Main » Files » Şəxsiyyətlər » Dini |
İbn Fəhd Hillinin həyatı
2013-05-11, 5:42 AM | |
Əhməd ibn Muhəmməd ibn Fəhd Hilli hicrətin 757-ci ilində İraqın Hillə şəhərində dünyaya gəlmişdir. İbn Fəhd doğulduğu şəhərində təhsil almışdır. O, təhsildən sonra böyük elmi dərəcələrə yüksəlmişdir. İbn Fəhd Hillədə Zeynəbiyyə mədrəsəsində tədris etmiş və görkəmli alimlər yetişdirmişdir. İbn Fəhdin tədrisdən əlavə çoxlu dəyərli əsərləri olmuşdur. Onun Əxlaq, Kəlam (Teolagiya) və Tarix elmlərində 47-əsəri olmuşdur. Belə deyirlər ki, bir gün İbn Fəhd yuxuda İmam Əli (ə) və Seyyid Mürtəza Əlmulhudanı yaşıl ipəkdən libaslar geyinmiş və İmamın Seyyidin əlindən tutmuş bir halda müqəddəs Nəcəf türbəsinin içərisində gəzdiklərini görür. İbn Fəhd onlara doğru gedərək salam verir. İmam və Seyyid də onu salamlayırlar. Sonra Seyyid Mürtəza üzünü ona çevirərək deyir: "Əhli-Beytə (Müqəddəs İslam Peyğəmbərinin ailəsi) yardım ediyinə görə sənə eşq olsun.” Daha sonra o Fədhin kitabları barədə sual etdikdə və İbn Fədh kitablarının adlarını söylədikdə Seyyid ona belə deyir: Elə bir kitab yaz ki, Allaha doğru aparan yolları asanlaşdırsın və kitabı bu cümlələrlə başla: Rəhman və Rəhim olan Allahın adı ilə. Həm olsun Allaha, Mütləq olan və məxluqatdan asılı olmayan Müqəddəs Varlığa.” Yuxudan ayıldıqda İbn Fəhd ön sözündə Seyyidin cümlələrini daxil etdiyi "Təhrir” kitabını qələmə almağa başladı. İbn Fəhd bir ömür Allah-təalaya yorulmadan xidmət etdikdən sonra hicrətin 841-ci ilində 84-yaşında Kərbəla şəhərində vəfat etdi. Qəbri Kərbəlada İmam Hüseynin (ə) xeymələrinin yanındadır. Alimlərin onun haqda söylədikləri Rövzatul-cənnat kitabının müəllifi onun haqda deyir: Alim, arif, qeyb sirlərə sahib, fəzilətlər sahibi Əhməd ibn Muhəmməd ibn Fəhd Əsədi Hillinin tərifə ehtiyacı yoxdur. O, Şəhid əvvəldən, Şeyx Miqdaddan, Əli ibn Xazindən dərs almışdır. Şeyx, Əbulqasim Əli ibn Əbdülhəmiddən hədis nəql etmək icazəsi almışdır. İcazənamədə belə yazılır: Əhməd ibn Muhəmməd İbn Fəhd əsrimizin böyük və görkəmli alimlərindən və Zeynəbiyyə mədrəsəsinin müəllimlərindəndir. O, məndən icazə aldı. Mən ona mənim kitablarımı və hədislərimi nəql etməyə icazə verdim. Onun çoxlu əsərləri olmuşdur. Onların arasında aşağıdakı kitablar böyük əhəmiyyətə malikdir. Udətud-dai, Kifayətul-muhtac ilə məsailil-hacc, Əl-hidayə fi fiqhis-səlat və Ət-təhsin fi sifatil-arifin Ustadları: 1-Muhəmməd ibn Məkki şəhid əvvəl 2-Fazil Miqdad 3-Seyd Bəhaid-din Əli ibn Əbdülkərim 4-Əhməd ibn Əbdullah ibn Səid Bəhrani Şagirdləri: 1-Əli ibn Hilal Cəzairi 2-Şiənin məşhur alimi Həsən ibn Əli ibn İşrə Amuli 3-Əli ibn Əbdülali Kərəki 4-Əbdüssəmi Hilli, Tuhfətul-talibin kitabının müəllifi 5-Muhəmməd ibn Fəllah 6-Muhəmməd ibn Təyy Amuli Əsərləri: İbn Fəhd Hilli öz əsrinin böyük alimlərindən olmuşdur. O, fiqh, irfan, zöhd və siyri-süluk sahələrində böyük məqam sahiblərindən idi. Müəllifin bu məqamlarını onun əsərlərində çox gözəl şəkildə əks olunur. İbn Fəhdin bəzi əsərlərini burada qeyd edirik: 1-Adabud-dai 2-Əl-ədiyə vəl-xutum 3-Əsrarus-səlat 4-Tarixul-əimmə (ə) 5-Ət-təhrir (Fiq sahəsinə aiddir) 6-Ət-təhsin fi sifatil-arifin 7-Camiud-dəqaiq və kaşiful-həqaiq 8-Əd-durun-nəzid fi fiqhis-səlat 9-Uddətud-dai və nəcahus-sai 10-Əl-məsailuş-şamiyyat 11-Misbahul-mubtədi və hidayətul-muhtədi 12-Əl-mutəqəssir fi şərhi irşadul-əzhan 13-Əl-mucəzul-hadi 14- Əl-mucəzul-havi 15-Əl-məzhəbul-bariu fi şərhil-muxtəsərin-nafi ihq.az | |
Views: 960 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |