Cümə axşamı, 2024-11-21, 12:12 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Uşağın sorğuları zamanı necə rəftar etməliyəm?
2013-02-19, 12:50 PM
Sual: Uşağın sorğuları zamanı necə rəftar etməliyəm?
Cavab: Bu rəftar sizin inamınızdan asılıdır. Unutmayın ki, uşaq həqiqəti bilmək istəyir. Sizin ölüm qarşısında aciz olduğunuzu hiss edən uşaq qorxuya düşür.
Yaxın adamlarınızdan biri öldüyü vaxt kədərinizi uşaqdan gizlətməyin. Mütəxəssislər bu fikirdədirlər ki, qəm-qüssəni gizləmək insanın psixoloji durumu üçün zərərlidir. Uşaq yaxın adamın itkisindən narahatdırsa, bu təbii hissin qarşısını almayın.
Məbada, ölümü yatmağa oxşadasınız. Belə bir izahatdan sonra uşaq yatmağa qorxur.
Ölüm haqqında düşünməyə başlayan uşaq ilk əvvəl ata-anasının ölümünü xəyalında canlandırır və tənha qalmaqdan qorxur. Əgər uşaq sizdən nə vaxt öləcəyinizi soruşsa, deyin ki, mən çox, çox, çox…gec öləcəyəm. Siz "çox” kəlməsini təkrarladıqca uşaq rahatlaşır.
Ölüm haqqında söhbətlərdən sonra övladınız ağlasa, təəccüb etməyin. Mühüm bir məsələyə diqqət edin: əksər dinlərdə ölümdən sonrakı həyat haqqında mə`lumatlar var. Uşağın ölüm haqqında nigarançılıqlarına son qoymaq üçün ən doğru və ən münasib yol ona axirət həyatı haqqında danışmaqdır. Amma belə bir cavabın tə`sirli olması üçün uşaq sizin dindarlığınıza şübhə etməməlidir. Müntəzəm şəkildə dini ayinləri icra edən ailələrdə ölüm düşüncəsi uşaqları narahat etmir.

Əgər uşaq akvariumdakı balığın ölümündən kədərlənmişsə, onu qınamayın. O, yaxın adamını itirmiş bir insan qədər hüznlüdür. Balığın quyruğundan tutub zibilliyə atmayın. Sizin bu hərəkətiniz onun qəlbini sındırar və gələcək üçün çox pis bir dərs olar.



Category: Uşaq | Added by: Ənfal
Views: 742 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]