Şənbə günü, 2024-12-21, 9:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Uşaqlar üçün hekayələrdən necə istifadə edilməlidir
2013-05-17, 10:36 AM
Uşaqlar üçün hekayələrdən necə istifadə edilməlidir

Uşaqlar hekayə və nağıllara həddindən artıq maraq göstərirlər, valehedici dastanları sevirlər. Elə bu maraq onlarda təəssürat üçün zəminə yaradır. Nağıllardan müxtəlif cür istifadə etmək mümkündür. Əvvəla nağıllar vasitəsilə uşağın təxəyyül gücünü möhkəmləndirmək olar. Təxəyyül gücünün möhkəmləndirilməsi uşağın yaradıcılığının inkişafına təsir edir. Buna görə də uşağın xəyal qüvvəsini hərəkətə gətirən xəyali və real olmayan nağıllardan istifadə edilə bilər, bir şərtlə ki, bu məsələdə də həddən kənara çıxılmasın. Yoxsa uşaq xəyalpərəst bir varlığa çevrilər.

Hekayə və nağıllar müxtəlif istiqamətlərdən dərs verə bilər. Hekayələr vasitəsilə düzgün davranış nümunələrini dolayı yolla uşağa öyrətmək olar.

Hekayələri seçərkən diqqət etmək lazımdır ki, uşağa pis dərs olmasın!

Bəxt, şans, bəzi şeylərin, xüsusilə on üç rəqəminin nəhs olması kimi mövzular və təəssüf ki, bayağı mədəniyyətlə qarışmış bu kimi bir çox xurafatlar uşaq üçün zərərlidir. Hekayələr uşaqlarda heysiyyət, qeyrət, mənlik, şücaət, humanizm (insansevərlik), ürəyigenişlik, özünəinam və sair kimi mənəvi dəyərləri yaratmalı və uşaqların zehninə və psixologiyasına acizlik, tabeçilik, bacarıqsızlıq kimi dəyərsizlikləri təlqin etməməlidir.

Uşaq nağıllarının əsas prinsipi xeyirxahlığın gözəlliyini ifadə etmək olmalıdır, nəinki pisliklərin çirkinliyini!

Uşağın saf və sevincli ruhunu gözəllik və yaxşılıqların ətirilə oxşayıb bəsləmək lazımdır. Təcrübələr göstərmişdir ki, biz uşağa pis nümunələri örnək gətirib tənqid etsək də, o, şüursuz şəkildə həmin pis nümunələrin təsiri altına düşüb, tənqidimizə əhəmiyyət verməyə bilər. Məsələn, uşağa nəzakətli, intizamlı və təmiz olmağı öyrətmək istədikdə, nəzakət, intizam və təmizliyin yaxşı təsirlərindən söz açmalı, hekayəmizin sevimli qəhrəmanını bu sifətlərlə tanıtmalıyıq, nəinki nəzakətsizlik, intizamsızlıq və natəmizliyin mənfi təsirlərindən söz açmlıyıq. Hətta əgər bu mənfi məsələlər haqqında danışsaq da, onları müsbət xüsusiyyətlərin çərçivəsinə salmalıyıq.

Həmçinin mənəvi dəyərlər haqqında ümumi söz açmağın yerinə, uşaqların anlayacağı nümunələrdən danışmalıyıq. Məsələn, uşağa belə deməməliyik:”Təmizlik yaxşıdır”, əksinə, oynadıqdan sonra oyuncaqları toplamaq, öz paltar və əşyalarını yerinə qoymaq və bu kimi sair təmizliyin örnəyi olan işləri anlatmalıyıq.

Quranda peyğəmbərlərin və yaxşı əməl sahiblərinin haqqında gələn hekayələrdən istifadə etmək olar, lakin keçmiş xalqların düçar olduqları əzabları uşaqlara açıqlamamalıyıq. Əksinə Allahın rəhmətindən, peyğəmbərlərin uşaqlarla mehribanlığından daha çox danışmalıyıq.

Nəhayət, hekayələrin sonunda nəticə gətirməməliyik, məsələn, deməməliyik ki, bu hekayədən nəticə alırıq ki, nəzakətli və ya intizamlı olmaq yaxşıdır. Bu cür nəticələr dolayı yolla olan təlimín birbaşa-vasitəsiz təlimə çevrilməsinə və təsirin azalmasına səbəb olur. Buna görə nəticə almaq məsələsini uşağın öz öhdəsinə qoymaq lazımdır. O, mütləq hekayənin mövzusundan təsirlənəcək və birbaşa nəticə almağa da ehtiyac yoxdur.

Hekayələrin ən mühüm üstünlüklərindən biri sözü birbaşa deməməsindədir.

Ana öz bildiyi hekayələrdən əlavə uşaqların bu yaş dövrünə aid olan nağıl kitablarından da istifadə edə bilər. Lakin kitab seçərkən diqqətli olmaq lazımdır. Təəssüflər olsun ki, kitab bazarı, xüsusilə də uşaq kitabları ticari hədəflərlə qarışdırılmış, bəzən isə ümumiyyətlə, öz əsas hədəfindən yayınmışdır. Bu kitabların bəziləri, hətta yazı və nəsr yönündən də uşaqlar üçün uyğun deyil, bəziləri isə pis örnək olduqları üçün onlardan uzaqlaşmaq gərəkdir. Kitab seçərkən onun müəllifinə, xüsusilə də hansı nəşriyyatın onu yayınlandığına diqqət göstərmək, bu haqda mütəxəssislərlə məsləhətləşmək lazımdır.

zeka.az


Category: Uşaq | Added by: Ənfal
Views: 853 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]