Cümə günü, 2024-05-03, 9:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Digər

Məşhur şəxsiyyətlərin Muhəmməd peyğəmbər (s) haqqında fikirləri
2012-11-05, 9:05 PM
Məşhur şəxsiyyətlərin Muhəmməd peyğəmbər (s) haqqında fikirləri

"Muhəmməd peyğəmbər (s) şübhəsiz, öz fərziyyələrindən heç birini dirçəltməyi bacarmayan, insanların qəlbinə möhkəm rəy daxil edə bilməyən, insanı təbiətinin fərqli elementlərini birləşdirmək əvəzinə insanın varlığına ancaq parçalanma salmış bütün lazımsız, gərəksiz müdriklərin cəmindən daha çox bəşəriyyətin hörmətinə layiq şəxsiyyətdir.”
Pyotr Çaadayev (1749-1856)-rus mütəfəkkiri
və publisisti.


"Muhəmməd peyğəmbərin (s) inancı şübhəli 2 tərəfli ziddiyyətdən azaddır və Quran-Allahın vahidliyinə əsas sübutdur!”
Eduard Hibbon (1737-1794)
İngilis tarixçisi


"Mən, bu gün milyonlarla insanın ürəkləri üzərində möhkəm hökmranlığı olan şəxsi tanımaq istərdim. Əminəm ki, o dövrdə İslamın öz yerini tutması qılınc gücünə olmamışdır. Bu, Peyğəmbərin (s) əyilməz paklığı, onun (s) islam yolunda özünü qurban verməsi, öz vəzifəsini dəqiq yerinə yetirməsi, dostlarına və ardıcıllarına böyük sadiqliyi, şücaəti, qorxmazlığı, Allaha hədsiz imanı və öz missiyasına inamı sayəsində baş vermişdi.”


Mahatma Qandi (1869-1948)-Hindistanın milli-azadlıq hərəkatının başçılarından biri.


"Heç vaxt insanı ixtiyarı ya qeyri-ixtiyari şəkildə öz qarşısında bu cür yüksək məqsəd qoymamışdı-çünki bu məqsəd fövqəlbəşəri idi: yaradılan və Yaradan arasında bu vaxtadək mövcud xurafatı darmadağın etmək; insana Allahı, insanı Allaha bəxş etmək; maddi tərif olunmuş bütpərəst allahlarının xaosunda şüurlu və müqəddəs ilahi ideyanı təbliğ etmək…

Əgər insan dahiliyinin 3 kriteriyası-məqsədin aliliyi, maddi imkanların məhdudluğu və möhtəşəm nəticələr-varsa, o zaman müasir tarixdə hansı dahi şəxsiyyəti Muhəmməd peyğəmbərlə (s) müqayisə etmək olar?!

Ən məşhur insanların yaratdıqları-silahlar, qanunlar, imperiyalar olub. Onlar maddi nümunələr yaradıblar ki, tez bir zamanda öz gözləri qarşısında məhv olmuşlar. Lakin, Muhəmməd (s) kimi insan öz təsirini nəinki ordular, qanunlar, imperiyalar, xalqlar və sülalələrə, həm də milyonlarla insanlara, taxt-tac sahiblərinə, ilahilərə, dinlərə, ideyalara, qəlblərə və s. də göstərmişdi.

İnsanın böyüklüyünü nəzərə çarpdıran bütün ktiteriyaları nəzərdən keçirəndən sonra, qətiyyətlə soruşa bilərik: - Ondan (s) daha böyük şəxsiyyət varmı?!”


Alfons Lamartin (1790-1869) fransız şairi, tarixçi.


"Mən təəssüf edirəm ki, sənin müasirin olmamışam, ey Muhəmməd (s)! Bəşəriyyət bircə dəfə seçilmişi görə bildi və daha görməyəcək… Dərin hörmətlə qarşında baş əyirəm!”


Otto Bismark (1815-1898)-Almaniya imperiyasının reyxskansleri.


"O (Muhəmməd peyğəmbər (s)), həyatı bahasına bütpərəstləri tək Allahlığa dəvət edirdi və əbədi həyatın toxumunu əkməyə başlamışdı. Onun (s) təkcə bəşər tarixinin dahi şəxsiyyətləri sırasına aid etmək haqsızlıq olardı. Onun peyğəmbərliyini və Yer üzündə səmavi elçi olduğunu qəbul etməliyik.”


Karl Marks (1818-1883)-elmi Kommunizmin banisi.


"Muhəmməd peyğəmbər (s) böyük dövlət başçısı olmuşdur. O, icmanı həqiqət çırağında toplamışdı və təkcə bu, təqdirəlayiq hadisədir. O, insanlara mənəvi yüksəliş yollarının sirrini açdı. Bu cür şəxsiyyət hər kəsin hörmətinə layiqdir."


Lev Tolstoy (1828-1910) rus yazıçısı.


"Əgər Muhəmməd (s) kimi insan təkbaşına indiki dünyanı idarə etsəydi, o, bu dünyanın problemlərini həll edərdi, dünya ehtiyac duyduğu rahatlıq və səadəti əldə edərdi. Mən onun həyatını tədqiq etmişəm, o, qeyri-adi şəxsiyyət olmuşdur. Antixrist olmaqdan çox uzaqdır-əksinə, bəşərin xilaskarı adı verilməlidir ona. Növbəti 100 ildə İngiltərədə və Avropada hökmranlıq şansı qazanmış din varsa, bu din-İslam dinidir.”


Bernard Şou (1856-1950)-ingilis dramaturqu.


"Avropa böyük uçurum qapısının kandarındadır. Parlaq, gözəl fasad arxasında stresslər, dəliliklər, özünəqəsdlər, ruhi xəstəliklər, əxlaqsızlıq, narkomaniya və alkoqola aludəçilik, oğurluq, zorakılıq, venerik xəstəliklərin ağlasığmaz sayı və s. gizlənir. Qarşılıqlı məhəbbət və bir-birinə inam artıq yoxdur. Hər kəsi ölüm təşvişi məhv edir. Ailə vahidliyi pozulub, ailə üzvləri arasında əlaqələr kəsilib. Dövlət başçıları bu vəziyyətdən çıxış yolu tapa bilmir, intellektual çevrələr əxlaqi-mənəvi boşluqda fəaliyyətsizdirlər. Avropa qarşısında ancaq bir yol var: xilas üçün yeganə yol, bu yol-islamdır. Başqa seçim yolumuz yoxdur.”


Riçard Bell, alim, ərəbşünas.



"Bu şəxs (Muhəmməd) ən yaxşı mənada məftunedici şəxsiyyət idi. Məftunluq-Yer üzərində insanları daxili parçalanmadan müdafiə edən yeganə vasitədir. Əgər məftunluğu nalayiq səbəb yaradırsa və yaxud qeyri-məhsuldar torpağa düşərək bar vermirsə, o, çox zaman şər səciyyə daşıyır. Ona məftun olmaq kifayət edir ki, sülh çırağı yaransın və bu valeh edici qüvvə bu xeyirxah məqsədə layiqdir!”


Stenli Leyn-Pul, tarixçi.


"İslam-maddi və mənəvi aləmi əhatə edən qanunlardır, İslamın əsasında bilik və şüur durur. İslam insanı kamil varlıq qəbul edir və onu yüksək məqamda tutur, insanı öz zəhmətinə qiymət verməyi öyrədir, başqasının var-dövlətinə göz dikmədən harmoniyada yaşamağa sövq edir, ədalətsizliyi və bərabərsizliyi qəbul etmir. Əgər marksizm və kapitalizm insanı təhkim edirsə, İslam insanı yüksək pilləyə ucaldır, varlı-kasıb arasında bərabər paylanır, çünki hamı Allah qarşısında bərabərdir.”


Roje Qarodi (1913-cü ildə anadan olub) fransız yazıçısı, "L`Humanite” qəzetinin redaktoru.


"Muhəmmədin (s) ölümündən 80 il keçdikdən sonra yaradılmış müsəlman dövləti dünyəvi imperiyaya çevrildi, Hindistanın sərhədlərindən Asiyaya qədər, Afrikaya qədər, Aralıq dənizinin cənub sahilindən Atlantik okeanına qədər uzanan, Aralıq dənizinin qərb körfəzindən keçib "Əndəlus”a-İspaniyaya keçərək 300 il öncə xristian-vestqotların yaratdıqları dövləti dağıtdılar, irəliyə gedərək Pirenney yarımadasınadək hər yeri tutmuşdular. Yeni hökmran dövlət yüksək mədəniyyət gətirərək İspaniyanı ən gözəl Avropa ölkəsinə çevirdilər.”


Lion Feyxtvanqer (1884-1958) Alman yazıçısı.


"Eşidəndə ki, müsəlman inanclı adamlar dəhşətli cinayətlər törədir, bu, mənim fikirlərimi dəyişmir. Çünki bu insanlar-müsəlman deyil! Onlar imanlı insan adını daşımaq hüququnu itirənlərdi. Çünki, Allah hamımız üçün birdir, əgər kimsə aşkar zülm nümayiş etdirərsə biz deyə bilmərik ki, hansısa peyğəmbər, yaxud müqəddəs kitab günahkardır!”


Aleksandr Men (1935-1990) pravoslav keşiş


"Liderlər 3 funksiya yerinə yetirməlidirlər: tabeliklərində olan insanların rifahı və çiçəklənməsini təmin etmək, insanların özlərini təhlükəsiz mühitdə hiss etməsi üçün sosial bərabərsizliyi təmin etmək və öz xalqını vahid inanc sistemində cəmləşdirmək. Paster və Salk kimi adamlar I mənada liderlərdi. Qandi və Konfusi kimi şəxslər bir tərəfdən, Makedoniyalı İsgəndər, Sezar kimi insanlar digər tərəfdən II, yaxud III mənada lider hesab oluna bilərlər.
İsa Məsih (ə) və Budda yalnız III kateqoriyaya aiddirlər.
Şübhəsiz, Muhəmməd peyğəmbər (s) bütün dövrlərin dahi rəhbəri olmuşdur, hər 3 funksiyanı özündə cəmləyib. Az fərqlə-Musa peyğəmbər (ə) də eyni şeyi edə bilib.”


Jül Masserman, amerikalı alim.


"O, şair deyil, peyğəmbərdir (s). Muhəmməd (s) Quranı bizə çatdırıb. İlahi qanundur-insan tərəfindən yazılmış, əyləncə, yaxud ümumi savadlanma üçün nəzərdə tutulmuş adi deyil.”


İohann Volfanq Höte (1749-1832) Alman şairi, mütəfəkkir.


"Onlar (yəni, peyğəmbərin (s) tənqidçiləri) nur əvəzinə alov görürlər, yaxşının əvəzinə eybəcərlik görürlər. Onlar təhrif edərək hər yaxşı keyfiyyəti böyük eyb kimi təqdim edirlər. Bu, həmin adamların öz nöqsanlı simalarını üzə çıxarır. Tənqidçilər kordur, onlar görə bilmir ki, yeganə "qılınc” Muhəmməd peyğəmbərin (s) əlində olan-xeyirxahlıq, rəhmlilik, dostluq, bağışlanmaq silahıdır ki, düşmənlərini fəth edir və onların qəlblərini təmizləyir. Onun "silahı” dəmir qılıncdan daha kəsərlidir.”

Pandit Qyanandra, Hindistanın ictimai xadimi

ihq.az
Category: Digər | Added by: Ənfal
Views: 1008 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]