Cümə axşamı, 2024-11-21, 12:04 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Valideynlərin nəzərinə!
2013-02-19, 12:49 PM
Sual: Uşaq ölümün mə`nasını hansı yaşda dərk edə bilər?

Cavab: Uşağın "ölüm”, "ölü”, "ölmək” sözlərinin mə`nasını dərk etməsi üçün əvvəlcə öz danışığında bu sözlərdən istifadə etməsi şərtdir. Uşaq üç yaşınadək ölümün mə`nasını anlaya bilmir. Yaxın adamlardan biri dünyasını dəyişdikdən sonra uşaq ölüm haqqında düşünməyə başlayır və bitib-tükənməyən suallar verir.


Sual: Uşaq ölüm haqqında hansı sualları verə bilər?
Cavab: Uşaq adətən belə suallar verir: Ölüm nə deməkdir? Filankəs öləndə hara getdi? İndi o haradadır? Oraya necə getdi? Geri qayıdacaqmı? Onu diriltmək olarmı?
Bə`zən uşaqlar əvvəlcə insanın yox, həşaratların və bitkilərin ölümü ilə tanış olurlar. Məsələn, "bu bitki niyə saraldı” kimi suallar verirlər.
Uşağın suallarını cavablandırmaq çətin olur. Çünki o möhkəm dəlillər tələb edir. Bir çox valideynlər üçün bu sual ona görə çətindir ki, hələ onlar özləri ölüm haqqında qəti qərara gəlməyiblər.



Category: Uşaq | Added by: Ənfal
Views: 819 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]