Main » Files » Şəxsiyyətlər » Dini |
Feyz Kaşani
2012-11-09, 2:34 AM | |
Feyz Kaşani 14 səfər 1007-ci ilində Kaşan şəhərində elm və təqva dolu bir xanədanda dünyaya gəlib və miladi ilə 1670-cı ildə dünyadan köçüb. Atası Molla Fəthullah Kaşani və Ziyauddin Muhəmməd Razinin şagirdlərindən olan Rəziyuddin Şah Murtəza Kaşan Elmlər Hövzəsinin böyük fəqihlərindən olub. Anası alimə və şairə olan Zəhra Xatun Rey şəhərinin böyük alim və fəqihlərindən olan Ziyaul-Urəfa Razinin qızıdır. Feyz Kaşani Şah Murtəzanın dördüncü uşağıdır. İki yaşında atasını itirdikdən sonra dayısı və əmisi onun və qardaşlarının təhsilini boynuna götürürlər. Feyz Kaşani digər qardaşlarından daha ağıllı olduğu üçün yetkinlik çağına qədər Kaşanda dayısı və əmisinin yanında müqəddimə elmini tamamlayır. İyirmi yaşında böyük qardaşıyla birlikdə o dövrdə müxtəlif elm ustadlarının iqamət etdiyi elm mərkəzi İsfahana gedir. Feyz Kaşaninın İsfahandakı məşhur ustadları: 1. Molla Muhəmməd Təqi Məclisi (r.ə) 2. Şeyx Bəhai (r.ə) 3. Mir Damad (r.ə) 4. Molla Sədra (r.ə) 5. Seyyid Məcid Bəhrani (r.ə). Şirazda iki il iqamət edərək bu böyük şəxsin elmindən də istifadə edib. Feyz Kaşani həcc yerinə yetirmək məqsədiylə Məkkəyə müşərrəf olur. Məkkədə böyük fəqih Şeyx Zeynuddin Amulinin nəvəsi Şeyx Muhəmmədin hüzurundan faydalanaraq ondan hədis nəql etmə icazəsi alır. Məkkədən dönərkən İranın bir çox şəhərini gəzərək müxtəlif böyük fəqih və muhəddislərin dərslərindən elmi istifadələr edir. Bu dövrlərdə Molla Sədranın Qum şəhərində sürgündə tək başına yaşadığını fürsət sayaraq Əbdürrəzzaq Lahici ilə birlikdə onun yanında riyaziyyat və Qərbi elmləri öyrənmək qərarına gəlib, 8 il boyunca gecə gündüz ustadın o mənəvi elmlərindən istifadə edirlər. Bu zaman içərisində (hicri 1029-1040) Molla Sədra iki qızını bu iki səmimi və xüsusi şagirdiylə evləndirərək onlara Feyz və Fəyyaz ləqəblərini verir. Molla Sədranın Şiraz hakimi tərəfindən Şiraza dəvət ediləndə Feyz Kaşani də ustadıyla birlikdə Şiraza gedir. Orada iki il iqamət etdikdən sonra Kaşana geri dönüb, Orada da təhsil, təlif və İslami təbliğat işləriylə məşğul olur. Feyz Kaşani çox sayda şagird yetişdirib. Şagirdləri ustadlarının mənəviyyatından və elmindən istifadə edərək ondan hədis nəql etmə icazəsi alıblar. Şagirdlərindən bəziləri: 1. Muhəmməd (Ələmul-huda; hicri 1029-1115) Eyni zamanda böyük bir fəqih olan Feyz Kaşaninın oğlu atasının bir çox təlifində ona köməkçi olmuşdur. 2. Əhməd (Muiddin; hicri 1056-1107) Feyz Kaşaninın alim və fəqih olan bir başqa oğludur. 3. Muhəmməd Mömin (r.ə), Feyz Kaşaninın qardaşı Əbdülğəfurun oğlu və eyni zamanda Mazandaran Elmlər Hövzəsinin böyük və tanınmış ustadlarından idi. 4. İkinçi Şah Murtəza (r.ə), Feyz Kaşaninın qardaşının oğlu. 5. Ziyauddin Muhəmməd (r.ə), Feyz Kaşaninın dayısı Hakim Nuruddinin oğludur. Bu şəxs alim, fəqih və şair idi. 6.7. Molla Şah Fəzlullah və Molla Aləmi (Feyz Kaşaninın bacısı oğullarıdırlar. Onlar əqli və nəqli elmlərdə zamanlarının böyük ustadları arasında iştirak etməkdə idilər. Fiqh, təfsir və kəlam mövzularında təxminən qırx əsər yazmışlar.) 8. Molla Muhəmməd Məclisi (hicri 1037-1111) 9. Seyyid Nemətullah Cəzairi (r.ə), (hicri 1112) 10. Qazi Səidi Qummi (r.ə), (1103 h.) 11. Molla Muhəmməd Sadiq Xəzai (r.ə) 12. Şəmsuddin Muhəmməd Qummi (r.ə) 13. Şeyx Muhəmməd Muhsin Şirazi (r.ə) Feyz Kaşani ömrünü elm, təhsil və təliflə keçirib. Böyük şəxsiyyətlərdən faydalanaraq 18 yaşlarında kitab yazmağa başlayıb. 65 illik bərəkətli həyatında müxtəlif mövzularda təxminən 150 clid kitab yazaraq İslam və Şiə aləminə miras qoyub. Əsərlərindən bəziləri: a) Təfsir sahəsində: 1. Təfsiri-Safı (bu əsəri hicri 1075-ci ildə Şiənin və Əhli-sünnət məktəblərinin təfsirlərini mütaliə etdikdən sonra yazmışdır); 2. Təfsiri Təəssüfi; 3. Təfsiri Muşfi. b) Hədis və Rəvayət sahəsində: 1. Vafi; 2. Şafi; 3. Nəvadir; 4. Məhcətul Bəyza; 5. Məfatihuş-Şəraye. c) Kəlam sahəsində: 1. İlmul Yəqin; 2. Həqqul Yəqin; 3. Əynul Yəqin; 4. Həqqul Mubin. d) Əxlaq sahəsində: 1. Ziyaul qəlb; 2. Abi Zülal; 3. Şövqul huda; 4. Şövqul eşq. Feyz Kaşaninı öz dövrünün və sonrakı dövrlərin böyük alimləri gözəl sözlərlə tərifləmişlər. Muhəmməd Ərdəbili (r.ə), (ö. h. XI əsr) belə deyir: "O, əllamə, muhəqqiq, ərdəm sahibi, ədib və böyük bir alim idi." Şeyx Hurr Amuli (ö. h. 1104) deyir: "Feyz Kaşani sifətiylə xatırlanan Muhəmməd ərdəmli, alim, qabiliyyətli, həkim, mütəkəllim, muhəddis, fəqih, muhəqqiq, şair və ədib bir alim idi. O, həm də əsrimizin böyük yazıçılarından idi." Muhəddis Nuri (ö. h. ş. 1320) deyir: "Şah Murtəzanın oğlu olan Molla Muhsin Feyz Kaşani ərdəmli, alim, muhəddis arif və həkim biriydi." Əllamə Əmini (ö. h. ş. 1349) belə deyir: "Fiqh və hədis elminin bayraqdarlığını edən Feyz Kaşani elm mədəni idi. Onun kimi bir alim bir daha yer üzünə gəlməz." Murtəza Mutəhhəri (ö. h. ş. 1358) deyir: "Feyz Kaşani böyük muhəddis və fəqih olmaqla yanaşı usta bir həkim və filosof idi." Feyz Kaşani 84 yaşında doğum yeri olan Kaşanda vəfat edərək əbədiyyət yurduna köç etdi. Dostları və şiələrin gözyaşları arasında həyatdaykən satın alıb qəbristanlıq üçün vəqf etdiyi qəbrisitanlıqda torpağa verildi. Vəsiyyətinə əsasən məzarının üzərinə heş bir kölgəlik və məqbərə tikilmədi. "Şiə Alimləri Bioqrafiyası" kitabından Kərim Uçar | |
Views: 766 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |