Main » Files » Şəxsiyyətlər » Dini |
Abbas ibn Əbdülmüttəllib
2012-11-02, 12:20 PM | |
Peyğəmbərin (s.ə.s) əmisi Abbas ibn Əbdülmüttəlib ondan üç yaş kiçik idi. O, Əbdülmüttəlibin ən kiçik oğlu idi. Ticarətlə məşğul Abbas Məkkənin zəngin insanlarından biri hesab olunurdu. Qardaşı Əbu Talibin maddı vəziyyəti ağır olduğundan Peyğəmbərin (s.ə.s) tövsiyəsi ilə qardaşı oğlu Əqili götürüb saxlayır. Həzrət Muhəmməd (s.ə.s) İslamı təbliğ etməyə başladıqda ilk mərhələdə onun dəvətini qəbul etməsə də qohumluq əlaqələrinə sadiq qalıb yardım etməyə başlayır. Hicrətdən əvvəl Peyğəmbər (s.ə.s) Mədinədən gələn zəvvarları təkallahlığa dəvət etməyə başlayır. Həmin ərəfədə Abbas hələ müsəlman olmasa da, orada təsirli çıxışlar Abbas ibn Əbdülmüttəllibin yoxsullara yardım edib onları sevindirməkdən zövq alırdı. Həyat boyu 70 qul azad etmiş və bundan qürur hissi keçirmişdir. Peyğəmbər (s.ə.s) əmisinin qayğı və səmimiyyətini görüb onun barəsində bu duanı edir:" Allahım! Abbas və onun oğullarını bağışla və rəhm et. Elə bağışla ki, heç bir günahı qalmasın. Ya Rəbb! Onu və oğullarını meydana gələcək bəla və çətinliklərindən amanda saxla". Abbas Qüreyşin qabaqcıl şəxsiyyətlərindən biri idi. Həcc ziyarəti zamanı o zəvvarlara su paylayaraq ziyarətin ən şərəfli işlərindən biri olan "siqayət" yerinə yetirərdi. İslamı qəbul etdikdən sonra da bu işi özünə borc bilib həvəslə yerinə yetirərdi. O, qardaşları ilə birlikdə zəm-zəm quyularının yanında dayanıb zəvvarlar üçün su çəkərdi. Məkkəlilər Bədr döyüşündə məğlub olduqda müsəlmanlara əsir düşür və Mədinəyə gətirilir. peyğəmbər (s.ə.s) onu görüncə buyurur:" Ey Abbas, özün və qardaşın oğlu Uqəyi ibn Əbu Talib və Nofəl ibn Haris üçün cizyə ödə. Çünki sən başqaları ilə müqayisədə çox varlısan" Abbas deyir:" Ey Allah peyğəmbər, mən müsəlmanam, Qureyş məni zorla Bədrə gətirdi". Peyğəmbər (s.ə.s) buyurur:" Sənin müsəlman olduğunu Allah bilir, doğru söyləyirsən və şübhəsiz ki, Allah bunun meqabilində sənin mükafatını verəcəkdir. Lakin zahiri görünüş etibarı ilə sən bizə qarşısan. Bunun üçün də cizyə ödəməlisən". "Allah peyğəmbəri, indi yanımda 800 dirhəm var". "Ey Abbas, nə üçün qızılların barəsində bir söz danışmırsan?". "hansı qızıllar?" "Məkkədən çıxdığın gün xanımın haris qızı Ümmül Fəzlə verdiyin qızıllar. Onları xanımına verərkən yanınızda sizdən başqa bir kəs yox idi. Qızılları ona verərkən dedin: "Bu səfərdən qayıdacağıma əmin deyiləm. Əgər başıma bir iş gələrsə, onlardan bir qədər Fəzlin, bir qədəri Abdullanın, bir qədəri isə Ubeydullahın, bir qədəri də Qusəmindir" - demədinmi?. Abdulla bunu eşitcək heyətlə soruşdu: " Onları veərərkən yanımızda heç kim yox idi, bunu sizə kim söylədi?". peyğəmbər (s.ə.s) buyurur:" Hər şeyə agah olan Allah!". "Sənin Allah peyğəmbəri olduğuna doğrudan da inandım". Abbas kəlmeyi-şəhadətini deyərək müsəlman olur. İslamı qəbul etdikdən sonra Peyğəmbər (s.ə.s) ona Məkkəyə qayıdıb imanını gizli saxlamasını və orada baş verənlərdən onu agah etməsini istəyir. Abbas bir müddət Məkkədə qaldıqdan sonra peyğəmbərə (s.ə.s) bu məzminda məktub yazır;" Sənin olduğun yerdə etdiyim cihad daha gözəl və daha faydalıdır". Abbas Məkkənin fəth olunduğu xəbərini eşidincə orada qalmağın heç bir lüzumu olmadığını hesab edib Mədinəyə hicrət edir və Zulhuləyfə adlı məntəqədə peyğəmbərə (s.ə.s) qovuşur. Ailəsini Mədinəyə göndərib Peyğəmbərlə (s.ə.s) birlikdə Məkkənin fəthində iştirak edir. | |
Views: 689 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |