Bazar ertəsi, 2024-12-30, 8:15 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Qız uşağı istəyək, yoxsa oğlan?
2013-02-10, 8:07 PM

Qız uşağı istəyək, yoxsa oğlan?

 Qədim zamanlarda atalar oğlan övladına sahib olan zaman çox sevinər və xoşhal olardılar. Oğlan uşağını özləri üçün dayaq nöqtəsi hesab edirdilər. Böyüyən zaman atasına qazanc əldə etməkdə yardım edəcəyinə bel bağlayırdılar. Ancaq qız uşağının aqibəti haqqında hamımızın xəbəri vardır.

Bu gün isə cahliyyət dövründə yaşamırıq. Ancaq atalar yenə də oğlan övladlarına sevinir və qız övladlarına görə qəmgin olurlar. Halbuki qız övladının nə qədər bərəkət gətirdiyini yaxşı bilirlər.



Qız övladlarının nə qədər bərəkətə malik olduğuna aid çox sayda hədis vardır. Onlardan bəzisinə işarə edək.

İmam Sadiq (ə) bir kişini görür ki, qızı olduğu üçün çox narahat olur. Həzrət (ə) ona buyurur: "Əgər Allah-Təala sənə desə ki, Mən sənin üçün seçim, yoxsa sən seçirsən, nə deyərdin?” Dedi: "Deyərəm ki, Allahım, Sən özün seç!” Buyurdu: "İndi Allah sənin üçün seçmişdir, (niyə narahatsan?)”.

Həzrət Xızrın (ə) Allahın əmri ilə öldürdüyü uşaq oğlan uşağı idi. Quran buyurur: "Beləliklə, Rəbblərinin onlara paklıqda (ruhunun küfr və itaətsizlikdən pak olması baxımından) daha yaxşı və mərhəmət və mehribanlıqda daha yaxın (olan bir övlad) əvəz verməsini istədik”. ("Kəhf” 81). Allah bu oğlanın yerinə onlara qız övladı verir. O qızın nəslindən 70 peyğəmbər dünyaya gəlir”.



Əban ibni Təğləb deyir: "İmam Sadiq (ə) buyurur: "Qızlar həsənə və oğlanlar nemətdirlər. Həsənəyə görə mükafat verilər. Ancaq nemətə görə sorgu-sual olunar”.

Allahın Rəsulu (s) buyurur: "O kəsin üç qızı olar, onların qəm və şadlığına dözərsə, Qiyamət günü onu atəş və əzabdan qoruyar”.

Əyyub ibni Nuh deyir: "Yəhya ibni Zəkəriyyanın həyat yoldaşı hamilə idi. Yəhya Əbul Həsənə (ə) məktub yazır ki, Allaha dua etsin ki, ona oğul övladı əta etsin. Həzrət (ə) cavabında yazır: "Halbuki, qız oğlandan yaxşıdır”. Həyat yoldaşı qız uşağı dünyaya gətirir.”

İkinci xəlifənin dövründə bir nəfər başqasına dava açır ki, mənə 400 dirhəm borcludur. Dava xəlifənin yanına gedib çıxır. Borclu olan kişi deyir: İndi mənim heç nəyim yoxdur. Ancaq həyat yoldaşım hamilədir və inşaallah qız övladı dünayaya gətirəcəkdir. Mənə bərəkət çatacaqdır və mən də sənin borcunu qayatarcağam. Çünki Peyğəmbər (s) buyurub: "Allah-Təala hər kimə qız övladı verərsə, ona mal və dinində bərəkət əta edər”.

Xəlifə bu sözü eşidən zaman kişiyə deyir: Mən sənin borcunu verərəm. Əmr edir və həmin pulu gətirirlər. Borc yiyəsinə deyir ki, götür. Həmin şəxs deyir: "Mən də Peyğəmbərdən (s) bu xəbəri eşitmişəm. Ancaq unutmuşdum. İndi ki, bu kişi həmin xəbəri mənim yadıma saldı, mən bu borcumu ona bağışlayıram”.

İnsanın dəyərini onun cinsiyyəti təyin etmir. Əsl meyar saleh övlad olmaqdır. Çünki saleh olmayan övlad valideyni dünya və axirətdə xar edər.

Həzrət Peyğəmbər (s) buyurur: "İsa ibni Məryəm (ə) bir qəbiristanlığın yanından keçir və orada bir nəfərə əzab verirdilər. Bir il sonra yenə həmin yerdən keçir. Görür ki, ona artıq əzab vermirlər. Buyurur: "Pərvərdigara! Keçən il bu qəbiristanlıqdan keçirdim, qəbir sahibinə əzab verirdilər. İndi ki, buradan keçirəm, ona əzab vermirlər”. Allah Təala ona vəhy edir: "Ya Ruhullah! Onun saleh oğlu var ki, yolları düzəldir, yetimlərə pənah verir. Mən də oğlunun etdiyi işlərə görə onu bağışladım”.

Beş dua vardır ki, Allahdan gizli qalmaz: "1. İmamın və adil rəhbərin duası. 2. Məzlumun duası. Allah Təala buyurur ki, mütləq intiqamını alacağam. 3. Saleh övladın ata və anası üçün etdiyi dua. 4. Saleh valideynin övladı üçün etdiyi dua. 5. Möminin mömin qardaşı üçün etdiyi dua”.

Beləliklə deyə bilərik ki, Allah bizə hansı övladı verirsə-versin, fərqi yoxdur, əsl meyar onun saleh övlad olmağıdır. Mömin ancaq saleh övlada malik olaraq, Allahın qarşısına alnıaçıq çıxa bilər.



(Tebyan/ Deyerler.org)
Category: Uşaq | Added by: Ənfal
Views: 2830 | Downloads: 0 | Rating: 2.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]