldüyü görünməmişdi. Bu hadisə Livandakı ictimai seqmentlərdə "Hizbullah” Ümumi Sekretarına istiqamətli bağlılıgın və ona qarşı eşidilən hörmət və heyranlığın artmasına səbəb oldu. Hansı dində və ya məzhəbdə olursa olsun bütün Livan xalqı bu hadisənin təsiri altında qalmışdı. Livan siyasi liderləri bir-birinin ardınca Seyyid Həsən Nəsrullaha başsağlığı ziyarətində olaraq ona duydugları hörməti ifadə etdi. Bu başsağlığılar və hörmət ifadələri Livanla məhdud qalmadı. Dövrün Səudiyyə Ərəbistanı vəliəhdı Əmr Əbdullah kimi dövlət adamları da daxil olmaqla ilk dəfə "Hizbullah” Ümumi Sekretarına başsağlığ mesajı göndərmişdi.

2000-ci il və Zəfər

2000-ci ildə HƏMAS Lideri Yasir Ərafatın Amerika və İsrailli səlahiyyətlilərlə müzakirələrində heç bir irəliləmə yaza bilmədiyi bir sırada, İsrail "Hizbullah”dan ən kiçik bir imtiyaz götürə bilmədən tək tərəfli olaraq cənub Livanda işğal etdiyi torpaqlardan çəkildi. İsrail, bölgədəki hərbi birliklərinin davamlı olaraq "Hizbullah” hücumlarına hədəf olmasından ötəri Şebaa Fermaları xaricindəki bütün hərbi birliklərini işğal etdiyi Livan torpaqlarından çəkdi. İsrailin tarixi boyunca ilk dəfə işğal etdiyi bir torpaqdan qeyri-şərtsiz geri çəkilmiş olması İsrail baxımından ağır bir uduzma olaraq xarakterizə edildi. Bu hadisə, "Hizbullah”ın müqavimətə söykənən tutumunu gücləndirərkən, Seyyid Həsən Nəsrullahın da Ərəb cəmiyyəti arasında bənzərsiz bir qəhrəman olaraq xatırlanmasına səbəb oldu. Livan "Hizbullah”ı bu zəfərin ardından Livan siyasi arenasındakı yerini də gücləndirmişdi. "Hizbullah”, Livan Parlamentində çox sayda millət vəkiliylə təmsil edilərkən, Fuad Sinyore Kabinetində də nazirliklər əldə etdi. Hizbullah və İntifada (azadlıq hərəkatı)

"Hizbullah”ın cənub Livanda zəfər qazanması, Fələstinlilər arasında da siyasi və hərbi sahədə böyük bir təsir etdi. 1990-cı illərin başında Oslo Razılaşmasına böyük ümidlər bağlayan Fələstin xalqı, "Hizbullah”ın 2000-ci ilin Mayında İsraili cənubi Livandan çıxarmasından sonra artıq "Fələstinlilərin problemlərinin işğalçı rejimlə barış müzakirələri etməklə həll edilməyəcəyini" ifadə etməyə başlamışdı. Bu tutumun Axsa intifadasının başlamasında böyük bir təsiri olmuşdu. Axsa intifadasıyla güclənən Həmasın, Fələstin seçkilərini qazanmasıyla Fələstindəki siyasi müddət də yeni bir mərhələyə girmişdi.

Həmasın seçki zəfərinin ardından başladılan beynəlxalq embarqo, Həmas hökumətini aşırtmağa gücü çatmadı. Fələstinli qruplar, İsrail ordusunun sahildəki Fələstinli bir ailəni top atəşiylə öldürərək pozduğu Şarmuş-Şeyh atəşkəs razılaşması qarşısında bir İsrail əsgərini əsir götürərək misillemedə apardı. İsrailin əsir alınan əsgərini qurtarma səbəbiylə Fələstin şəhərlərinə istiqamətli başlatdığı hücumlar, Fələstinli parlamentarların və kabinet üzvlərinin əsir alınmasıyla zirvəyə çatdı. Beynəlxalq cəmiyyətin İsrailin Fələstində tətbiq etdiyi nisbətsiz şiddəti izlədiyi bir sırada "Hizbullah” 12 İyul 2006-ci ildə bir əməliyyat edərək iki İsrail əsgərini əsir götürmüş, Orta Şərqdə yeni bir müddətin başlamasına səbəb olmuşdu.

Bir çox siyasi müşahidəçinin ənənəvi Ərəb-İsrail mübarizəsindən fərqli olduğunu ifadə etdikləri yeni müddət, "Hizbullah” Ümumi Sekretarı Həsən Nəsrullah tərəfindən bu ifadələrlə qiymətləndirildi: "Bundan sonra siz açıq bir döyüş istədiniz, bu da açıq bir döyüşdür. Bunu siz istədiniz, hökumətiniz istədi. Oyunun qaydaları dəyişəcəksə, olsun dəyişsin. Bu gün siz kiminlə döyüşdüyünüzü bilmirsiniz. Siz, Muhəmmədin (s) Əlinin (ə), Həsənin (ə), Hüseynin (ə) və Rəsulun (s) Əhli-beytinin (ə) və səhabələrinin övladlarıyla döyüşə daxilsiniz. Siz, inancları bu yer kürədəki bütün insanlardan daha üstün olan kəslərlə döyüşə daxilsiniz. Siz tarixiylə və mədəniyyətiylə fəxr edən, maddi güclərə, imkanlara, qabiliyyətə, ağla, sükunətə, yuxuya, əzmə, dayanıqlılığa, cəsarətə sahib kəslərlə bütünlüklə döyüşə daxilsiniz. Allahın köməyiylə sizin də bizim də yaşadığımız günləri görəcəyik."

ihq.az/
Category: Dini | Added by: Ənfal
Views: 732 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]