Çərşənbə axşamı, 2024-05-07, 8:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

Ayətullah Mirza Məhəmmədəli Şahabadi
2012-11-05, 9:13 PM
Ayətullah Mirza Məhəmmədəli Şahabadi

Mərhum Höccətulislam Seyid Əhməd Xomeyni deyir:
Bir gün İmam Xomeyni Qəzvin şəhərinin arif şəxsiyyətlrindən biri ilə Qumda görüşür və bu görüşdə mərhum Şahabadi də olur. İmam bu barədə belə buyurur:
Mən Feyziyyə mədrəsəsində onunla raslaşdım və irfani bir məsələ soruşdum. Cavabından anladım ki, iş əhlidir. Ondan dərs almaq istədiyimi söylədim. Amma o qəbul etmədi. Mən çox təkid etdim, nəhayət fəlsəfə dərsini öhdəsinə götürdü. Elə fikirləşirdi ki, mən fəlsəfə oxumaq istəyirəm. Dedim ki, sizin yanınıza fəlsəfə üçün gəlməmişəm. Mən irfan oxumaq istəyirəm. O əvvəlcə boyun qaçırdı. Amma xeyli təkiddən sonra qəbul etdi.

Özündən böyüyə de gəlsin!

Şəhid Ayətullah Mehdi Şahabadi deyir:
Rzaxan əmr verdi ki, onun məscidindən minbər götürülsün. Bu yolla məsciddəki söhbətlərin qarşısını almaq istəyirdi. Amma o ayaq üstdə söhbət edirdi. Polis məmurları tez-tez məscidə gəlir, onun minbərlərdə danışdıqlarını yazırdılar. Bir gün polis rəisi məscidə ayaqqabı ilə girmək istəyirdi. Ayətullah yüksək səslə polisin üstünüə qışqırdı: "Ayaqqablarını çıxar!"
Dövlət məmurlarını o qədər sancdı ki, onlar qorxularından məscidi tərk etdilər. Şahabadi məsciddən çıxanda məmurlar onu saxlayıb minbərə çıxmayacağına söz verməsini istədilər. O belə cavab verdi: ”Get, özündən böyüyə de gəlsin!” Məmurların təkidi vəziyyəti daha da gərginləşdirdi. Ayət. Şahabadi əllərini məmurlara tərəf uzadıb dedi: "Tutun məni... Deyirəm məni tutun!” Məmurlar bu işdən və onun zəhmindən qorxuya düşüb geri çəkildilər, heç bir reaksiya vermədən geri döndülər.


Dil yarasının əsəri

Ayətullah Məhəmməd Şahabadi deyir:
Keçmiş zamanda hamamlar ümumi idi və hər hamamın su xəzinəsi vardı. Bir gün mərhum Şahabadi çiməndən sonra xəzinəyə daxil olur, sonra sudan çıxıb ehtiyatla keçir ki, yerdəki sudan üstünə dəyməsin. Orada olan zabit bu səhnəni görüb Ağanı məsxərəyə qoymağa başlayır. Şahabadi zabitin bu hərəkətindən narahat olsa da, ona heç bir şey demədən öz yoluna davam edir. Səhəri gün Ağa dərs zamanı cənazə aparan şəxslərin səsini eşidir. Soruşur ki, nə olub? Ağanın ətrafındakılar deyir ki, bu dünən onu təhqir edən zabitdir. Hamamdan çölə çıxandan sonra dilinə yara çıxıb və ölümcül vəziyyətə düşüb. Həkimlər onun həyatını xilas edə bilməyiblər! Sonralar Ayətullah Şahabadi həmin hadisəni yada salanda narahat olur və deyirdi: "Ey kaş, mən elə ordaca ona öz etirazımı bildirəydim”.



Kağızda yazılan elm deyil

Bəziləri belə bir fikir yaradırdılar ki, Şahabadi ağa müctehid yox, filosofdur. Bir gün bir şəxs Ağaya İmam payı – xüms gətirir. O, Ağanın ictihad icazəsinə baxmaq istəyir. Ağa bu hərəkətdən cox narahat olub həyat yoldaşından sandıqdakı ictihad icazələrini gətirməsini istəyir. Yoldaşı kağızları ona verən kimi Ağa xüms gətirən şəxsin gözləri önündə onları cırıb tullayır və sinəsinə işarə edərək belə deyir: " Kağızın üzərindəki elm deyil. İctihad qüdrəti buradadır. Əgər alimlər mənə ictihad icazəsi veriblərsə, bu mənim elmi səviyyəmə görədir. Mən özüm heç vaxt ictihad icazəsi almaq barədə düşünməmişəm.”.
Müəllimlərindən aldığı ictihad icazələrindən yalnız biri Ağada idi. Bu icazə Ayətullah-uzma Mirzə Məhəmmədtəqi (ikinci) Şirazi tərəfindən verilmişdi. Ağanın həyat yoldaşı hər zaman bu hadisəni yada salanda deyirdi ki, kaş ictihad kağızlarını Ağaya verməyəydim!




Pis işdən uzaqlaşdırmaq üçün münasib yol

Ağanın evinin yaxınlıqında Əmir Kəbir prospektində bir həkim yaşayırdı. Həkim qızı üçün evə musiqi müəllimi gətirirdi. Musiqinin səsi cox yüksək olduğundan camaat narahat idi. Ağa həkimə bu işdən əl çəkmək üçün xəbər göndərdi. Həkim Ağaya mənfi cavab verdi. Üstəlik Ağaya meydan oxudu.
Mərhum Şahabadi çümə gününə kimi səbr etdi. Nəhayət, keçmiş şah məsçidində təşkil olunmuş məclisdə camaata belə dedi:
"Yaxşı olar ki, bundan sonra hər kəs həkimin poliklinikasının yanından keçəndə içəri daxil olub gülər üzlə həkimə salam versin və ondan bu günah işin tərk olunmasını xahiş etsin”. Ağanın bu sözündən sonra insanlar öz şəri vəzifəsini yerinə yetirmək üçün həkimin poliklinikasının yanından keçəndə içəri daxil olur, həkimə salam verərək ondan xoş dillə bu əməlin tərk olunmasını istəyib çıxırdılar. Bu iş bir müddət davam etdi. Həkim hər gün camaatdan eyni sözləri eşidirdi. O gördü kü, inadkarlığını davam etdirsə poliklinikanı bağlamaq məcburiyyətində qalacaq. Üstəlik o prospektdən köçməli olacaq. Buna görə də camaatı narahat etməkdən əl çəkib, qızının musiqi dərslərini dayandırdı.
Bir gün Ağa məscidə gedən vaxt həkimin ona tərəf gədiyini gördü. O Ağaya yaxınlaşanda gülməkdən salam verməyə taqəti qalmamışdı. Nəhayət, salam verib Ağanın əhvalını soruşaraq dedi: "Millətin gücü ilə işi bitirdin. Elə düşünürdüm ki, qanuni orqanlara, məhkəməyə müraciət edəcəksiniz. Belə olsaydı mən onların cavabını rahatlıqla verərdim. Ağlıma gəlməzdi ki, siz bu yoldan istifadə edəsiniz!"
Hər gün deməyə yeni sözü var idi
İmam Xomeyninin Ayətullah Şahabadinin dərsinə böyük ehtiramı vardı. O, Ağanın dərslərini yüksək dəyərləndirirdi. İmam deyirdi: "Əgər Ayətullah Şahabadi yetmiş il də dərs desəydi, mən onun dərslərində iştirak edərdim. Çünki onun hər gün deməyə yeni sözü vardı”.


Ayətullah Şahabadinin siyasi baxışları
Ayətullah Şahabadi Şəhid Ayətullah Seyid Həsən Müdərrisə deyirdi: ”Bu əclaf (gələcək şaha işarə ilə) hələ qüdrətə çatmadığından alimlər və müctehidlərin hüzuruna gedir, özünü dindar kimi göstərib Əhli-beytdən dəm vurur. Amma qüdrətə çatan kimi bütün alimlərə arxa çevirəcək. Onun təpiyinə tuş gələnlərdən biri də siz olacaqsınız!”.

İrfandakı kamal mərtəbəsi
Höccətül-islam Seyid Əhməd Fəhri deyir: İmam Xomeyni müəllimlər arasında irfan müəllimi mərhum Şahabadiyə xüsusi hörmət göstərirdi. İmam cox vaxt öz kitablarında Ağanı "kamil arif şeyx Şahabadi, ruhum ona fəda olsun" sözləri ilə yad edir.
"Həşr" sürəsinin tilavəti
Ayətullah Məhəmmədriza Təvəssuli deyir: Mən İmamın öz övladlarına tövsiyələrində, həmçinin öz bəyanatlarında eşitmişəm ki, belə buyurur: "Mərhum müəllimim Şahabadi mənə "Həşr" sürəsini cox oxumağı tapşırırdı – xüsusilə də sürənin son ayələrini!"
Fiqhi dərk və bəsirət
Ayətullah Şahabadinin zamanında İranda mobil telefon və radio təzə-təzə yayılırdı və kütləvi informasiya vasitələri Rzaxan hökümətinin nəzarəti altında idi. Bu vasitələrlə əxlaqsız, İslam ziddinə və qərb mədəniyyətinə rəvac verən proqramlar yayımlanırdı. Bəzi alimlər bu proqlamların zərərinə əmin olduqlarından onlardan istifadəni haram etdilər. Şahabadi güclü təbliğat vasitələrinin müsəlmanların ixtiyarında olmamasından narahat idi. Ağa deyirdi: ”Radio danışan bir şəxsə bənzəyir. Bu vasitəylə həm elm və mədəniyyət, həm də pis yol təbliğ etmək olar. Buna görə bu vasitələri faydalı proqramlar üçün alıb saxlamağın şərən problemi yoxdur”. Səsgücləndiricilər təzə çıxan zaman bəzi alimlər onlardan istifadəni haram bilirdilər. Bəziləri Ağadan soruşurdular: biz səsgücləndirici alıb məsciddə quraşdırmaq istəyirik, olarmı? Ağa bunların cavabında deyirdi: "Bu işi görün. Nə qədər ki mən sağam, bu işi görün. Qoy camaat bu vasitələrin günah olmadığını, onlardan yerində istifadənin mümkünlüyünü bilsinlər”.

Xanım Zəhraya (s) salavat
Ayətullah Nəsrullah Şahabadi belə nəql edir: Rəhmətlik valideynim tapşırardı: "Gecə ibadətlərində Həzrət Zəhraya təvəsul edərək, ondan kömək istəyin. Çünkü bu, insanın ali məqamlara çatmasına, Allahı daha yaxşı tanımasına kömək edir. Bir də buyururdu ki, sübh namazından öncə xanıma salavat göndərin”.

Dünya üçün də olsa səhərlər (sübh azanından öncə) oyanın
Ayətullah Nəsrullah Şahabadi deyir: Valideynimin ən cox əhəmiyyət verdiyi işlərdən biri sübh azanından öncə qalxıb gecə namazı qılmaq idi. O deyirdi ki, Allaha yaxınlaşmaq üçün bu yiş böyük rol oynayır. O deyirdi: ”Əgər gecə nafiləsini yerinə yetirmək üçün oyanmısınızsa, amma nəfiləni yerinə yetirmək halınız yoxdusa, onda oyaq qalın, oturun, çay için. İnsan belə oyaq qalmaqla ibadətə hazır olur”. O deyirdi: ”Gecə oyanmağın həm maddi, həm də mənəvi faydası var”. O dəfələrlə minbərində demişdi: "Dünya üçün də olsa, səhərlər oyanın. Çünkü səhər oyanmaq ruzini artırır, çöhrəni gözəlləşdirir və əxlaqı kamilləşdirir”.
Canım ona fəda olsun!
Mərhum Ayətullah Mütəhhəri deyirdi: "Heç vaxt görməmişəm ki, İmam Xomeyni mərhum Şahabadinin adını çəkə, amma ardınca "canım ona fəda olsun” deməyə. Ayətullah Şahabadinin övladı deyir: "İmam atamı qəlbən sevirdi. Bir gün Nəcəf şəhərində mübahisə oldu və bu mübahisədə bir nəfərin adı çəkildi. İmam elə fikirləşdi ki, mən adı çəkilən şəxsi atamla müqaisə edirəm. Ona görə cox narahat oldu və buyurdu: "Sən atanı hələ tanımamısan. O heç kimlə müqaisə ediləsi deyil!”



Bu yaramaz İslamı məhv edəcək!
Şahabadi ağanın övladı belə deyir: Atam həzrət Əbduləzimin (ə) hərəmində məhərrəm ayının birinci on gününü aşuraya kimi hər gecə minbərdə moizə etdi. Bu on gecənin hamısında söhbətinin əvvəlində, ortasında və axırında bir cümləni təkrarlayırdı. Söhbətinin axırınıcı gecəsi buyurdu: "Ey Allah! Sən özün şahid ol ki, mən bu on gecədə bu cümləni otuz dəfə təkrar etdim və Nəcəf, Qum, İsfahan və Məşhəd alimlərinə bütün bildiklərimi yazdım. Bu gecə həmin cümləni axırıncı dəfə deyirəm və o da bundan ibarətdir ki, Rzaxan İngilis hökümətinin əli ilə təyin olunub və onun məqsədi Quranı, İslamı səhnədən çıxarmaqdır. Əgər o mənimlə mübarizə aparırsa, problemi ayrıdır. Bizim onunla şəxsiqərəzliyimiz yoxdur. Onun mənimlə mübarizəsi Quran təbliğatçısı olduğum üçündür. Mən dünyaya elan edirəm ki, əgər hərəkət etməsəniz, bu yaramaz İslamı məhv edəcək!”
Ən lətif ruh!

İmam Xomeyni buyurub:
"Mən ömrümdə mərhum Şahabadinin ruhundan lətif ruh görmədim.” Sözünə belə davam edir: " Onun fiqh, fəlsəfə və irfan elmində olduğu kimi siyasətdə də misli yox idi”.

Nə vaxt şah atəşpərəst olsa!

Rza şahın zamanında məscidlərdə camaat namazları dayandırmaq istədilər. Came məscidlərində imamlar müxtəlif səbəblər üzündən məscidə gəlmədilər. Biri səfərə getdi, o biri xəstələndi ! Amma Şahabadi məscidə getdi. Həmən gün məsciddə polislər vardı. Məscidin yolunda Ağanın müridlərindən biri ona deyir: "Məsciddə polislər var." Ağa cavab verir: "Qoy olsun!”. Bunu deyib məscidə daxil olur.
Bu zaman dövlət məmurlarından biri Ağaya yaxınlaşır və deyir:
-Ağa, bəs sən bilmirsən namaz dayandırılıb?
Ağa başını qaldırıb onun özünə baxmadan deyir:
-Özündən böyüyə de gəlsin!
Məmur deyir:
-Ən böyüyü elə mənəm. – söhbət davam edir:
-Əgər mən səninlə danışsam başqası gəlib etiraz etməyəcək?
-Xeyr.
-Bura haradır?
-Tehran.
Ağa deyir:
-Yox, durduğumuz yer haradır?
-Məscid.
-Bəs mən kiməm?
-Pişnamaz.
-Bu ölkə hansı ölkədir?
Məmur cavab verir:
-İran.
-İranın dini nədir?
-İslam.
-Şahın dini nədir?
Bu sualın cavabında məmur deyə bilmir ki, onun dini Quran, namaz və İslama ziddir. Belə cavab verir:
-Şah müsəlmandır.
Ağa buyurur:
-Nə vaxt şah atəşpərəst olsa, elan etsə ki, kafir, yəhudi və məsihi olub, bu məscidin qapısından kilsə zəngi assa, mən bir müsəlman məscidi tapıb orada namaz qılacağam. Amma nə qədər ki şah burada zəng asmayıb, mən müsəlmanların pişnamazı kimi namaz qılmalıyam”.
Bu söhbətdən sonra məsciddə kimsə qalmamışdı. Amma Ağa məscidə daxil olub mehrabda namaza başladı. Namaz qılanlardan biri Ağanı məsciddə görüb "Əssəlat” qışqırdı və camaat qadağaya baxmayaraq məscidə axışdı!

Üç əxlaqi göstəriş

Şahabadinin şagirdlərindən biri bazar əhli idi. O deyir ki, Ağa söhbətlərinin birində narahat halda belə dedi: "Nə üçün hərəkətiniz yoxdur? İnsan olmaq istəmirsiniz? Əgər doğrudan da istəmirsinizsə mən bu qədər zəhmətə düşəməyim”.
Həmin şagird deyir ki, Ağanın söhbəti qurtardıqdan sonra ona yaxınlaşıb dedik: "Biz adam olmaq istəyirik. Nə edək?” Ağa dedi: "Mən sizə üç əxlaqi göstəriş verirəm onlara əməl edin. Əgər nəticə verməsə yanıma gəlin, proqramı dəyişim”.
Ağanın üç əxlaqi göstərişi bunlar idi:
1. Çalışın, namazı vaxtında qılın. Harada olsanız azanın səsini eşidən kimi əlinizdəki işi saxlayıb namaza tələsin. Bacardığınız qədər camaat namazı qılın.
2.Alverdə insaflı olun. Çalışın malları həddindən artıq baha satmayın. Alverdə gözlərinizi bağlayın və dost, tanış, yaxın, özgə, yerli, gəlmə arasında fərq qoymayın.
3.Allahın haqqını vaxtında yerinə yetirin. Deməyin ki, hələ bir il vaxt var və məsum İmam (ə) bizə icazə verib.
Category: Dini | Added by: Ənfal
Views: 727 | Downloads: 0 | Rating: 4.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]