Cümə axşamı, 2024-11-21, 10:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Müqəddəs Ərdəbili
2012-11-09, 2:52 AM
Müqəddəs Ərdəbili

Doğum yeri və təhsili.
Onuncu əsr Ərdəbil şəhərində Şiə ailələrinin birinin evində bərəkətli bir uşaq dünyaya gəldi. Atası Muhəmməd ona Əhməd adını verdi. Əhməd başlanğıc elmlərini təhsil aldıqdan sonra, mənəviyyat və mədəniyyət pillələrini bir-bir qalxır. Daha sonra elmini kamala çatdırmaq üçün Nəcəfə hicrət edərək İmam Əlinin (ə) müqəddəs məqbərəsi yanında təhsilinə davam etdirir.

Nəqli elmlər və fiqhi Şəhid Sanının şagirdlərindən olan Seyyid Əli Saigin yanında öyrənir.

Əhməd tam bir elm aşiqi idi. Ömürünü o, qəflət içində keçirmədi. Qarşılaşdığı və getdiyi hər diyardakı alimdən istifadə edirdi. Şiraza hicrət edərək böyük filosof Cəmaləddin Mahmudun hüzurunda əqli elmlərin təhsilini alır. Tək idealı elm və əməli birlikdə yaşamaq idi. Təqva və zahidliyi özünə qanun əldə edərək "Müqəddəs" ləqəbini alır.

Başqalarının gözündə Müqəddəs Ərdəbili.
Müqəddəs Ərdəbili alimlər arasında təriflənmiş, adı tez-tez xatırlanan və hər kəsin qarşısında hörmətlə əyildiyi böyük bir fəqih, mühəddis və abid idi. Muqəddəs Ərdəbiliylə müasir olan Seyyid Mustafa Təfrişi belə nəql edir: "Onun əzəməti, təmkini, etibarlılığı və mövqeyi izah edilənlərdən daha böyükdür. Belə ki qələm, kağız və cümlələr onun xüsusiyyətində acizdir. O dövrünün ən böyük fəqihi və mühəddisi idi. Bununla birlikdə yaşadığı dövrün ən abid və təqvalı şəxsiyyətlərindən sayılırdı.

" Şeyx Azadı Amuli onun haqqında belə deyir: "Əhməd Muhəmməd Ərdəbili alim, əxlaq sahibi, araşdırmaçı, təqvalı, zahid, abid və etibarlı, böyük bir fəqih idi."

Əllamə Məclisi isə onu bu cümlələr ilə tərifləyir:
"Müqəddəsi Ərdəbili nəfsi təzkiyəsi, təqva, zöhd və fəzilətdə əvvəlki və sonrakı alimlər arasında rast gəlmədiyim bir alim idi."

Müqəddəs Ərdəbili və Səfəvi padşahları.
Səfəvi padşahları siyasi və ictimai mövzularda Şiə fəqihlərinə hörmət göstərər, onlar ilə fikir mübadiləsində olar və özlərinə yol göstərmələri üçün müşavirə edirdilər. Səfəvilərin İslam və Əhli-beyt (ə) məktəbinə etdikləri xidmətləri göz ardı etmək inkar edilməz bir gerçəkdir. Səfəvi dövründə Şiə məzhəbi rəsmi məzhəb olaraq elan edildi. Şiə alimləri bir çox əsərini bu dövrdə yazmış və nəşr etmişlər. O dövrdə fəqihləri cəmiyyət və Səfəvi padşahları üzərində böyük bir təsiri və ağırlığı vardı. Müqəddəs Ərdəbili də mühitin uyğunluğundan faydalanıb Şiə və İslami təbliğ edən fəqihlərdən biri idi. Səfəvi padşahlarının dəvətini geri çevirib Nəcəfi tərk etməsə də oradan Şiələri və Səfəvi Sultanlarını irşad etməkdə idi.

Səfəvi hökuməti vəzifəlilərindən biri Şah Əbbasın qəzəbinə uğramış və can qorxusundan fərarilik edərək Müqəddəs Ərdəbiliyə sığınir. Müqəddəs Ərdəbili Şaha belə bir məktub yazır: "Ey Səfəvi padşahı Əbbas! Bunu yaxşı bil ki, bu şəxs əvvəldən zalım olsa da bu anda məzlum mövqeyindədir. Əgər onun səhvlərini bağışlasan uca Allahda sənin səhvlərindən bir qisimini bağışlayar.

Vilayət şahının qulu Əhməd Ərdəbili.
Bu məktub Şiə alimlərinin Səfəvi padşahlarının əmrlərində və xidmətlərində olmadıqlarının bir göstəricisidir. Görüldüyü üzrə Müqəddəs Ərdəbili məktubda padşahı tərifləmir və özünü İmam Əlinin (ə) kölələrindən biri olaraq tanıdır.

Şah Əbbas, Müqəddəs Ərdəbilinin istəyini qəbul edərək belə bir cavab yazır: "Əmrlərinizi canla başla qəbul etdiyimi və bu muhibbi də xeyir-dualarınızda unutmamağınızı arzu edərəm. "Əli dərgahının iti Əbbas."

Müqəddəs Ərdəbili təhsil kürsüsündə.
Müqəddəs Ərdəbili Nəcəf Elmlər Hövzəsinin yenidən canlanmasını və köhnə halına dönməsini təmin edir. Ayətullah Seyyid Həsən Sədr belə yazır: "Müqəddəs Ərdəbilinin dövründə Nəcəfə elmi hicrətlər başladı. Elm aşiqlərinin uzaq və yaxın diyarlardan bura axın etmələri nəticəsində Nəcəf Elmlər Hövzəsini köhnə günlərdəki canlılığına qovuşdu."

Müqəddəs Ərdəbili yaşadığı müddətcə İslam və Şiə məktəbinə böyük xidmətlər edir. Xüsusi ilə əxlaq və nəfsi təzkiyəsi sahəsində seçmə şagirdlər yetişdirir. Yetişdirdiyi şagirdlərin hər biri öz dövrlərinin böyük fəqihləri və mühəddisləri olurlar.

Yetişdirdiyi şagirdlərdən bəziləri:
1-Şeyx Həsən (Şəhidi Saninin oğulu).
2-Seyyid Muhəmməd (Şəhidi Saninin nəvəsi).
3-Mir Feyzullah Təfrişi
4-İnayətullah Kuhbayeyi
5-Molla Əbdullah Şüştəri

Müqəddəs Ərdəbilinin əsərləri.
Müqəddəs Ərdəbilinin böyük xidmətlərinin yanında İslam aləminə xüsusilə də Şiə aləminə qiymətli və qiymətsiz əsərələr yadigar qoymasıdır. O qiymətli əsərlərdən:
1-İstiynasul Mənəviyə
2-Bahrul Mənakib
3-Hadikatuş-Şiə
4-Zubdetul Bəyan fi Ayatil Əhkam
5-Mənasikul Həcc 6-Məcmaul Fayda vəl Burhanı fi Şərhi İrşad Müqəddəs Ərdəbili təvazökar bir şəxsiyyətə sahib idi. Xüsusilə şagirdlərinə qarşı olduqca təvazökar idi. Şagirdlərindən Şeyx Həsən Livana təbliğata gedərkən usdadından özünə nəsihət verməsini istəyir. Ustadı ona yazdığı nəsihətlərinin sonuna belə bir qeyd yazır: "Bu nəsihətləri Allahın qulu Əhməd, mövlasına yazmışdır. Ümid edir ki, bunlara əməl etsin".

Müqəddəs Ərdəbilinin kəramətləri.
Kasıb və yoxsullara kömək etmək Müqəddəs Ərdəbilinin üstün sifətlərindən idi. O quraqlıq və qıtlığın yaşandığı və kasıbların fəryadlarının yüksəldiyi bir ildə öz ailəsi üçün hazırladığı yemək, un və buğdaları kasıblara paylayır. O, kasıblar aç ikən öz ailəsinin tox olmasına razı olmurdu. Bu vəziyyəti görən xanımı; "Nə üçün bu quraqlıq və qıtlıqda öz yeməklərimizi və buğdaları kasıblara verirsən? Uşaqlarım başqalarına əlmi açsınlar? " dedi.

Müqəddəs xanımına cavab vermədən evdən çıxaraq etikaf üçün Kufə Məscidinə gəlir. Etikafının ikinci günü bir şəxs bir miqdar un və buğda gətirib Müqəddəsin evinə verərək belə deyir: "Ev sahibi məsciddə etikaf etməkdədir, bunları o sizə göndərdi." Müqəddəs Ərdəbili bir neçə günlük etikaftan sonra evə döndüyündə xanımı; "Göndərdiyin un və buğda çox ləzzətli idi." deyir. Olub bitənlərdən xəbərsiz olan Müqəddəs bunun Allahın bir lütf və rəhməti olduğunu anlayır. Bunun üzərinə Allaha həmd sənada edir. Bu böyük ibadət əhli fəqihin həyatında buna bənzər onlarla kəramətlər görülmüşdür. Biz burada o kəramətlərdən ikisini zikr etməklə kifayətlənəcəyik:

1-Müqəddəs Ərdəbilinin şagirdlərindən və onunla yaxından əlaqədə olan Mir Feyzullah belə deyir: "Mən mədrəsədə Imam Əlinin (ə) türbəsində otaqların birində qalırdım. Bir gecə dərs və mütaliə etdikdən sonra hava almaq üçün bayıra çıxdım. Qəflətən bir şəxs tələsik türbəyə doğru getdiyini gördüm. Öz özümə; "Bu adam türbənin şamdanını və şamlarını oğurlamağa gələn oğru olmasın dedim." Adamın xəbəri olmadan gizlicə onu izləməyə başladım. Türbəyə doğru hərəkət etdim. Qapıya yaxınlaşınca o bir az dayandı. Bu an qapının kilidi açılaraq yerə düşdü və qapı açıldı.

Bundan sonra yoluna davam etdi. İkinci və üçüncü qapılarda kilidlər də özbaşına açıldı. Məzarın yanına gedərək salam verdi və məzardan salamının cavabı gəldi. Mən adamın səsini tanıdım və İmam Əli (ə) ilə elmi bir məsələ haqqında danışdığını fərq etdim. Cavabını aldıqdan sonra türbədən ayrılaraq Kufə Məscidinə doğru yola düşdü. Məni fərq etməyəcək şəkildə onu təqibimə davam etdim.

Məsciddən içəri girdiyində gördüm ki, o mehraba doğru irəliləyir. Orada da böyük bir şəxslə elmi bir məsələ haqqında danışıb cavabını alaraq buradan da ayrıldı. Mən təqibatıma davam edirdim. Şəhərin giriş qapısına çatdığımızda hava işıqlanmışdı. Şəhərə girmədən yüksək bir səslə; "Ey Mövlamız mən ilk başdan bəri sizi izləməkdəyəm. Elmi məsələləri danışdığınız o şəxslərin kim olduqlarını mənə söyləyərsinizmi?” dedim. Müqəddəs Ərdəbili bu sözümü eşidincə məndən həyatda olduğum müddətcə bu mövzuları kimsəyə söyləməyəcəyimə dair söz aldıqdan sonra belə dedi: "Ey övladım! Bəzən bəzi məsələləri anlamadığımda türbəyə gəlib suallarımı İmam Əlidən (ə) soruşurdum. O sualların cavabını verirdi. Bu gecə də hər zamanki kimi sual soruşmaq üçün türbəyə gəlmişdim. Məsələni izah etdim mövlam İmam Əli (ə): "Oğulum deyə buyurdu; "İmam Zaman (ə.f) Kufə məscidindədir. Get məsələni ondan soruş!” dedi. Kufə Məscidində gördüyün o şəxs İmam Zaman (ə.f) idi.”

2-Bir gecə yuxuda Rəsulu Əkrəmi (s) gördüm. Hz. Musa (ə) yanında oturmuşdu. Müqəddəs Ərdəbili də yanlarında idi. Hz. Musa (ə) Müqəddəsə işarə edərək Rəsulu Əkrəmdən (s): "Bu adam kimdir?" deyə soruşdu. Rəsulu Əkrəm (s): "Özündən soruş?” deyə buyurdu. Hz. Musa (ə) Müqəddəsə: "Sən kimsən?” deyə soruşdu. Müqəddəs: "Adım Əhməddir. Muhəmmədin oğuluyam. Ərdəbilliyəm və filan ünvandakı evdə yaşayıram” deyə cavab verdi. Hz. Musa (ə) heyrətlə: "Mən səndən yalnız adını soruşdum. Bu qədər təfsilata gərək yox idi” deyə buyurdu. Bunun üstündən Müqəddəs Ərdəbili; "Allah Təala sizə əlindəki nədir deyə soruşdu. Ancaq siz detallı bir şəkildə cavab verdiniz. Nə üçün o qədər təfsilatlı cavab verdiniz?” Hz. Musa (ə) Rəsulu Əkrəmə (s) dönərək buyurdu: "Yerində və doğru buyurmusan, ümmətimin alimləri Bəni İsrail peyğəmbərləri kimidir."

Müqəddəs Ərdəbilinin vəfatı.
Hicri 993 ilinin Rəcəb ayında Ərdəbildə doğan elm və təqva günəşi bir ömür Şiə və Islam aləmini işıqlandırdıqdan sonra Nəcəfdə batdı. Dünyada Əhli-beyt (ə) eşqi və söhbətiylə yaşamış bu arif və zahid alim İmam Əli (ə) türbəsinə dəfn edildi.

"Şiə Alimləri Bioqrafiyası" kitabından götürülüb.
Hazırlayan: Kərim Uçar Mütərcim Əbülfəz Bunyadov.
Category: Dini | Added by: Ənfal
Views: 1260 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]