Cümə günü, 2024-11-22, 2:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Seyid Əli Qazi
2012-11-05, 9:18 PM

Seyid Əli Qazi

Seyid Əli Qazi hicri-qəməri 1282-ci il, zilhiccə ayının on üçü Təbrizdə dünyaya göz açdı. Yetkinlik yaşına çatdıqda ədəbiyyat və din elimləri öyrənməyə başladı. Bir müddət atası Hüseyn Qazi və başqa iki alimdən dərs aldı.
Atası Hüseyn Qazi, Mirzə Məhəmməd Həsən Şirazinin şagirdlərindən idi. Bu böyük insan ustadından "ictihad” (Quran və hədislərdən dini hökmlər çıxarışı səlahiyyəti) icazəsi almışdı. Samirradan Təbrizə qayıdarkən ustadı ona gün ərzındə bir saat özünə vaxt ayırmasını tövsiyə edir. Bir il sonra Təbriz tacirlərindən bir neçəsi Samirra şəhərinə gedir və Mirzə Şirazi ilə görüşürlər. Mirzə Şirazi tacirlərdən şagirdi haqda soruşuduqda onlar belə cavab verirlər: "Sizin tövsiyə etdiyiniz bir saat onun bütün gününü əhatə etmişdir. O gecə-gündüz Allahla minacatdadır”.
Seyid Əli Qazi 23 yaşında Nəcəf şəhərinə mühacirət edir və ömrünün sonunadək orada yaşayır. O, Nəcəfdə Məhəməd Həsən Mamağani, İmamqulu Naxçıvani və Hüseyn Xəlili kimi böyük şəxsiyətlərdən dərs almışdır. Əli Qaziyə cavanlığında ikən "ictihad” icazəsi verilir. Elmdə çox yüksələn bu alim haqda mərhum Əllamə Təbatəbaidən belə nəql edirlər: "Seyid Əli Qazidən elm öyrənməyə başlayanda anladım ki, əvəllər çoxsaylı mühüm kitablar oxusam da, heç nə bilmirmşəm!"
Qazi Quranı təfsir etməkdə çox məharətli idi. Əllamə Təbatəbai deyir: "Bir ayəni başqa bir ayə əsasında açıqlamaq üslubunu ("Əl-mizan” təfsirində istifadə edilmiş üslub) mərhum Qazidən öyrənmişik."
Mərhum Əli Qazi üç kurs əxlaq və ürfan dərsləri keçməklə cəmiyyətə Behcət Fumən, Məhəmməd Bürucerdi və Əbül-Hüseyn Dəstğeyb kimi insanlar təqdim etdi.
Qazi həyatda insan üçün ən ali nemət ola biləcək ilahi sevgiyə çatmaq istəyirdi. O bu yolda çox çalışırdı. Heç nə onu yora bilmirdi. Qazi özü bu haqda belə deyirdi: "Əgər su ümidi ilə yeri qazırsansa heç zaman naümid olmamalısan. Bil ki, vaxtında su çıxacaq..."
Nəhayət, qırx il yalvarışdan sonra böyük alimin ilahi mərifətə, sevgiyə çatdıgını deyirlər.
Onun kəramət sahibi olduğunu vurğulayırlar. Bəziləri bu kimi məsələlərin məntiqi olmadığını bildirir. Görəsən, ilk baxışdan məntiqi görünən düşüncələrimizlə uyğunlaşmayan bir şeyi inkar etməkdə haqlıyıqmı? Əgər belə olarsa həyatda bir çox həqiqətləri danmaq məcburiyyətində qalacağıq. Şübhəsiz ki, hər bir insan öz ətrafı haqqında azca düşünməklə həyatda bir çox sirlərin movcudluğuna əmin olacaq.
Biz Qazi kimi ariflərin həyatını vərəqlədikdə xəstələrə şifa vermək, su üzərində yerimək və bu kimi başqa kəramətlərlə rastlaşacağımızı düşünürük. Əslində isə onların böyüklüyünü bu kəramətlərdə bilməklə onları kiçiltmiş oluruq. Heyvanı bir işarə ilə öldürməyi mürtazlar da bacarır. Əsil kəramət isə başqalarının bacarmadığı işlərdir. Onun kəraməti onun əxlaqı idi. Bəli, Qazi kimi olmağı hamı bacarmır. O ölü canları yox, ölmüş qəlbləri dirildirdi.
Evdə qayğıkeş, mehriban bir ata idi. Hətta övladları daxıl olanda ayağa qalxır və bu işlə həm onlara həm da başqalarına dərs keçirdi. Mərhum Qazinin övladlarından biri deyir: "Atam həmişə həzrət Əlinin hərəminə gedəndə ziyarətnamə oxuyardı. Bir gün onunla birlikdə hərəmə getdik. Atam həmişəkindən fərqli olaraq ziyarətnamə oxumadan dərhal hərəmdən xaric oldu. Mən ondan bu işinin səbəbini soruşdum. Atam belə cavab verdi: Hərəmdə mənə qarşı qəlbində düşmənçilik saxlayan birini gördüm. Məni görəcəyi halda qəlbindəki kin alovunun yenidən şölələnməsi və nəticədə ibadətlərinin puç olmasından qorxdum..." Bəli, həqiqi kəramət budur!
Mirza Əli Qazi uzun illər İslam maarifini tədris edib, böyük alimlər hazırladı. O, hicri-qəməri 1366-cı il rəbiül-əvvəl ayının dördü Nəcəf şəhərində vəfat etdi. "Vadiüs-səlam” qəbiristanlığında atasının yanında dəfn oldu.
Ayətullah Behcət deyir: Nəcəfdə bir nəfər yuxuda üzərinə "Allahın dostu vəfat etdi”, kəlmələri yazılmış tabutun aparıldığını görmüşdü. Sabahı gün Qazi vəfat etdı.
Category: Dini | Added by: Ənfal
Views: 716 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]