Cümə axşamı, 2024-11-21, 9:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Digər

O, Şiəliyi seçdi
2012-11-04, 5:10 PM
O, Şiəliyi seçdi
29 dekabr, 1984 təvəllüdlü Şon Stoun islam dinini qəbul etdi. Tanımış amerikalı kinorejissor Oliver Stounun oğlu, Şon Stoun müsəlmanlığı qəbul edib. Məlumata əsasən, gənc rejissor İranda sənədli film çəkilişləri apararkən, fevralın 14-də İsfahan şəhərində islam dinini qəbul edərək, özünə Əli adını seçmişdir. Onun atası yəhudi, anası isə xristiandır. Şon Stounun 27 yaşı var və o, atasının çəkdiyi filmlərdə kiçik rollar ifa edib.
Qeyd edək ki, Şon Stoun hazırda İranda XIII əsr şairi Cəlaləddin Rumi haqqında sənədli film çəkməkdədir və bu müddət ərzində islam dininə böyük maraq göstərib. 14 fevral, çərşənbə günündə İsfahan Şəhərində keçirilən mərasimdə o, islam dinini, şiəliyi qəbul etdiyini və Əli adını seçdiyini elan edib.
"Agence France-Presse”nin verdiyi məlumata görə, Şon Stoun qeyd etmişdir: "İslamı qəbul etməyim digər dinləri inkar etmək mənasında deyil, xristianlığı, yaxud yahudiliyi tərk etmirəm, mən bu dini çevrədə doğulmuşam. Bu o deməkdir ki, mən Muhəmmədi (s) və digər peyğəmbərləri qəbul edirəm !”
İSNA-ya verdiyi müsahibədə Şon deyir: "İslam, yəhudi və xristian dinlərinin antaqonistik olduğunu düşünən insanlar yanılırlar, əksini anlamaq üçün, bu dinlər arasında dialoq qurmaq lazımdır.”

Vətənində onun öz dinini dəyişməsi barədə xəbərlərə necə münasibət bəsləyəcəklər sualını isə gənc rejissor belə cavablandırıb: "Amerikada mən o qədər də məşhur insan deyiləm, buna görə də bu xəbər keçmiş həyatımda iz qoymayacaq. Mənim üçün əsas odur ki, amerikalılara İslamın əsl təbiətini anlamaqda köməkçi ola bilərəm. Məscidə daxil olanda, özümü çox yaxşı hiss edirəm. Mən inanıram ki, Allah təkdir və bu nöqteyi nəzərdən sizin müsəlman, xristian, yaxud yəhudi olmağınız heç bir əhəmiyət kəsb etmir.”
Şon Stoun Priston Universitetinin tarix fakultəsininin məzunudur, təhsilini bitirdikdən sora şəxsi kinokompaniyasını yaratmışdır ki, İran tarixi və mədəniyyəti mövzuları üzrə sənədli filmlər çəkməklə məşğuldur. O, eyni zamanda özünü aktyor kimi sınamışdır, bir sıra bədii filmlərdə, o cümlədən, atası Oliver Stounun filmlərində də çəkilmişdir. ("The Doors” filmində gənc Cim Morrison obrazı)

Fox News telekanalının aparıcısı Bill O. Reyliyə verdiyi müsahibəsində Şon Stoun bəzi açıqlamaları ilə yadda qaldı: O, İran prezidenti Mahmud Əhmədi Nejadın Holokostu inkar etməsi və İsraili məhv etməyə çağırış haqqında fikirlərinə haqq qazandırmağa çalışıb. Eyni zamanda, Şon İran İslam Respublikasının nüvə proqramının tərəfdarıdır: "Biz kimik ki, iranlılara öz ölkələrini necə idarə etməyi öyrədək?!”-O, həmçinin İran Prezidentinin siyasətini dəsdəklədiyini etiraf etmişdir.
Ötən ilin sentyabr ayında Toronto şəhərində keçirilən Beynəlxalq kinofestivalda "The Wrap” nəşriyyatına verdiyi müsahibəsində Şon Stoun belə deyib: "İranın nüvə istehsalı hüququnu dəstəkləyirəm, o, özünü israil təklükəsindən qorxmaq naminə bunu etməlidir...” jurnalistlərlə söhbət zamanı o, qeyd etmişdir ki, İran hökümətini öz övladlarını çağırılmamış qonaqlardan qoruyan "ata” ya bənzədir, kənərdan heç kim bu ölkənin daxili işlərinə qarışmamalıdır: "İran qanun çərçivəsində faliyyət göstərir və bu ölkənin prezidentinə qarşı simpatiyanın olmaması o demək deyil ki, o, müharibə və qarşıdurma yaratmaq niyyətindədir.”

ihq.az
Category: Digər | Added by: Ənfal
Views: 818 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]