Main » Files » Qadın » Uşaq |
Şəxsi fikir uşağın haqqıdır
2013-02-19, 12:31 PM | |
Uşaqlar adətən beş yaşına kimi daha çox fəal olurlar və onları izləmək çətinləşir. Onlar hər şeyə toxunmaq, baxmaq və s. istəyirlər. Böyüklərə elə gəlir ki, uşaq bu tərslik və ziyanəvərliyi qəsdən edir. Lakin həqiqətdə bu, uşaqların inkişaf formasıdır və buna yalnız sevinmək lazımdır. Bunu anlamaq çox vacibdir! Belə olan təqdirdə tənbeh əsassızdır və təhlükəli ola bilər. Burada yalnız bir çıxış yolu var: uşağı daima izləmək. Çünki o, özünə ziyan yetirə və sizin əşya və mebellərinizi zədələyə bilər. Bu halda uşağa izah etmək, qadağa qoymaq, göz yaşlarına fikir verməmək, heç bir halda ağlamağına, incikliyinə aldanmamaq və ona güzəştə getməmək lazımdır. Qoy, uşaq əvvəlcədən elə düşünməsin ki, sizi yumşaltmaq olar. Bizə "uşaq nəyisə acığa edə bilməz” anlayışını anlamaq çətindir. Onun hərəkətlərinə bu xasiyyəti biz yapışdırırıq. Həqiqətdə, uşağa qadağanın səbəbi sadəcə aydın deyil. Deməli, siz onu inandıra biləcək izahı tapmamısınız. Çox vaxt bu yaşda olan uşaqlarla böyüklər arasında münaqişələr onları himayə edənlər tərəfindən xüsusi düşünən bir fərd kimi qəbul edilməmələrindən qaynaqlanır. Böyüklər uşaqların gözlənilməz davranışlarına etiraz edirlər. Onlar istəyirlər ki, hər şey gözlənilən olsun, hər şey doğru istiqamətdə davam etsin. Lakin belə olmur. Anadan olduğu gündən uşaq xüsusi şəxsiyyətdir. Bunu qəbul etmək lazımdır ki, şəxsi fikir və hətta söz eşitməmək uşağın haqqıdır. Düşünün! Əks halda nəticələr ifrat dərəcədə arzuolunmaz olar. Ən yaxşı halda uşağınız sizi özündən uzaqlaşdıracaq. O sizdən qorxacaq, lakin sizə hörmət etməyəcək. Zəhərlənmiş cismani cəzalara məruz qalan uşaq psixoloji sapma və problemlərlə böyüyər. Uşaqla rəftarda güc tətbiq edərək, siz ona "güclü olan haqlıdır” düşüncəsini dərk etdirirsiniz. Uşağın beyni bunu haqq kimi qəbul edir, çünki bu onun öndər kimi qəbul etdiyi öz valideynlərindən qaynaqlanır. Özünü saxlaya bilməyən və sərt valideynləri çətin ki, düzəltmək olar. Uşaqlarınızı sındırmaqla onların gələcəyini puç etməyin. Heç bir valideyn uşağının yalançı, qorxaq, psix (dəli və ya manyak), formalaşmamış (və ya sadəcə özünə inamı olmayan) birisi olmasını istəməz. Elə isə tövsiyələrimizə əməl edin: • Uşağın şəxsiyyətini alçatmaq və onu tənqid etmək olmaz. "Sən bunu və bunu səhv etdin” deməksə, düzgündür. • Onlarla böyük kimi ünsiyyət saxlamaq lazımdır. Sanki bərabərsiniz. Lakin bununla yanaşı ona dərk etdirmək lazımdır ki, valideyn öndərdir, həmişə kömək edən və anlayışlıdır. • "Niyə mən səni doğdum?! Sən mənə lazım deyilsən” və s. kimi ifadələri uşağa demək olmaz. Fiziki tənbehlər yalnız şiddət və kəskinlik gətirir. Başqa cür tənbehlər də var: məsələn, gəzməkdən, televizora baxmaqdan və sairədən məhrum etmək. Əgər uşaq hansısa tənbehi haqq olaraq qazanıbsa, onda o, mütləq nə üçün tənbeh olunduğunu bilməlidir. Tənbeh təqsirə uyğun olmalıdır. O, bilməlidir ki, valideynlərin məhəbbəti tənbehlə bitmir. Və o, bir şəxsiyyət kimi yox, sadəcə təqsirinə görə cəzalandırılır. O, öz səhvini mümkün qədər düzəltməlidir və tənbehdən sonra uşaq mütləq bağışlanmalıdır. Bu, valideynlərin məhəbbətinin təsdiqidir. Tez təsirlənən uşaqlar da var ki, onlara cəza seçərkən çox ehtiyatlı olmaq lazımdır. Yeri gəlmişkən, valideynin ciddi intonasiyası bəzi uşaqları ədəbsiz davranışdan saxlayır. Siz artıq uşağın 4-6 yaşı olduğu vaxtdan onu gələcəkdə nə gözlədiyini fikirləşməlisiniz. Uşağı döymək, boynuna vurmaq və ya onun üzərinə qışqırmaq istədiyiniz zaman siz bu haqda düşünün və vəziyyəti düzgün qiymətləndirin. Unutmayın ki, danışıq həmişə vurmaqdan daha effektli və təsirlidir. kovser.az | |
Views: 868 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |