Main » Files » Qadın » Uşaq |
Valideyn uşağa hansı 3 mühüm şeyi öyrətməlidir?
2014-01-17, 7:24 AM | |
Valideyn uşağa hansı 3 mühüm şeyi öyrətməlidir? Ataların vəzifəsidir ki, övladlarına Quranı öyrətsinlər. Əgər onları Quran dərsinə qoya bimirlərsə, onlar üçün Quranı öyrədən disklər alsınlar ki, uşaqları qulaq assın. Quran İlahi bir mənbədir, ona görə də uşaqları Qurana həvəsləndirin. (Erfan) İbrətamiz əhvalat. Malik ibni Dinar deyir: "Mən evləndim və çox istəyirdim ki, uşağım olsun. Əvvəl cavan idim, sonra 4-5 il keçdi, ancaq uşağımız olmadı. Dedim ki, xanım, mən uşaq istəyirəm, sənin də uşağın olmur, ona görə səni boşamaq istəyirəm. Dedi: "Özün bilərsən”. İkinci arvadımın da uşağı olmadı. Onu da boşadım. Üçüncü arvadımın bir oğlu oldu, 6 yaşına çatdı və onu məktəbə qoydum. Dəsrdən gələndə gördüm ki, rəngi sarıdı, dedim: "Əzizim, nə olubdur?”. Dedi: "Bu gün müəllim bizə Qurandan bir ayə öyrətdi. Bu ayə rahatlığımı aradan apardı”. Dedim: "Hansı ayədir?”. Dedi: "Müəllim Quranın bu ayəsinə çatdı: "Uşaqları qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?” ("Muzzəmmil” 17). Qiyamət elə bir gündür ki, onun əzəməti uşağı qocaldar”. Uşaq iki ay xəstə yatdı və öldü. Onu aparıb, dəfn etdim və işim bu idi ki, səhər tezdən qəbrinin üstünə gedərdim və hava qaralanda evə gələrdim. Hər şeydən uzaqlaşmışdım. Bir gecə yuxuda gördüm ki, bir səhradayam. Qəribə bir varlıq mənə hücum edir və mən qaçıram. Ancaq o, hələ də məni qovurdu və mən də qaçırdım. İki metrlik bir divara çatıram, divarın üzərindən hoppandım, ancaq o biri tərəfə keçməyə icazə vermirdilər. Həmin varlıq mənə hücum edirdi. Divarın o biri tərəfində bir neçə uşaq oyun oynayırdı. Qəribə varlıq yadımdan çıxdı və uşaqlara dedim: "Uşaqlar! Mənim oğlumu görməmisinizmi?”. Dedilər: "Sənin oğlunun adı nədir?”. Adını dedim, dedilər: "O biri tərəfdədir. İndi onu çağırarıq”. Gedib, onu çağırdılar və o, gəldi. Ona dedim: "Atanın canı! Haradasan?”. Dedi: "Atacan, öləndən bəri məni Quran dərsinə aparır və Quranı öyrədirlər”. Ona dedim: "Qəlbimin əzizi! Mənə hücum edən bu varlıq nədir?”. Dedi: "Bu ,sənin pis, çirkin əxlaq və əməlindir. Yaxşı ol ki, sənə hücum etməsin””. Bərzəxdə möminlərin uşaqlarının himayəçisi. Kimdir mömin uşaqların himayəçisidir? Həzrət Sadiq (ə) buyurur: "Allah bərzəxdə İbrahimə (ə) vəzifə vermişdir ki, Peyğəmbərin (s) ümmətindən ölən uşaqlara, o və Sara himayəçilik etsin. Həzrət İbrahim (ə) də uşaqlara Quran öyrədir”. Ata və ananın övlada ehsanı. Əgər ata övladının toy ləvazimatlarını hazırlaya bilərsə, ancaq bunu etməzsə, bu oğlan və ya qızın etdiyi hər bir günahda atası da şərik olar. Əgər atasının toy üçün hazırlaşmağa gücü çatmırsa, Quran buyurur: "Qılzar! Oğlanlar! Bu bir neçə günlük dünyada iffətinizi qoruyun”. Həzrət Peyğəmbər (s) buyurur: "Mən Peyğəmbər, uşaqları xeyir işlərə kömək edən atalara Allahdan rəhmət diləyirəm”. Bir nəfər İmam Sadiqin (ə) yanına gəlib, deyir: "Ya ibn Rəsulallah! Mən kimə yaxşılıq edim? Pulumu və əxalaqımı kimə xərcləyim? Buyurdu: "Ata və anana”. Dedi: "Ata və anam ölüblər”. Buyurdu: "Hər nə xeyrin varsa, övladlarına xərclə”. Həzrət Peyğəmbər (s) əmr edir: "Uşaqlarınızı üç xüsusiyyətdə yetişdirin. 1. Peyğəmbərə (s) eşq; 2. Əhli-Beytə (ə) eşq; 3. Qurani-Kərimin qiraəti”. Çalışın ki, uşaqlarınızın qəlbinin qəhrəmanı Həzrət Peyğəmbər (s) olsun. Bəzən evinizdə Mərhum Məclisi kimi məclislər təşkil edin. Belə ki, Mərhum Məclisi cümə günün axşamı evində minbər düzəldər və arvad-uşağına moizə deyərdi. O, Peyğəmbərin (s) həyatı, əxlaqı və əməlləri haqqında danışardı. Məsəb adlı bir cavan Peyğəmbərin (s) aşiqi idi, ailənin tək övladı idi. Atası Məkkənin varlılarından idi. Mədinəyə gəlir və 20 yaşı vardı. Əmisi də Mədinəyə gəlir, ancaq o, kafir və bütpərəst idi. Məscidə gəlir və Peyğəmbərə (s) deyir: "Ata və anası ölüm ayağındadırlar. Bu, onların tək övladıdır. Neçə ildir ki, övladlarını görmürlər”. Həzrət Peyğəmbər (s) buyurdu: "Məsəb! Ata və anan dalınca adam göndəriblər”. Dedi: "Ağacan! Siz nə buyurursunuz?”. Buyurdu: "Mən nəzər verim? Mən nəzər vermirəm, Allah nəzər verir”. Cəbaryıl (ə) nazil olur və buyurur: "Məsəb mənimkidir və onu getməyə qoyma”. Həzrət Peyğəmbərə (s) olan bu məhəbbəti həmin cavanı Allahın məhbubuna çevirir. Uşaqlarınızın qəlbində Əhli-Beytə (ə) qarşı eşq yaradın. Həzrət Zəhraya (s.ə), İmam Əliyə (ə), İmam Həsənə (ə), İmam Hüseynə (ə)... Ustad Ənsarian deyir: "Mən Təbrizdə minbərə çıxmaq üçün gedəndə dedilər ki, harada qalmaq istəyirsən?, dedim: "Məni aparmaq istədiyiniz yer gərək yoxsul bir məhəllədə, yoxsul bir ev olsun. İki mərtəbəli qədimi bir evə getdik. Birinci mərtəbədə arvad-uşağı var idi, ikinci mərtəbədə isə mən idim. Həmin adam dedi: Bura İmam Hüseyn (ə) adına vəqfdir. Mən özüm indiyə qədər onu görməmişdim. Evin sahibi yatmamışdı və qəribə ləhcə ilə danışırdı. Dedi: "Bilirsən niyə bura gəlmisən?”. Dedim: "Yox”. Dedi: "Mən beş il əvvəl Ərəfə günündə Məhşəddə "Ərəfə” duası oxunanda sizin arxanızda dayanmışdım. Dua bitəndən sonra İmam Rzanın (ə) hərəminə getdim, dua etdim və dedim: "Bu ağa əgər Təbrizə gəlsə, bizim evimizə göndər, başqa yerə getməsin”. Sonra Həzrət Rzanın (ə) baş tərəfindən dayandım və qulaq asdım. Gördüm ki, qəlbimin dərinliyində İmam Rza (ə) deyir: "Olsun”. Təşəkkür etdim, namaz qıldım və gəldim. Siz özünüz gəlməmisiniz, mən də səni gətirməmişəm. Mən Fatimənin (s.ə) oğluna demişəm ki, siz Əhli-Beytin (ə) qonağısınız, bizimlə heç bir əlaqəsi yoxdur. Mənim on altı yaşım var idi, hələ evlənməmişdim. Gecə atam gələrdi və mənim üzümü sığallayardı və məni yuxudan oyadardı. Deyərdi ki, oğlum dur, dəstəmaz al və bir saat İmam Hüseyn (ə) üçün göz yaşı tök. Hamı yatıb, gəl biz ikimiz duraq və qərib İmam Hüseyn (ə) üçün ağlayaq. Əsir olmuş Həzrət Zeynəb (s.ə) üçün ağlayaq”. Həzrət Peyğəmbər (s) buyurur: "Bu, siz ataların vacib vəzifəsidir ki, övladlarınızı Əli eşqi, döyülmüş Zəhra eşqi, oxlanmış Həsən (ə) eşqi və susuz dodaqlı Hüseyn (ə) eşqi ilə yetişdirəsiniz”. Başqa bir vəzifəniz isə uşaqlarınızı Quranla tanış etməkdir. /Deyerler.org/ | |
Views: 1150 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1 |
Total comments: 1 | ||||||
|