Cümə axşamı, 2024-11-21, 11:51 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Uşaqlıq dövründə tərbiyənin əhəmiyyəti
2013-03-10, 6:48 AM
Uşaqlıq dövründə tərbiyənin əhəmiyyəti

İnsan həyatının uşaqlıq çağları (dövrü) xüsusi əhəmiyyətə malikdir. Bu dövrdə sağlam və xoşbəxt həyatın təməlini qoyub, gələcəkdə meydana çıxa bilən bir çox çətinliklərin (problemlərin) qarşısını almaq olar. Keçmişdə bu dövrün (uşaqlıq dövrünün) insan taleyindəki rol və əhəmiyyətinə diqqət etmək lazım gəlmirdi, ata-analar övladlarla diqqətsizlik və zorakılıqla rəftar edib, fiziki cəzanı ən yaxşı tərbiyə üsulu hesab edirdilər. Lakin son əsrlərdəki elmi araşdırmalar digər dövrlərlə müqayisədə uşaqlıq dövrünün insan həyatında infrastruktur (təməlqoyucu) rola malik olduğunu göstərdi.

İnsan əxlaqı və psixologiyasının bir çox nizamsızlığı (qeyri-mütəşəkkilliyi) uşaqlıq dövründə düzgün verilməyən tərbiyədən qaynaqlanır.

Beləliklə, əgər ailə uşağın düzgün tərbiyə edilməsi üsulları ilə tanış olub, bu üsulları tətbiq etsə yeniyetməlik dövründə daha az çətinliklərlə (problemlərlə) qarşılaşar. Düzgün tərbiyə üsullarının ailələrə təlim edilməsinin, cəmiyyətin üzvlərinin fərdi və ictimai səadətə çatmalarındakı təsirini qəbul etməliyik.

Hansı dövrə uşaqlıq dövrü deyilir?

Adətən doğumdan 12-13 yaşa qədərki, təqribən orta məktəbin sonlarına yaxın dövrü uşaqlıq dövrü adlandırırlar. Bu dövr iki əsas bölmədən təşkil olunmuşdur: məktəbə qədərki (məktəbdən öncəki) dövr və məktəb dövrü.

İslam təlimlərində də inkişaf mərhələləri üç müəyyən yeddi yaşa bölünmüşdür. Təqribən məktəbdən öncəki dövrə uyğun gələn birinci yeddi il "ağalıq dövrü”, ikinci yeddi il "itaətkarlıq dövrü”, üçüncü yeddi il isə "vəzirlik dövrü” adlandırılmışdır. Ardı var...
Category: Uşaq | Added by: Ənfal
Views: 939 | Downloads: 0 | Rating: 1.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]