Cümə axşamı, 2024-11-21, 9:42 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Seyid Həsən Seyidzadə
2012-11-09, 10:43 AM
Seyid Həsən Seyidzadə

Seyid Həsən Seyidzadə Seyid Əli oğlu 1860-1870-ci illər aralığında Gəncə şəhərində İmamlı küçəsində anadan olub.
İlk təhsilini vətəndə aldıqdan sonra İraqın Nəcəfül-Əşrəf şəhərinə yollanır. O zamanın məşhur alimlərinin dərslərində iştirak edərək təhsilini kamilləşdirib ictihad dərəcəsinə yetişir. Vətənə qayıdaraq Seyid Bəyim adlı xanımla ailə həyatı qurur.
Seyid Əli, Mir Saleh, Mir Xəlil, Şölə Bəyim, Rəxşəndə Bəyim, Fatimə bəyim adlı övladları dünyaya gəlir. Seyid Həsən dini şəxslərin yetişməsi üçün Pişnamazzadə və bir çox başqaları ilə birlikdə Gəncə şəhərində mühüm işlərlə məşğul olur.
1920-ci ildə qaynatası Seyid Rzadan sonra Gəncədəki Şah Əbbas məscidinə axund təyin olunur. 1929-cu ilədək bu məsciddə fəaliyyət göstərir.
20-ci illərin sonunda rus ordusu tərəfindən Seyid Həsənin mülkü müsadirə olunur, ailəsinə isə şəhər karvansarasında kiçik bir otaq ayrılır. 1926-cı ildə Seyid Bəyim xanım ağır həyat tərzinə tab gətirməyərək dünyasını dəyişir.
1930-cu ildə Seyid Həsən barədə həbs qərarı verilir. Həbs olunmamaq üçün Seyid Həsən Cənubi Azərbaycanın Əhər şəhərinə hicrət edir. Əhər şəhərində dini fəaliyyətini davam etdirərək tələbələr yetişdirməklə məşğul olur.
1953-cü ildə vətəndən və altı övladından ayrı qürbətdə dünyasını dəyişir. Əhər şəhərinin əhalisi Seyid Həsən Seyidzadə üçün 3 gün matəm saxlayır.
Category: Dini | Added by: Ənfal
Views: 929 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]