Main » Files » Qadın » Uşaq |
Uşaq öz bacısını və ya qardaşının ölümünü necə qarşılayır?
2013-02-19, 12:21 PM | |
Cavab: Belə bir hadisədən sonra uşaq öz ölümündən qorxur. Eşitdiyi nağılda özünü qəhrəmanın yerində təsəvvür edən uşaq bu hadisədə də özünü hədəf seçir. Bacı və ya qardaşına həsəd aparıb, nə vaxtsa onların ölümünü istəyən uşaq elə başa düşə bilər ki, bu ölümə səbəbkar odur. O, özünü günahkar hesab edib, daxilən əzab çəkə bilər. Siz onu əmin etməlisiniz ki, baş vermiş ölümə kimsə səbəbkar deyil. Bə`zi valideynlər ölmüş uşağa aid olan bütün əşyaları göz qabağından yığışdırırlar. Zənnimcə, ən azı həmin uşağın fotoşəkilini göz qabağında saxlamaq lazımdır. Evdə qalmış uşaq əmin olmalıdır ki, kimsə unudulmur. Kiminsə ölümü üçün məs`uliyyət daşımaq daimi əzab olur. Uşağınızı belə təsadüflərdən qoruyun. Tanışlardan biri bir yaşlı oğlunu çimdirməyi beş yaşlı qızına tapşırmış, nəticədə uşaq vannada boğulmuşdur. Bu mə`sum qızcığazın çəkdiyi əzabı təsəvvür etmək çox çətindir. Belə hadisələrdən qorunun. | |
Views: 850 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |