Şənbə günü, 2024-12-21, 7:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Uşaq tərbiyəsi ilə bağlı önəmli məqamlar
2012-12-20, 6:58 AM

Uşaq tərbiyəsi ilə bağlı önəmli məqamlar

 Uşaq - ağ lövhə kimidir. Onlar bizim rəftarımızı öz ağ lövhələrində çox tez əks etdirirlər. Uşaq psixoloqları bu fikirdədir ki, valideynin və ya ətrafdakılarının uşağa dediyi hər söz və ya hər bir hərəkət birbaşa onun tərbiyəsinə təsir qoyur. Bu tərbiyə də onun şəxsiyətini formalaşdırır.

Ona görə də onlarla etdiyimiz rəftarlara və sözlərimizə diqqət etməliyik ki, sağlam şəxsiyyət kimi yetişə bilsinlər. Ata və ana olmaq heç bir eybdən uzaq olmaq demək deyildir. Uşaq doğulan gündən valideyn çalışır ki, onu yaxşı tərbiyə etsin. Ancaq bəzən əks nəticələr alır. Bu da valideynin bilmədən verdiyi səhv tərbiyənin nəticəsidir. Ona görə də səhv tərbiyənin bir neçə növü ilə tanış olaq:

1. Valideynlərin sözünün bir olmaması. Ana övladına deyir: "Atan televizora baxmağı qadağan etmişdir, lakin o, bu gün evdə yoxdur və sən baxa bilərsən”.

Bəs bu tərbiyə niyə yanlışdır?

Valideyn bu yolla guya uşağın qarşısında olan əngəlləri təmizləmək istəyir. Bu isə ən böyük səhvlərdən biridir. Çünki bu yolla ailənin qanunlarını pozmuş olar. Siz də övladınıza bu qanunlardan sui-istifadə etməsi üçün fürsət vermiş olarsınız. O da istəyini bir valideyn vasitəsilə təmin edə bilməyəndə, o birisinə müraciət edəcəkdir.

Nə etməliyik?

Ata və ananın eyni sözü deməsi və eyni nəzərdə olması - valideyn tərəfindən riayət olunmalı mühüm məsələdir. Ola bilər ki, sizin tərbiyə üsulunuz başqadır, ancaq heç bir zaman övladlarınızın qarşısında qarşı tərəfin səyini puç etməyin. Həyat yoldaşınızla çalışın eyni nəzərdə olasınız. Təyin etdiyiniz qanunlara qarşı ciddi olun.

2. Rüşvət vermək.

Ana deyir: "Əgər yeməyini yesən, sənə şokolad verəcəyəm”.

Bəs bu tərbiyə niyə yanlışdır? Uşağa vəzifəsini yerinə yetirməli olduğu zaman rüşvət vermək olmaz. Bunun nəticəsində o, həmişə sizdən hədiyyə gözləyəcəkdir.

Nə edək?

Bəzən yaxşı əməl hədiyyəyə layiq olur. Uşaqları yaxşı rəftarlara təşviq etmək onlara hədiyyə vəd etməkdən yaxşıdır. Məsələn, bu sözün yerinə: "Bu gün xalagilə gedəndə özünü yaxşı oğlan kimi aparsan, sənin üçün oyuncaq alacağam”, bu cümləni: "Mən həqiqətən, səninlə fəxr edirəm ki, bu gün xalangildə yaxşı oğlan oldun və məni sevindirdin” işlətsək, daha çox uğurludur.

3. Hədələmək.

Ana deyir: "Əgər dilini bir də bayıra çıxartsan, səni tənbeh edəcəyəm”.

Bəs bu tərbiyə niyə yanlışdır?

Valideynin verdiyi səhv tərbiyədən biri də övladı hədələməkdir. Bu zaman uşaq daha çox tərslik etməyə əlaqə hiss edər. Əmin olun ki, o, bu pis rəftarını təkrar edəcəkdir.

Nə edək?

Yanlış cümlə: "Əgər bir də bacını vursan, səninlə bir də parka gəlməyəcəyəm”. Çünki bu cümlə uşağın rəftarını dəyişdirməyəcəkdir. Əksinə o fikirləşəcəkdir ki, hələ ki, parkdadır, bacısını rahat döyə bilər. Yaxşı olar ki, ona deyəsiniz ki, əgər özünü pis aparsa, evə qayıtmağa məcbur olacaqsınız. Əgər sizin bu sözünüzü qulaq ardına vursa, o zaman ləngimədən evə qayıdın. Bu zaman uşaq sizin ciddi olduğunuza əmin olacaqdır.

4. Yalan danışmaq.

Ana deyir: "Əgər indi sakit olmasan, polisə deyəcəyəm ki, səni tutub, zindana salsın”.

Bəs bu tərbiyə niyə yanlışdır?

Valideynin düşdüyü yanlış tərbiyə tələlərindən biri də yalan danışmasıdır. Ola bilsin ki, ana bundan da qorxulu yalanlarla uşağını tərbiyə etmək istəmişdir. Bunun nəticəsində uşağınızın qəlbinə qorxu düşər və bir müddət bu qorxu ilə yaşamasına gətirib çıxarda bilər.

Nə etməli?

Məsləhətli yalanlar ola bilsin ki, bəzən sizə kömək etsin. Ancaq mütəxəssislər məsləhət görür ki, övladınızla həmişə düz danışmalısınız. Bu ana övladına bu cümləni də deyə bilərdi: "Səni başa düşürəm ki, səhər tez durub nənəgilə getmək çətindir, ancaq mən də işə getmək istəmirəm. Lakin məcburam və başqa çarəm yoxdur”. Bunun nəticəsində o, səhər tez durmaq üçün çətinlik yaratmayacaqdır.

5. Uşağı bacısı və qardaşı ilə müqayisə etmək.

Ana deyir: "Mühüm deyildir ki, qardaşınla nəyin üstündə dava edirsən, sən çığırdığın üçün tənbeh olunursan”.

Bəs bu tərbiyə niyə yanlışdır?

Bir uşağı tənbeh edən zaman çalışmayın ki, onu başqa uşaqlarınızla müqayisə edəsiniz. Çünki bunun nəticəsində uşağın şəxsiyyəti alçalar.

Nə edək?

Bacı ilə qardaş dalaşan zaman birini tənbeh etmək sevgi əlaqələrini zəiflədər. Əgər tənbeh etmək istəyirsinizsə, hər ikisini tənbeh edin. Bu zaman hamısı qayda-qanunlara riayət edəcəklər.

6. İfrat və təfrit.

Ana deyir: "Əgər boşqabındakı kökü yesən, sənə şokolad verəcəyəm”, "Əgər bacınla yaxşı rəftar etsən, sənə hədiyyə alacağam”.

Bu tərbiyə niyə yanlışdır?

Çünki uşaq bu zaman hədiyyə almağa adət edəcəkdir. Əgər övladınızın kök yeməsini istəyirsinizsə, bunu həddində edin ki, həmişə hədiyyə gözləməsin.

Nə edim?

Övladınıza ancaq hədiyyəyə layiq olduğu iş görən zaman hədiyyə vəd edin. Bunu bəzən yaxşı əməllərə təşviq etmək üçün etmək olar. Ancaq onu gündəlik mövzuya çevirmək olmaz.

7. Uşağın otağını tənbeh yerinə çevirmək.

Ana deyir: "Oyunçaqlarını yerə atma, əks halda yatağa gedəcəksən”.

Bu tərbiyə niyə yanlışdır?

Nə qədər bacarırsınız, uşaq otağını tənbeh yerinə çevirməyin. Çünki, bu uşaqda yuxu problemi yaradar. Uşağın yataq otağı onun üçün rahat bir məkan olmalıdır.

Nə etməli?

Çalışın ki, uşağı başqa otaqda tənbeh edəsiniz. Əslində uşağı tənbeh etməyəsiniz, bəlkə çalışasınız ki, uşaqlarınız yaxşı işlər görsünlər.

8. Uşağı məzəmmət etmək.

Ana deyir: "Mən nə günah işlətmişəm ki, Allah mənə səni verib?”.

Bu tərbiyə niyə yanlışdır?

Sizin uşağınız nə qədər səhv etsə də, onun şəxsiyətini təhqir etmək olmaz. Bu nifrətə gətirib çıxardar.

Nə edək?

Əgər uşağınız səhv edirsə, rəftarını, danışığını tənqid edin, özünü deyil. "Sən pis oğlansan”, demək yerinə "Sənin bu rəftarın səhvdir” demək lazımdır.

9. Tənbehi sonraya saxlamaq.

Ana deyir: "Əgər qardaşına bir də əziyyət versən, bayram hədiyyəni almayacaqsan”.

Bu tərbiyə niyə yanlışdır?

Uşaqlar adətən yaddan çıxardırlar ki, bir saat əvvəl hansı səhvi ediblər. O ki, qaldı bir ay və ya bir həftə sonraya. Uşaqları bu cür tənbeh etmək yersizdir.

Nə etməli?

Uşaqlar üçün indiki və gələcək zaman yoxdur və onları tənbeh etmək istəyirsinizsə, o zaman təxirə salmayın. Uşağı tənbeh etmək istəyirsinizsə, onu parka aparmaqdan imtina edin və ya nahardan sonra onunla oynamayın.



(Tebyan/ Deyerler.org)
Category: Uşaq | Added by: Ənfal
Views: 714 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]