Cümə axşamı, 2024-11-21, 9:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Dini

100 yaşlı Şeyx Muhəmməd Əmiri
2012-11-09, 2:20 AM
100 yaşlı Şeyx Muhəmməd Əmiri
2011-ci il yanvarın 25-də dünyasını dəyişib. Əllamə Şeyx Muhəmməd Əmiri 1911-ci ildə Mədinə şəhərində alim ailəsində dünyaya gəlib.

16 yaşında olarkən atası Şeyx Əli ibn Əhməd Əmirinin tövsiyyəsi ilə təhsil almaq üçün Nəcəf şəhərindəki ali dini mədrəsəyə yollanıb. Burada iyirmi il Əllamə Niyini, Ayətullah Seyib Əbülhəsən isfahani və dövrün digər böyük şəxsiyyətlərindən dərs alır. Həmin ərəfədə atası vəfat edir. Xəbəri eşitdikdə Mədinəyə qayıdır. Ustadı Əllamə Neyini onu o qədər sevir ki, atası üçün mədrəsənin həyətində üç gün əzadarlıq mərasimi keçirir. Yas mərasimindən sonra Mədinəyə qayıdıb təhsilini davam etdirir. Yalnız 1950-ci ildə doğma Mədinəyə həmişəlik qayıdır və burada Əhli-Bəyt məktəbində dinin təbliği və tədrisə başlayır. 1960-ci ildn etibarən Mədinədəki azyaşlı Əhli-Bəyt davamçılarına rəhbərliyi öz üzərinə götürür. Onun çətin günləridə həmin tarixdən başlayır. Əhli-Bəyt tərəfdarlarını təqlib və təzyiqlərə məruz qoyan vəhhabi rejimi 45 yaşlı Şeyx Əmiridə rahat buraxmır. Ərəbistan dövləti heç bir əsaslı səbəb göstərmədən onu həbs edir və beləcə ömrünün 45 ilini həbsxanada keçirməli olur.
Yaxınlarından biri onun barəsində deyir:" Şeyxə dəfələrlə edam hökmü verilsə də, müxtəlif səbəblərdən icra olunmurdu. Hökmü sadir edənlər isə ağılagəlməz bəlalara düçar olurdu. Şeyx Əmiri özü bu barədə deyərdi:" Edam hökmü verildikdən sonra məni minlərə Əhli-Bəyt davamçılarının gözü önündə dar ağacının altına gətirərdilər, kəndiri boynuma keçirdikdən sonra Hz. Zəhraya (ə) təvəssül (kömək üçün müraciət) edərək dedim: Xanım, mən burada sizə, sizin aşıqlərinizə xatirəm, sizi müdafiə etdiyim üçün məni dara çəkirlər, mənə kömək olun! Kəndir yuxarıya çəkildi və 300 saniyədən sonra qırıldı. Bundan sonra baş verənləri xatırlamadım. 35 gün koma vəziyyətində qaldıqdan sonra Mədinə xəstəxanaların birində özümə gəldim. Onda başa düşdüm ki, nicat tapmışam və xanım Zəhra (ə) məni tək qoymayıb". Ömrünün sonuna iki dəfə qalmış Əllamə Şeyx Muhəmməd Əmirinin ciyərlərinə su yığılır. Bu müddət ərzində həkimlərin ciddi nəzarəti altında olmasına baxmayaraq, bir ömür aşıqı olduğu İmam Hüseynin (ə) qırxı günü dünyasını dəyişir.

Şeyx Əmiri şəxsi vəsait hesabına saldığı xurma bağında tikdirdiyi "Hüseyniyə" milyonlarla Əhli-Bəyt davamçılarının qürbət qibləgahı idi. Dünyasını dəyişsə də, Əhli-Bəyt davamçıları hər gün bu ocağa toplaşaraq və İslamın mərkəzində yadlaşan Əhli-Bəyt açıqlərinə həmdərd və həmfikir olduqlarına beyət edəcəklər.
Category: Dini | Added by: Ənfal
Views: 748 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]