Main » Files » Qadın » Uşaq |
Uşaqlar məscidə buraxılsınmı?
2013-01-23, 3:39 PM | |
Az yaşlı uşaqların məscidlərdə hazır olmaları barədə İslam dininin baxışı necədir? Təcrübə sübut edib ki, uşaqların məscid, dini ayinlərin icrası və cəmiyyətdən təcrid olunması, onların gələcəkdə bu cür məsələlərə laqeyd və həvəssiz yanaşmaları ilə nəticələnmişdir. Buna görə də uşaqların məscid və məscid kimi mühitlərlə ünsiyyətdə olmaları və namaza öyrəşdirilmələri zəruri bir məsələdir. Uşaqlıq çağları çox dəqiq və həssas dönəmlərdir. Əgər bu fürsətdən düzgün istifadə olunmazsa sonrakı dönəmlərdə uşaqları düzgün yola yönəltmək bir o qədər də asan məsələ olmayacaqdır. Uşaqların məscid və namaz əhli olmalarında valideynlər böyük rol oynayırlar. Çünki insanların İslam əxlaqına və gözəl fərdi-ictimai adətlərə uyğun tərbiyələnməsi məhz uşaqlıq çağlarından başlayır. Dinimizdə vacib olan bir sıra əməlləri məxsusən namazı elə uşaqlıq çağlarında onlara öyrətmək lazımdır. Əgər kiçik vaxtlarından namaza adət edərsə, həyatının bütün mərhələlərində cismi inkişaflara baxmayaraq namaz qılmaq heç zaman ona yük olmayacaqdır. Bu məqamda qarşıya belə bir sual çıxır, uşaqların məscidlərə öyrəşdirilmələrinin zəruri olmasını nəzərə alaraq, İslam dininin uşaqların məscidlərdə hazır olmaları barədə baxışı necədir? Hədis və rəvayətlərə baxdıqda bu sualın cavabında iki cür cavabla rastlaşırıq: 1. Bir sıra hədislər uşaqların məscidə daxil olmalarını məkruh bilir. 2. Başqa bir qrup hədis uşaqların məsciddə hazır olmalarını caiz bilir və bu işə təşviq edir. Uşaqların məscidə daxil olmalarını məkruh bilən cəmi iki-üç hədis vardır ki, müxtəlif yollar və ravilər vasitəsi ilə nəql edilmişdir. Bu hədislərin kəlmələrinin arasında bəzi ixtilaflar vardır. Rəsulullah (s) bu hədisdə belə buyurur: "Dəliləri və uşaqları məscidlərinizdən uzaq saxlayın." Bu hədisə əsasən bir qrup alim uşaqların məscidə daxil olmalarını caiz bilməmişlər. Bu hədislərin qarşısında bir çox qaynaqlarda Peyğəmbər (s) və onun səhabələrinin öz uşaqlarını məscidlərə apardıqlarına rast gəlirik. Təkcə üç-dörd yaşında uşaqlar deyil, bəlkə səhabələrin həyat yoldaşları hətta südəmər uşaqlarla belə camaat namazında məscidlərdə iştirak edirdilər. Bu hədislərdə İslam Peyğəmbəri (s) bir dəfə də olsun onlara uşaqları gətirdikləri üçün etiraz etməmişdir. Bu iki qrup hədisi nəzərə aldıqda onların arasında zahiri ziddiyyət müşahidə olunur. Halbuki onların arasında heç bir ziddiyyət yoxdur. Uşaqların məscidə gəlmələrini qadağan edən hədislər bir sıra uşaqlara şamil olunur. Bəzi uşaqlar həddən artıq şuluğ və dəcəl olurlar. Bu surətdə onların məscidləri bulaşdırmaları və məsciddə nəzm-intizamı pozma ehtimalı daha coxdur. Keçmiş zamanlara nəzər saldıqda onların yaşadıqları şəraitdə uşaqların münasib geyimləri yox idi və bu halda onların məscid və məscidlərdəki insanları bulaşdırma ehtimalı daha çox idi. Ona görədə bu kimi hədislər uşaqların məscidə gəlmələrini məkruh bilir. Nəzərə almaq lazımdır ki, uşaqları məscidlərdən uzaqlaşdırmaq onların analarına da məscidə gəlməkdə məhdudiyyətlər yaradır. Uşaqların tərbiyəsi anaların öhdəsinə düşdüyü üçün onlar məscidə öz uşaqları ilə gəlmək məcburiyyətindədirlər. Başqa bir tərərfdən də bir çox hədislər uşaqların məscidə gəlmələrini bəyənir və bu işə təşviq edirlər. Bütün bu deyilənləri nəzərə alanda uşaqların məscidə gəlməsi caiz bilinir. Çünki bu işə qadağa qoyan hədislər müxtəlif şərtlər altında qeyd edilmişdir. Başqa bir tərəfdən uşaqların təlim-tərbiyə məsələsi daha əhəmmiyyətli olduğu üçün onların məscidə getmələrinə icazə verilir. islammektebi.org | |
Views: 744 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |