Cümə axşamı, 2024-11-21, 10:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Digər

Şəhid Seyid Hadi Nəsrullah.
2012-11-05, 9:02 PM

Şəhid Seyid Hadi Nəsrullah.


Sizə ara-sıra simasını tanıtmağa çalışdığımız cismən ölü olub lakin Allahın təvili ilə desək diri olaraq Allah dərgahında ruzi yeyən şəhidlər haqqında məlumat verməyə çalışırıq.Hər dəfə çox tanınmış simalardan adi əsgəri vəzifəsini icra edib lakin şəhadəti hədəfi bilən qadınlı kişi şəxslərin parlaq simaları ilə daha yaxın əlaqə qurmağa çalışmışıq.
Şəhid Seyid Hadi Nəsrullah.


Sizə ara-sıra simasını tanıtmağa çalışdığımız cismən ölü olub lakin Allahın təvili ilə desək diri olaraq Allah dərgahında ruzi yeyən şəhidlər haqqında məlumat verməyə çalışırıq.Hər dəfə çox tanınmış simalardan adi əsgəri vəzifəsini icra edib lakin şəhadəti hədəfi bilən qadınlı kişi şəxslərin parlaq simaları ilə daha yaxın əlaqə qurmağa çalışmışıq.
rı almaq üçün yaxınlıqdakı bazara gəldi. Livan israillə arasındakı gərginliyə baxmayaraq Livan xalqı yeni bir işlək günə başlayıdı. Livan ərazisindəki yüksəkliklər uğrunda israil Livan arasında olan gərgin atmosferə Fələstində, Qəzzada baş verən kütləvi insan qətli də daxil olmaqla hər bir livanlıda kifayət qədər narahtıq doğururdu. Dünyanın həmişəki kimi susduğu haqsızlığın müqabilində Livanın Hizbullah hərəkatının apardığı mübarizə haqq sevən Livan xalqının diqqət mərkəzində idi. Elə bu səbəbdən də bazara qoyulmuş səsgücləndirici vasitəsi ilə «Nur» radiosunda səslənən son xəbərlər bazara bir sukut çökdürdü.


«…Bu gün israil tərəfə hücuma keçən cəsur Livan ordusunun Hizbullah dəstələri düşmənlə döyüş zamanı itki vermişlər. Qeyri dəqiq məlumatlara əsasən şəhid olan üç əskərimiz arasında Hizbullah təşkilatının lideri Seyid Həsən Nəsrullahın oğlu hadi Nəsrullah da olub…»


Ətraf sükut məngənəsindən sanki çıxmadı. Donuqluqla hadisənin təsirinə düşən insanlar bir anlığa vəziyyəti təsəvvür etməyə çalışdılar. Ümmu Hadi Nəsrullahın qəlbi titrədi. Axı haqqında söhbət gedən şəxs onun 17 yaşlı oğlu Hadi Nəsrullah idi. Amma qamətini düzəldib aldığı malların pulunu donuqluqla məchul nöqtəyə baxıb pərakəndə olan satıcıya verib evə tələsdi. İçində dağınıq və həyəcanla özünü ağlamaqdan güclə saxlayırdı Ümmü Hadi. Həyətinə daxil olub elə astanadaca oturdu. Daha addım atmağa taqəti gəlmədi. Qəlbində Seyidlər Ağası İmam Hüseynə (ə) təvəssül edərək hər şeyin yaxşı olmasını istədi. Amma içində narahatlıq duyurdu, elə bir narahatlıq ki, bu hissi yalnız oğul itkisi yaşıyan analar hiss edə bilərdi. İçindəki bu duyğu Ummu Hadiyə oğlunun şəhadətə qovuşması xəbərini çatdırırdı sanki.




Darvazanın önündə maşın dayandı. Kim isə maşından endi. Qapı açıldı. Kandarda 37 yaşlı məğrur simalı, böyük bir hərəkata rəhbərlik edən Hizbullah təşkilatının lideri Seyid Həsən Nəsrullah göründü. Ummu Hadi ixtiyarsız yerindən qalxdı. Diqqətlə həyat yoldaşının gözlərinə baxmağa çalışdı. O bütün gecəni səhərə qədər əməliyyata nəzarət edən Ayətullah Nəsrullahın yorğun və yuxusuz gözlərindən bu xəbərin həqiqət və ya qeyri həqiqət olmasını görmək istədi. Lider həyat yoldaşını süzüb «… Mübarək olsun Ummu Hadi, oğlun bizi Peyğəmbər (s) qızı Xanım Zəhranın (ə) yanında başı uca tutdu. Şəhidlik məqamı ona mübarək olsun. Bu imtahanda Allah sənə səbr versin Ummu Hadi. Oğlun Seyid Hadi əqidə qardaşları ilə bərabər bu gecə şəhid oldu…»


Qəribə bir rahatlıq yarandı Ummu hadinin qəlbində. Özü də bilmədi ki, bu rahatlıq onun qəlbinə haradan gəldi. Amma onun bayaqdan duyduğu narahatlığı qəribə bir ruhu rahatlıqla əvəz olunaraq içində bahar mehi qədər sərinlik yaratdı. «Başın sağ olsun ağa. Allah oğlunu Kərbəla şəhidləri ilə məşhur etsin.» dedi ana. Və bir anlıq oğlunun qısa həyat hekayəsi ananın gözləri önündən bir film lenti kimi ötdü. Seyid Hadi Nəsrullah 1979-cu ildə Livanın Əl-Bəzuriyə kəndində dünyaya göz açıb. Təbii ki, Hizbullah hərəkatının lideri Ayətullah Seyid Həsən Nəsrullahın evində dünyaya gəlmək, xüsusən də Ummu Hadinin tərbiyəsinə almaq Hadi Nəsrullahın gələcəkdə seçəcəyi yolu elə ilk günlərindən bəlli edirdi. Orta natamam təhsilini elə Livanın Əl-Bəzuriyyə kəndində alan Hadi hər bir Livan vətəndaşı kimi Israilin qəsbkarlıq siyasətinə nifrət hissi ilə böyüyürdü. Atasının apardığı mübarizə təbii ki, Hadini də pak hədəfə doğru cəlb etməklə yanaşıİmam Hüseyn (ə) məktəbində şəhadəti arzularına çevirmişdi.


13 yaşında ikən bir gün kiçik bir əməliyyatda iştirak etməyə hazırlaşan hadi səfərdən qabaq anasında söylədiyi bu sətirlər Ummu Hadinin təfəkküründə bir daha cilvələndi: «Ana, bizim mübarizəmizin Seyyiduş-Şühədanın mübarizəsi olmasını bilirsən. Bunu da bilirsən ki, biz Hüseynin (ə) «Mənə kömək edən bir şəxs varmı?» çağrışına cavab verib «Ləbbeyk» (Bəli) demişik. Biz kiçik Əli Əsğərlər, Əli Əkbərlər olmağa çalışırıq. Biz Fatimənin (ə) balasına müsbət cavab verməyə çalışan naqis bəndələrik. Amma gərək sən də Ummu Leyla, Rübab kimi dəyanətli analardan olasan. Bu yolda şəhadət bizim şərəfimiz olacaq bir yoldur. Buna görə də bizim analar bu şəhadəti cani dildən qəbul etməlidirlər. Olmaya ki, Xanım Zeynəbin (ə) qurbanları müqabilinə gedən oğlun arxasınca hansısa bir etiraz edəsən. Bu mənim ruhumu rahatlığa qovuşdurmaz…» Bəli, qısa bir zamanda bütün oğlunun həyat hekayəsi ananın gözü önündə canlandı. Bəlkə də ona surpriz olmayan bu şəhadətin artıq illər öncəsi oğlunun tale arzularının olduğunu bildiyi üçün mənən rahatlığı da bu istiqamətdən idi.


«Hazırlaş, bir neçə saatdan sonra cənazələri meydana gətirəcəklər. Biz də orada olmalıyıq. Şəhid analarını belə çətin anlarda tək qoyma Ummu Hadi. Və unutma ki, Allah hər bir işdə insana böyük ibrət, hər anını isə imtahanlarla zəngin edən axirət mükafatı təyin edib.» Seyid Həsən Nəsrullah xanımının əlini sıxaraq «Allaha bu dəyərli şəhadətdə bizlərə səbr inayət etməsini diləyirəm» dedi.




Seyid Hadi Nəsrullahın şəhadətindən üç gün sonra onun şəxsi əşyaları içindən yazdığı vəziyyətnaməsi tapıldı. Vəsiyyətnamədə deyilirdi:


«Bağışlayan və Mehriban Alahın adı ilə. Rəbim qəlbimi genişləndir, işimi asanlaşdır, dilimin dügününü aç ki, sözüm başa düşülən olsun. Taha surəsi ayə, 25-28)


Ey ağam, Ya Əba Əbdullahul Hüseyn (ə), şəfaətçilərin şəfaət etdiyi o gündə mənə şəfaət et! Salam olsun Həzrət Qaimə (ə.f) gözlənilən o Hüccətə (ə.f) İmam Xomeyninin (r) müqəddəs ruhuna salam olsun. Salam olsun rəhbərim və öndərim Seyid Əli Xamineyiyə! Hizbullah rəhbərinə salam olsun!


İslam müqavmətinin şühədası Şəhid Əbbasa, Şeyx Rağib Hərbə və sair şəhidlərə və haqq uğrunda mübarizə aparan dəyanətli şəxslərə salamlar olsun. Bizləri dininə hidayət edən Əli (ə) və Əhli-beyt (ə) ardıcıllarından edən Allaha həmd olsun. Allahdan diləyim bütün biz və bütün müsəlmanlara şəfaətçi olmasıdır.


Salamdan sonra sizə vəsiyyətimi yazıram: Allahın lütfü və köməyi ilə bu gün İslam hərəkatının köməkçilərindən biriyəm. Vətənimin azadlığa qovuşması və Uca Allahın dinini qorumaq üçün bu hərəkata qatıldım. Allahdan mənə bu yolda şəhidliklə ruzi verməsini diləyirəm. Allaha şükrlər olsun ki, atamın razılığını alıb çoxdan arzu etdiyim Hizbullah müqavimət hərəkatının sıralarına qovuşa bilmişəm. Livanın yüksək dağlarında din, vilayət və İslam bayrağını daşıyaraq uşaqları, qadın və qocaları, müsəlmanları müdafiə etdiyim üçün Allaha şükr edirəm. Şükr olsun ki, Allah mənə qəsbkar Sionistlərlə müharibədə iştirakı nəsib edib və inayəti olsa ya qələbə eldə edər, ya da arzulanan şəhadəti ilə feyzə çataram.


Əziz atam…


Ağam, vəlim, mürşidim, rəhbər və ustadım. Salam olsun sənə. Bütün qəlbimin dərinliklərindən sənə salam olsun. Salam olsun sənə doğulduğun, böyüdüyün və qiyam etdiyin hər günündə. Salam olsun sənə oxuduğun, danışdığın, yatdığın və fikirləşdiyin hər anında.


Atam, Məni sən tərbiyə etdin, sən böyütdün və məni sən öyrətdin. İnşaallah ki, sənin arzuladığın kimi bir insanam. Səndən yeganə istədiyim şey mənim üçün dua etməyindir. İnsanın atasından, anasından, uşağından bezar olduğu qiyamət günündə mənə şəfaətçi olman səndən ən böyük təvəqqemdir. Mənim üçün xüsusi əhəmiyyət daşıyan şey İslam müqavimətinin öndərliyi, Hizbullah və məxsusən İslam müqavmətinin döyüşçülərinin zəfəri üçün bu ümmətə şərəf, zəfər və əzəmət gətirən bu kəslərin vəzifəsinin icrasında Allahdan kömək almaları üçün dua etmənizdir. Onlar sənin və İslam Dünyasının Rəhbəri Ayətullah Xamineynin dualarına şiddətli dərəcədə ehtiyaclıdırlar.


Əziz atam, səndən bir xahişim də məni bağışlamağın, mənim üçün dua etməyin və haqqını mənə halal etmə faktorudur. Haqqını hala et, haqqını halal et...Əziz anam, Allahın salamı üzərinizə olsun…»

P.S: 13 Sentyabr şəhidlərinin qətli günündə Seyid Həsən Nəsrullahın geniş və tarixi çıxışı tarix səhifələrinə həkk olan çox maraqlı, eyni halda ibrət almalı həqiqətləri özündə əks etdirib. Bu yazı məhdud həcmli, eyni halda yalnız ölməz qəhrəmanın şəhadətini işıqlandırmaq məqsədi üçün hazırlandığından bu yazıda qeyd olunan çıxışı yerləşdirmədik. Eyni halda çıxış geniş həcmə malik olması xüsusi bir yazıya ehtiyac duyurur.



ihq.az
Category: Digər | Added by: Ənfal
Views: 792 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]