Main » Files » Qadın » Uşaq |
Uşaq və Qorxu-4
2012-11-20, 9:38 AM | |
Bəzən uşağın bir müddət xəstəxanada qalması lazım ola bilər. Amma çoxu uşaqları xəstəxanaya yatırdılmaqdan, ata və anadan, ailə mühitindən uzaq qalmaqdan dəhşətə qapılarlar. Bu vəziyyətdə ata və ana üçün çox böyük çətinlik meydana gətirərlər. Belə bir vəziyyətdə ata və ananın yalnız iki variantı vardır: Ya uşağı zorla və istəmədiyi halda xəstəxanaya yatırtmalı və ya onu xəstəxanaya yatırtmamalılar. Əgər onu zorla xəstəxanaya yatırdacaq olsalar, bu onun həssas ruhunda pis təsirlər buraxa bilər. Kənar yandan əgər onu xəstəxanaya yatırtmaqdan imtina edəcək olsalar onun sağlamlığını təhlükəyə salmış ola bilərlər. Belə bir çətinliklə qarşılaşmamaq üçün bütün ata və analar, uşaqlarını xəstəxana mühiti ilə tanış etmək məcburiyyətindədirlər. Bəzi xəstəxanalardakı xəstələrin ziyarətinə getdikləri zaman uşaqlarını da yanlarında apara bilərlər. Orada bir az çox qalaraq uşaqlara, oranın gözəl və rahat bir yer olduğunu, yaxşı və cana yaxın həkimlərin olduğunu və xəstələrlə maraqlandıqlarını, təhlükəli xəstəlikləri sovuşdurmaq üçün orada yatmaqdan başqa çarə olmadığını izah edə bilərlər. Qısacası; o mühiti uşaqlara çox yaxşı bir şəkildə izah edərək sevdirə bilərlər. Uşaq, xəstəxana ilə tanış olduqdan sona, gələcəkdə oraya yatırdılmaq məcburiyyətində qalsa, oraya qarşı zehniyyəti yaxşı olduğu üçün heç bir çətinlik çıxarmaz. Xəstəxanaya yatırtmadan əvvəl ona xəstə olduğunu, yaxşılaşacağını; amma, müalicə edilə bilməsi üçün xəstəxanaya yatırdılması lazım olduğunu xatırladın. Orada sənin yaxşılaşmağın üçün səy göstərən şəfqətli həkimlər və tibb bacıları vardır. Biz də ara-sıra səni görməyə gələcəyik, deyin. Amma uşağa yalan danışmamağa diqqət yetirin. Burada yat. Biz də sənin yanında qalacağıq, qorxma burada sənə nə dərman verəcəklər və nə də iynə vuracaqlar, xəstəxanada günlərin çox yaxşı keçəcək vs. sözlərdən qaçının; çünki bunlar bir sıra gerçək xarici sözlər olduğu üçün uşağın sizə qarşı olan etibarçını sarsıdar. Ancaq uşağa, sən xəstəsən və müalicə edilib yaxşılaşmağın üçün xəstəxanaya yatırdılmadan başqa bir çarə yoxdur, söyləyin. Xəstəxanaya yatırtdıqdan sonra isə əlinizdən gəldiyi qədər yanına gedin və onunla birlikdə olub məmnun olması və çətinliyinin aradan qaldırılması üçün mühit hazırlayın. İkincisi, yerli və məntiqli qorxutmalardır: Ağıllı və məntiqli qorxutmalar mövzusuna gəlincə, uşağın tərbiyə və öyrətmini boynuna götürmüş olan biri məntiqli və münasib bir metod izləməlidir. Təhlükəli mövzuları uşağa açıqlayaraq o təhlükələrin necə önlənə biləcəyini göstərməli və bu mövzularda ehtiyatsızlıq və diqqətsizlik etdiyi təqdirdə qarşısına çıxacaq pis nəticələri ona tənbeh etməli və onu xəbərdar etməlidir. Kibrit, qaz və elektirik alətlərini doğru istifadə etmə tərzini ona öyrətmək lazımdır. Ayrıca bu kimi alətlərin meydana gətirə biləcəyi təhlükələri də ona bildirməlidir. Prospektdə qarşıdan qarşıya necə keçməsi lazım olduğunu, avtomobillərə diqqət yetirmədiyi təqdirdə qarşılaşacağı təhlükələri ona izah etməlidir. Kənar yandan, uşağa ictimai qanunlara hörmət göstərməsinin lazımlı olduğunu xatırlatmalıdır. tebyan | |
Views: 822 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |