Main » Files » Şəxsiyyətlər » Dini |
Şəhidə Bintül-huda Əs-Sədr
2012-11-02, 12:23 PM | |
Ölümsüz qəhrəmanlar: Şəhidə Bintül-huda Əs-Sədr. Biz artıq bir müddətdir ki, sizi İraqda böyük nüfuza sahib olmaları ilə yanaşı eyni halda İslam dünyası üçün tananmış mütəfəkkirlər yetişdirmiş Sədrlər ailəsinin böyük şəxsiyyətləri haqqında məlumat veririk. Onlardan bəzilərinin haqqında geniş məlumat əldə etməyə çalışaraq bu məlumatları sizlərə təqdim etsək də bəziləri haqda məhdud məlumat o ali simaların həyatını işıqlandırmaqda bəzi çətinliklər yaradır. Bu dəfəki Sədrlər ailəsinə məxsus olan şəhidə Sədrlərin iftixarlı ailəsinə uca bir zirvə bəxş etmiş bir şəxsdir. Əfsus ki, onun haqqında da istədiyimiz məlumatı əldə edə bilməmişik. Lakin əldə olunan məlumatla da biz inanclı xalqımıza mübarizə və şəhadətdə əhəmiyyətli rola malik olan qadınların tanıtımını üzərimizdə bir vəzifə bilməklə yanaşı bu dəyərli şəxslərin tarixdə yaşamasına bir vasitəçi olmağa çalışırıq. Beləcə Şəhidə Bintül-huda sədri siz də yaxından tanıyın. Onun haqqında hələ tarix səhifələri çox maraqlı hadisələri işıqlandıracaq. O, pak Əhli-beyt (ə) yolunun cəngavər qadın simaları arasında özünə məxsus cəsarətli imzası ilə adını tarixə həkk etdirdi. Xanım Zəhranın (ə), Xanım Zeynəbin (ə) başlatdığı azadlıq hərəkatını dövrün müctəhid məqamına çatmış bu qadın vəzifəsinə lazımınca əməl edərək davam etdirməklə yanaşı hər dövrün mübarizəsində qadınların rolunun əhəmiyyətini bir daha öz qanı ilə hər bir yatmış vicdanın divarlarına çırpdı. Əllamə Ayətullah Seyid Heydər sədrin ailəsində dünyaya gəlmiş Bintülhuda elə kiçik yaşlarından ağlı, zəkası və Allaha itaətkarlığı ilə ətrafında olan qızlardan fərqli dərəcədə seçilirdi. Atasından qızı haqqında bu dəyərləri xəbər aldıqda o Allahın lütfünün Bintülhudanın simasında üzərinə nazil olmasını vurğularkən bu övladın ona əta olunmasını ibadətində xalislik olması ilə əlaqələndirərdi. Kiçik yaşlarında dini elmlərə yiyələnən Bintülhuda qısa bir zamanda dinin xüsusi məqamlarını mənimsəyir. Təhsilini davam etdirmək üçün o Nəcəfdə qardaşları Muhəmməd Baqir və Seyid İsmayıl Sədrin yanında usul-fiqh, ərəb ədəbiyyatı, hədis elmlərini tamamlayır. Bundan sonra o təfsir və sair sahələrdə elmi biliklərin dərinləşdirərək ictihad dərəcəsinə çatır. Ona ictihad məqamını Nəcəfin tanınmış müchədidləri imtahan etdikdən sonra verirlər. Onun tədrisdə xüsusi təsirə malik olması yetişdirdiyi tələbələrdə dini bilgilərlə yanaşı əxlaqi və mənəvi xüsuiyyətlərin də inkişafını gücləndirirdi. Odur ki, onun yetişdirdiyi tələbələr də məhz əxlaq elm və irfani xüsisiyyətləri ilə məlumat vermədən müəllimələrinin kimliyi haqqında fikiri tərənnüm etdirirdilər. Elmi dəyərlərin ruhi xusisiyyətlərindəki təsiri, mübarizə meydanında kəskin fikirlərini qardaşı Şəhid Ayətullah Muhəmməd Baqir Sədrin təsiri altında əldə etdiyini qeyd edən Bintülhuda cəmiyyətdə atası, qardaşı qədər nüfuza malik olması ilə yanaşı mübarizədə də onlardan heç də geri qalan deyildi. Gənc yaşlarında Şəhid Ayətullah Seyid Muhəmməd Musa Sədrlə ailə quran bu xanım kəbini zamanı ilk tələbi mübarizə meydanında, təbliğat və təşviqatda həyat yoldaşının onun qadağalamaması istəyi səbəb olaraq göstərilmişdi. Təbii ki, Ayətullah Seyid Musa Sədri bu şərt qane etdiyi üçün onunla izdivaca razılıq vermişdi. Ailə qurduqdan sonra Kazimeyn və Bağdadda təşkil olunan qadın toplantılarrında yaxından iştirak edən Şəhidə Bintülhuda burada qadın mədrəsələrinin qurulmasında xüsusi zəhmət göstərir. Eyni halda qadınların ictimai həyatda nüfuzunun qorunması istiqamətində önəmli addımlar atır. Bunu qeyd etmək yerinə düşərdi ki, bütün bu addımları Səddam Hüseyn kimi qaniçən bir rəhbərin başçılıq etdiyi dövlət daxilində etmək Xanım Bintülhudaya o qədər də rahat başa gəlmir. Qardaşları kimi onun də tez-tez həbs olunması fərmanını verən BƏƏS təşkilatı rəhbərliyi onu hər cür təzyiqlərə məruz qoysa da bu Bintülhudanı əsla qorxutmur. 1978-ci ildə Ayətullah Muhəmməd Baqir Sədrin həbsi Xanım Bintülhudanı mübarizə meydanında bir az da mətinləşdirir. İctimai çıxışlarında insanları haqqlarını müdafiəyə səsləyən xanım dini vəzifələrdin irəli gələn addımların İlahi dəyərlərə əsaslanığı halda Allahın razılığından başqa bir şey olmadığını diqqətə çəkərək Səddam Hüseyn və onun idarə etdiyi rejmin süquta uğrayacağı günü İraq xalqının görəcəyi vədəsi ilə çıxışlar edir. Və bu çıxışların nəticəsi olaraq O, Muhəmməd Baqir Sədrin azadlığa buraxılmasına nail olur. Əlbəttə ki, bu azadlıq müvəqqəti xarakter daşıyırdı. Çünkü diktator Səddam Hüseyn artıq tanış olduğu bu ailənin üzvüləri ilə necə davranacağını çox yaxşı bilirdi. Bir il sonra 1979-cu ildə BƏƏS təşkilatının xüsisi xidmət orqanları Muhəmməd Baqir Sədrlə yanaşı bacısı Bintülhuda Sədri ölkədə dövlət əleyhinə apardıqları təbliğat səbəbi ilə həbs edirlər. Ciddi işgəncələrə məruz qalan bacı qardaşı hər vəclə susdurmağa çalışan rejim sonunda həbsdən iki gün sonra Bintülhudanı şəhid etdi. Tarixdə onun şəhid olmazdan öncə dediyi çox qiymətli sətirləri qalmaqdadır. O dindirmədə şəxsən iştirak edən diktator Səddam Hüseynə baxıb deyir: «Elə bilirsən ki, məni şəhid edib öldürməklə sənə qarşı qalxan səsləri susdura biləcəksən? Əsla! And olsun Allaha ki, sənin qaranlıq uçqunlarda canını gizlətdiyin o günü görürəm. Səni heyvanın gizləndiyi dəlikdən çıxarırmışlar kimi zorla ictimayyətə çıxardıqlarını, həşərat, bit basmış saqqalını gəzən məmurların əlində zəlil olduğunu görürəm. Ağzını axtarıb edam kürsüsündə heç bir dəyərlərinə hörmət qoymadan dar ağacından asılacağın gün gözümün önündədir. And olsun canımız əlində olan Allaha ki, sən ən iyrənc bir varlıq kimi öldürüləcəksən. Allahın məşhərində qarşı-qarşıya gələcəyimiz gün sənə bu dediklərim sübut olacaq. O zaman zillət və ziynət sahiblərinin kimlər olacağını şəxsən özün görəcəksən…» Bu Bintülhudanın illər sonra Səddam Hüseynin həyatında gerçəkləşən xəbəri iman gücü ilə söylədiyi və bu səbəbdən də diktator hakimin daha çox nifrətinə tuş gələrək şəhid olması ilə tarixə düşən sətirləri idi. PS: İran İnqilabının banisi Ayətullah İmam Xomeyni (r) İraqa sürgün olunduğu zaman Şəhidə bintülhuda haqqında qeyd olunan məlumatlardan bəzilərini eşidir. İmama onun etdiyi xütbələri nəql edərək cəsarətli xanımın parlaq simasını tanıtdırdıqları zaman İmam Xomeyni (r) deyir: «Kaş Bintülhuda kişi olaydı. O İslam dünyası üçün çox dəyərli rəhbərlərdən olardı…» ihq.az | |
Views: 939 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |