Main » Files » Şəxsiyyətlər » Dini |
İbn Xəldun
2012-11-09, 10:04 AM | |
İslam düşüncəsinin önəmli nümayəndələrindən olan İbn Xəldun XIV-XV əsrlərdə yaşamışdır. O, 1332-ci ildə Tunisdə anadan olub. Onun həyatı çox maraqlı və təlatümlü keçib. Gənc yaşlarından elmə maraq göstərən Xəldun dövrün alimlərinin elmi söhbətlərinə qulaq asmışdır. Elmi təfəkkürü və idarə etmə qabilliyyəti zəmanəsinin dövlət adanlarının diqqətini cəlb edib və ona dövlət qulluğu vəzifələri təklif olunub. Uzun müddət Mərakeş və Becayə əmrlərinin vəziri vəzifəsində çalışıb. Bununla bərabər bir neçə dövlətdə elçi olaraq çalışan İbn Xəldun bu vəzifənində öhdəsindən çox uğurla gəlmişdir. Elçilik dövrünün ən vacib mərhələsi Teymurilər dövlətinin başçısı Əmir Teymurun sarayında keçmişdir. Siyasi karyerasını başa vurduqdan sonra yeni bir elm yaratmaq fikrinə düşən İbn Xəldun tarixlə əlaqədar 7 cildlik əsərinin 1-ci cildi olan məhşur "Müqəddimə”sində tarix elminin mahiyyətini, məqsədini və faydasını möhtəşəm bir şəkildə izah etmişdir. O elm aləmində məhşur "Müqəddimə” əsəri ilə tanınmışdır. O bu əsəri nə az, nə çox düz 4 il ərzində tamamlamışdır. Mütəfəkkir bu əsərində tarixi hadisələri ictimai, etnik, mədəni, siyasi, iqtisadi, coğrafi, və bioloji şərtlərlə əlaqələndirmişdir. Bu əsərinə görə bir çox elm adamı müasir tarixi fəlsəfənin və müasir sosiologiya elminin yaranmasını onun adı ilə bağlıyırlar. Onun əsərləri qərb dillərinə tərcümə edilməsindən sonra çox böyük şöhrət qazanmasına səbəb olmuşdur. Yaradıcılığı çoxları tərəfindən qəbul edilən İbn Xəldun sadəcə şərqdə deyil, qərbdə də böyük nüfuza malik olmuşdur. Professor K. Filip Hitti İbn Xəldunun çatdığı üstün səviyyisini belə izah edir; "Heç bir Qərbli elm adamı İbn Xəldundan əvvəl bu şəkildə hər şeyi əhatə edən geniş bir tarix fikrini üzə cıxarmamışdır. İndiyə kimi aparılan araşdırmalara görə bütün elm adamalrının həmfikir olduğu şey, İbn Xəldun yalnız İslam aləminin yetişdirdiyi ən böyük bir tarix fəlsəfəçisi deyil, gəlib-getmiş və bundan sonra gələcək olan bu barədə bütün elm adamlarının ən ucası olmuşdur”. İbn Xəldunə qədər heç kim tarix fəlsəfəsini yazmamışdır. Tarixi hekayə kimi qəbul edirdilər. İbn Xəldun tarixin fəlsəfəsi olduğunu irəli sürmüşdür. Tarixin bir elm olduğunu üzə çıxaran, onun qanunlarını açıqlayan İbn Xəldun tarixi nagıl və hekayə olmaqdan çıxarmışdır. O, bu elmin məqsədini "ictimai həyatı öyrənmək” olaraq qəbul etmişdir. Şərqin Mönteskyüsü adlandırılan İbn Xəldun yazdıqları əsərləri və nəzəriyyələri ilə ölümündən sonra həyatı və yaradıcılığı uzun illər boyu araşdırılmışdır. İbn Xəldun tarix fəlsəfəsi və siyasi fəlsəfə sahəsində təkcə ərəblərin deyil, eyni zamanda bütün dünyanın ən böyük simalarından biridir. O, həm də sosiologiya elminin banisi sayılır. Müasir sosiologiyanın bir sıra terminləri, hətta sivilizasiya haqqında təlimin prinsipləri onun yaradılığında sistemli şəkildə tədqiq edilmişdir. Bu təlim İslam düşüncəsi ilə Qərb düşüncəsi arasında bir körpü rolunu oynamışdır. | |
Views: 924 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |