Main » Files » Qadın » Uşaq |
Uşaq və Qorxu-2
2012-11-20, 9:42 AM | |
Əvvəli ötən sayımızda... 3- Polis və cinayət filmlərini və bəzi televiziya proqramlarını izləmək, radiodan bəzi əhvalatları dinləmək, təhrik edici hekayə və romanları oxumaq və ya dinləmək, hətta qəzet və jurnallarda nəşr olunan bəzi hadisələri oxumaq vs. uşağın çox həssas və zərif olan sinirlərində təsir buraxar. Onda iztirab, qayğı və qorxu meydana gətirər. Əlinizdən gəldiyi qədər uşağınızı bu kimi hadisələrdən uzaq tutmağa çalışın. Heç bir zaman cin vs. şeylərdən ona danışmayın. Əgər başqalarından bu mövzuda bir şey eşitmişsələr, onlara cinin insan kimi bir varlıq olduğunu, yaşadığını, insana heç bir zərəri olmadığını və ondan qorxmanın yersiz olduğunu izah edin. 4- Uşağın tərbiyəsində, qətiliklə təhdidə müraciət etməyin. Uşaqları nəhəng, canavar vs. təxəyyülün meydana gətirdiyi şeylər ilə qorxutmayın. Bu kimi qorxuların uşaqda keçici və qısa bir müddət üçün təsir etdiyi müşahidə edilsə belə, qətiliklə onun üzərində qalıcı və pis təsir edər buraxacaq və zərəri faydasından çox olacaq. Bu davranışınız ilə uşağın qorxaq və zəif olmasına səbəb olarsınız. Uşaqları, cəzalandırmaq üçün qaranlıq və qorxunc yerlərə həbs etməyin. Uşaqları pişik və itdən qorxutmayın. Bəzi anaların çox səhv davranışlarından biri də uşağı yatırmaq üçün əcaib səslər çıxararaq, qapıya vuraraq vs. hərəkətlərlə onu qorxutmalarıdır. Bu cahil analar, bu səhv hərəkətləriylə uşağa qarşı necə bir cinayət işlədiklərinin və onun gələcəyini təhlükəyə atdıqlarının fərqində olmazlar. ...Xatirə dəftərində belə yazır: Böyük anam dəcəllik etməməmiz üçün o biri otağa gedər və oradan: Mən nəhəngəm! Sizi yeyəcəyəm! deyə səslənərdi. Biz qorxumuzdan qısılaraq susurduq. Buna görə mən şəxsən qorxaq biri oldum. Evdə tək qala bilmirdim. Şidmi böyüdüyüm halda keçmişdəki o qorxu məndə iztirab və həyəcan halında davam edir. Ürəyim iztirab və qayğı ilə dolu. Bu vəziyyət mənə işgəncə verir. ...Məktubunun bir hissəsində belə yazır: Beş yaşlarında bir qızdım. Bir gün xalamın qızı ilə oynayırdım. Birdən böyük başı, böyük gözləri, iti dişləri və qara cizmeleri ilə bağçanın ortasında qorxunc bir varlıq gördük; əcaib səslər çıxarır, bizi yemək istəyirdi. Qışqıraraq zifri qaranlıq olan salona qaçdıq. Qorxudan divara o qədər əlimi sürdüm ki barmaqlarım yaralandı. Qorxudan huşunu itirdim və artıq bir şey anlaya bilmədim. Eşitdiyimə görə məni həkimə aparmışlar və ölümdən qurtarmışlar. Bu insan xarici hərəkət mənə o qədər təsir etmişdi ki uzun bir müddət ora-bura saxlanırdım, ən kiçik bir səs eşitdiyimdə qorxaraq qışqırırdım. İndi böyümüş olmama baxmayaraq sinirlərimdə narahatlıq var, ürəyimdə iztirabla dolu. Davamlı hüznlüyəm, hədəfsiz biri olduğumu hiss edirəm. İş və yaşamağa maraq yox. İnsanlarla qaynaşma və dialoq qərargaha əriniyirəm. Daha sonraları anladım ki bibimin qızı böyük qazanı başına qoyaraq özünü qorxunc bir varlıq halına gətirmiş və bu yolla bizi qorxutmaq istəmiş. Mənim bu xəstəliyimin məsulu odur. Ardı var... tebyan | |
Views: 832 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |