Şənbə günü, 2024-12-21, 9:22 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Valideynlərin nəzərinə!
2013-02-19, 12:38 PM
Sual: Övladım ayrıldığım üçün mənə nifrət edirmi?

Cavab: Sözsüz ki, bu iş övladınızı narahat edir. Adətən, uşaq kiminlə qalırsa, onu daha çox günahkar hesab edir. Əgər boşanmanın səbəbkarı siz deyilsinizsə də, uşağın qəzəbi sizə tuşlanacaq. Onu qınamayın. O həm atası, həm də anası ilə birlikdə olmaq istəyir.

Sual: Keçmiş həyat yoldaşım haqqında övladıma nə deyim?

Cavab: Bə`ziləri öz keçmiş həyat yoldaşları haqqında xoş təsəvvür yaratmağa çalışırlar. Mən bu münasibəti alqışlayıram. Amma uşaq onun kobudluğuna şahid olmuşsa, həqiqətə uyğun olmayan tə`rifdən çəkinin. Çünki uşaq sizin ədalətsiz olduğunuzu düşünə bilər. Amma keçmiş həyat yoldaşınıza müsbət münasibətdə olan övladda mənfi münasibət yaratmağa cəhd etməyin ümumiyyətlə könlünüzün yox, ağlınızın səsini dinləyin və "diplomatik sədaqət” qanunlarına əməl edin.

Category: Uşaq | Added by: Ənfal
Views: 817 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]