Cümə günü, 2024-04-26, 11:37 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şəxsiyyətlər » Digər

İnadçı milyonerin maraqlı vəsiyyəti!
2013-05-11, 5:52 AM
İnadçı milyonerin maraqlı vəsiyyəti!

Amerikada, 92 il əvvəl ölən taxta-şalban taciri Wellington Burtun 100 milyon dolları 12 haqq sahibinə paylandı

ABŞ-da 92 il əvvəl ölən taxta-şalban baronu Wellington Burtun 100 milyon dollarlıq mirası sonunda paylaşdırıldı. Miçiqan ştatında yaşayan və elə orda da ölən Wellington Burt vəsiyyətinə "sərvətinin, son nəvəm öldükdən 21 il sonra paylanacaq" – deyə bir şərt qoymuşdu. Keresteci Burt 1919-cu ildə, 87 yaşında həyata vida etdi. Burtun sonuncu nəvəsi isə 1989-cu ildə ölüb.

Bir düjün Qohum

Beləcə Wellington Burtun vəsiyyətindəki bütün şərtlər yerinə gəlmiş oldu. 100 milyon dollarlıq miras "geridə qalan qohumlar" arasında paylandı və 12 adam birdən milyoner oldu. Burt öldüyündə ABŞ-ın ən varlı səkkiz şəxsi arasında iştirak edirdi. Son nəvəsinin həyata vida etməsindən sonra həyatda qalan qohumlar hüquqi əməliyyatları başlatdılar. 30 ayrı adam Burtun mirası üzərində haqq iddiasında oldu. Hər talib üçün geneolojik (soya bağlı) araşdırma edildi. Nəticədə bir düjün adamın Burtun mirasından haqq almasına qərar verildi.

Çox xəsis idi

Xəsisliyilə tanınan taxta-şalban baronunun 6 uşağı, 7 nəvəsi, 6 nəvəsinin uşağı və 11 nəvəsinin nəvəsi mirasdan pay ala bilmədi. Taxta-şalban taciri Burtun nəvəsinin nəvəsinin nəvəsinin nəvəsi olan 19 yaşlı Christina Cameron 2.6 milyon dollar pay aldı. Cameron çox sevinmədi və "Bir kənara qənimət olaraq qoyacağam. Mənim üçün deyil, amma ailəm üçün bu pul əhəmiyyətli " – deməklə kifayətləndi. Tarixçi Tomas Mudd isə "Bu mənim gördüyüm ən qəribə miras hadisəsidir" deyərək bildirdi.(QƏZET HABERTÜRK)
Category: Digər | Added by: Ənfal
Views: 824 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]