Main » Files » Qadın » Uşaq |
Uşağa nə qədər sevgi bəsləməliyik?
2013-02-03, 11:44 PM | |
Sevgi uşağa lazım olan ruhi ehtiyaclardandır. Uşağın cisminin və psixologiyasının sağlam inkişaf etməsi ondan asılıdır. İnsanlar elə varlıqlardır ki, bir-birindən sevgi görməyə ehtiyac duyurlar. Hətta başqalarının məhəbbətini cəlb etmək üçün bəzən özünə zərər də vura bilər. Uşaq daima valideynin ona qarşı sevgisini hiss etmək istəyər. Çünki o, bu sevgiyə çox susuzlayır və bu sevginin mərkəzini axtarmaqdadır. Körpə uşağı ana sevgisindən məhrum etmək onun şəxsiyyətinə birbaşa təsir edir. Uşaq ömrünün ilk illərində valideyni araşdırmağa başlayır. Öz rəftarlarını təcrübədən keçirir və baxır görsün ki, hansı rəftarını valideynləri bəyənir və hansını bəyənmirlər. O uşaq ki, valideyn sevgisindən məhrumdur, bu onun danışığına və ictimai rabitələrinə mənfi təsir göstərər. Psixoloqların nəzərinə görə, sevgiyə ehtiyac duymaq - daimi bir ehtiyacdır. Uşaqlar həddi-büluğa çatanda da sevgiyə ehtiyac duyurlar. Əks halda onlarda üsyan və laqeydlik hissləri baş qaldırır. Uşaq gərək məhəbbəti hiss etsin və onu dadsın. Ona görə də valideynlərin qəlb məhəbbəti kifayət deyildir. Əgər bu qəlb sevgisi təşəkkürə, öpməyə və qucaqlamağa çevrilməsə, uşaq üçün faydalı olmaz. Uşaq müxtəlif yaşlarda sevgini müxtəlif cür dərk edir. Ömrünün ilk yeddi ilində sevgisi daha çox hissi olur. Sonrakı illərdə şəxsiyyətini qorumaq çox mühümdür. Ona görə də 7 yaşına qədər öpərək, nəvaziş edərək, maraqlı oyuncaqlarla sevgimizi bildiririksə, ancaq yeniyetmə olan zaman bu sevgimizi təşəkkür edərək, şəxsiyyətinə ehtiram göstərərək büruzə veririk. Ancaq sevginin öz həddi və hüdudu olmalıdır. Belə ki, ifrat dərəcəsində olan sevgi nəticəsində uşaq ərköyün və asılı böyüyər. İstəkləri çox olar. Sevginin bu xüsusiyyətləri olmalıdır: - Uşağa göstərilən məhəbbət - istər valideynləri olsun və istərsə də ətrafdakılar tərəfindən - səmimi olmalıdır. - Məhəbbət elə olmalıdır ki, uşaq onu dadmalıdır. Bu, o zaman mümkün olar ki, biz məhbbətimizi əməli olaraq ona bildirək. Ona görə də qəlbində sevmək uşaq üçün kifayət deyildir. - Uşağa vəziyyətinə görə sevgi bəsləmək olmaz. Məsələn bəzi uşaqlar zahiri gözəl olduqları üçün onlara daha çox sevgi göstərmək olmaz. Uşağa göstərdiyimiz sevgi gərək mötədil olsun, səmimi olsun və onun yaşına uyğun olsun. Sevgi göstərən zaman valideyn ayrı-seçkilik etməməlidir. Uşağa göstərilən məhəbbət onu əmr-be-məruf etməyə mane olmamalıdır. Valideyn uşağına həm sevgi bəsləməli və həm də onu lazım olan zaman tənbeh etməlidir. Bu sevgi uşağı tənbeh etməyə mane olmamalıdır. Eyni zamanda valideyn övladına hiss etdirməlidir ki, onu sevir, ancaq gördüyü yanlış rəftara görə onu cəzalandırır. Valideyn çalışmamalıdır ki, övladı ancaq onu sevsin və yəni övladı ya anasını və ya atasını sevsin. Ata və anaya bəslənən məhəbbəti bərabər olmalıdır. Övladınıza öyrədin ki, sizin ona göstərdiyiniz sevgini o da sizə göstərsin. Həmçinin bacı və qardaşlarına. Valideyn bunu uşaq dili ilə ona öyrədə bilər. Beləliklə deyə bilərik ki, valideyn övladına olan sevgisini dildən çox, əməldə göstərməlidir. Sevgisində mötədil olmalıdır, səmimi olmalıdır. Bu sevgisini başqalarına da hiss etdirməyini ona təlqin etməlidir. Bundan başqa uşaq bilməlidir ki, valideyn onu sevdiyi kimi tənbeh də edə bilər. Bu onu sevmədiyi mənasını verməz. Valideyn həm sevər və həm də yanlış iş gördüyü zaman onu tənbeh edə bilər. Valideyn övladları arasında sevgini bərabər bölməlidir, ayrı-seçkilik etməməlidir. Bəli, uşaqlar bizim üçün Allahın əmanətidir. Bu əmanətə sevgimizi, məhəbbətimizi verək, ancaq nə ifrat edək, nə də təfrit. (Tebyan/ Deyerler.org) | |
Views: 1558 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |