Cümə axşamı, 2024-11-21, 10:05 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Hacı Vaqif
2012-11-09, 3:00 AM
O, çoxdan dünyasını dəyişmişdi

  (Hacı Vaqifin əziz xatirəsinə!)


"İnna lillahi və inna ileyhi raciun”


Allahın adı ilə! Həqiqətən, biz Allah üçünük və həqiqətən, Allaha tərəf qayıdacağıq! Bu Qurani-Kərimdən bir ayədir. Allah-Təala bu ayə vasitəsiylə bizi ayıldır. Bizə demək istəyir ki, ey insan, həqiqətən də, Mənim tərəfimdən göndərilmisən yer üzünə və həqiqətən də, bir gün qayıdacaqsan Mənim Dərgahıma! Bu şərif ayəni daha çox ölüm xəbəri eşitdikdə zikr edirik. Amma, əslində bizim hər anımız Allah tərəfindən göndərilib və hər an Ona tərəf qayıda bilərik. Ona tərəf qayıtmağımız isə Onun buyurduqlarına əməl etməklə həyata keçir. Deməli, bu kiçik müqəddimədən bu mətləbi anlamaq asanlaşır ki, insan elə bu dünyada ikən Allaha tərəf qayıtmalıdır. Mümükündür ki, o bir müddət Allahdan uzaqlaşsın, yəni ilahi buyuruqlardan kənarda qalsın, amma onun üzərinə düşən əsas vəzifə-qayıtmaqdır!


Onu şəxsən tanımırdım...

Onu şəxsən tanımırdım, yəni Hacı Vaqifi! Yəni, şəxsi tanışlığım yox idi, bir yerdə oturub yeyib-içməmişdik. Amma, bir insanı tanımaq üçün nə onun tərcümeyi-halını oxumaq lazımdır, nə də ki, onunla əyləşib duz çörək kəsmək. Tutduğu mövqe, ictimaiyyətdə, fitnələrin qopduğu toplumda özünə bəlli etdiyi səf və cərgəsiylə insanı tanımaq mümkündür. Hacı Vaqifin özünə seçdiyi səf və dutduğu mövqe bəllidir. O, Allah tərəfindən göndərilmişdi, amma, Allaha tərəf iyulun 12-də qayıtmadı. Çünki əvvəldə qeyd etdiyimiz kimi o, əməlləri ilə Allaha tərəfində idi.


"Vicdan məhbusu” Vaqif Abdullayev dünyasını dəyişdi” başlıqlı xəbərə rast gəldim. İçimdən bu sözləri demək keçdi: O, çoxdan dünyasını dəyişmişdi. Bəli, elədir. Hacı Vaqif çoxdan bu dünyasını Axirəti ilə dəyişmişdi. Dünyanı, dünya cəh-cəlalını, var-dövləti, azad yaşamağı, qohum-ailə içində olmaqlığı dəyişmişdi Axirət ilə! Üzür istəyirəm, sonuncu "azad yaşamaq” sözü yanlışlıqla qeyd edildi. O, elə zindanda azad idi, izzətli məhbus olmağın özü əsil azadlıqdır! O, hicab qadağasına etiraz etdiyi, haqq səsini ucaltdığı və vicdanın səsinə qulaq verdiyi üçün həbs edilmişdi.


"Zamanın yusifləri...”


Hacı Vaqif "zamanın yusifləri” kimi tanınan insanların cərgəsində özünə yer seçmişdi. Bəli, bu yeri o, özü seçmişdi. Xoşbəxtlikdir zamanəsinin yusiflərindən olmaq. Həzrət Yusif (ə) kimi o da, haqq uğrunda zindana salındı.


Artıq, o, ilk hicab şəhidi kimi anılır. Artıq, o, onunla birgə həbs edilən zamanın yusiflərinin rəsmləri, adları həkk edilən və azadlıqları tələb olunan tablolarda yoxdur. Çünki artıq, o, azaddır. Allah-Təala digər zamanın yusiflərinin də, zindanının qapısını açsın. Amin!


Hacı Vaqif inanclı bir vətəndaş idi, sadə bir insan idi. Amma, mücahid idi. Onun dəfninə və məclisinə gələnlər də, sadə insanlar, amma mücahid insanlar idilər. Əslində, mücahid insanlar, o dünyada İmam Huseynlə (ə) məhşur olacaq insanlardır və bu, heç də, sadə məsələ deyil!

Amma, o mənada sadə insan idi ki, nə nazir idi, nə deputat idi. Heç də, təsadüfi deyildir ki, onu son mənzilə yola salan camaat huseyni şüarlarlar- "Biz ölərik, zülmə boyun əymərik” və s. kimi şüarlarla onu son mənzillə yolladı.. Bu isə hər inanclı, mömin insana qismət olmur! Allah, Hacını, imam Huseynlə (ə) həşr eləsin! Amin!


İnşəAllah...


İnşəAllah, bu ölüm, bu şəhadət İslam müqavimətini, mübarək dirənişi bir az daha çox alovlandıracaq. Onu haqq uğrunda həbs edib zindana saldılar, o şəhid oldu və daha çox ehtiram və rəğbət qazandı. Onu aşağılamaq istədilər, amma, Allah onu daha da, ucaltdı. Çünki Allah, tədbir tökənlərin ən Tədbirlisidir.


Allah rəhmət eləsin!

Allah, mərhumun ailəsinə səbr versin!
Category: Dini | Added by: Ənfal
Views: 929 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]