Şənbə günü, 2024-11-23, 11:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Tərbiyədə lazımlı olan sözlər
2013-01-02, 8:53 AM
Tərbiyədə lazımlı olan sözlər


Uşaq tərbiyəsi müasir dövrün ən mühüm məsələlərindən biridir. Hər bir valideyn bu yolda təcrübə yığmağa çalışır. Çünki bu günün uşaqlarının həm psixoloğiyası və həm də dünyaya baxışı çox fərqlidir. Valideyn bu psixologiya ilə tanış olmadan uşağı düzgün tərbiyə edə bilməz.

Valideynin bilməli olduğu məsələlərdən biri də budur ki, bəzi sözlər vardır ki, onları övladına desə, daha yaxşı nəticə ala bilər.

Əgər uşağınız və dostları otağında oyun oynayır və səs salaraq, sizə əziyyət verirsə, yaxşı olar ki, bu zaman deyəsiniz: "Uşaqlar, ya bu otaqda sakit oynayın, ya da başqa yerə keçin”. 5 dəqiqə gözləyin, əgər sakitləşməsələr, otağa girin deyin ki, deməli otaqdan çıxmağı qərara almısınız. Bu cümlə sizi mənfi tərəf kimi göstərməz. Onlar belə düşünürlər ki, bu, onların öz qərarları olmuşdur. Ona görə də uşaq öz əməlinə görə məsuliyyət hiss edəcəkdir.

Əgər övladınıza yaxşı və pis işləri öyrətmək istəyirsinizsə, ona deyin ki, yaxşı və pis işlər vardır. Amma yaxşı uşaq və pis uşaq yoxdur. Bütün uşaqlar yaxşıdır. Valideynin əsas məqsədi – qayda-qanunları öyrətmək və ona münasib rəftar etməyi təlqin etməkdir. Onun nalayiq rəftarına etiraz etsəniz də, məhəbbətinizi ondan əskik etməyin. Ona deyin: "Mən səni çox istəyirəm, ancaq sənin bu işini bəyənmirəm”.

Əgər uşağınız elə iş görüb ki, sizi narahat edibdir, ona deyin ki, hansısa çətinliyə düşmüsünüz. Məsələn, deyin: "Televizorun yüksək səsi mənə başağrısı verir”. Ona deyin ki, bu işdə sizə yardımçı olsun.

Bəzən uşağınız əsəbləşir və elə cümlə işlədir ki, sizin diqqətinizi cəlb edə bilsin. Məsələn, deyir: "Səndən xoşum gəlmir”. Bu zaman siz ona daha münasib cümlə qurmağa yardım edin. Deyin ki: "Sənin hisslərini başa düşürəm, sənə necə kömək edə bilərəm?”.

Müxtəlif insanların müxtəlif ehtiyacları olur. Bəzən uşaqlar valideynə etiraz edərək, deyirlər: "Ədalətə riayət et və ədalətli ol”. Bu cümlə o zaman işlədilir ki, uşaq özü üçün xüsusi əşya istəyir. Çünki qardaşı üçün həmin şeyi alıblar, ancaq ona yox. Bu zaman uşağınıza öyrədin ki: "Ədalət o şeydir ki, hər bir insan ehtiyacı olduğu şeyi əldə etsin. Əgər sənin eynəyə ehtiyacın varsa, bacının ayaqqabıya ehtiyacı vardır. Ona görə də hər kəs öz ehtiyacına uyğun olanı almalıdır. Budur ədalət. Məgər, bacının qulağı irinləyən zaman dərman içirsə, sən də həmin dərmandan içməlisən?”.

Bəli, uşağımızı həm sevməli və həm də tənbeh etməliyik. Bunun üçün də işlətdiyimiz cümlələrin rolu çox mühümdür.



(Tebyan/ Deyerler.org)
Category: Uşaq | Added by: Ənfal
Views: 1359 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 GADİR   (2013-01-02 11:29 PM) [Daxil et]

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]