Şənbə günü, 2024-12-21, 7:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Övlada ictimai tərbiyə vermək
2012-12-23, 7:43 AM
Övlada ictimai tərbiyə vermək
 Uşaq tərbiyəsinin müxtəlif tərəfləri vardır, onlardan biri də ictimai tərbiyədir. Uşaq elə tərbiyə olunmalıdır ki, qarışıq ictimai mühitdə insanlarla ünsiyyət saxlaya bilsin.

Atalar və analar uşaqlarını tərbiyə etməkdə məsuliyyət daşıyırlar. Gərək düzgün proqramla bu işi həyata keçirtsinlər. Övladı yolunu azmasın, fəsaddan uzaq qalsın, gözəl şəxsiyyətə malik olsun.

Bu hədəfə çatmaq üçün valideynin məsuliyyəti çox ağırdır. İlk növbədə uşağın sağlamlığını təmin etməlidir. Sonra isə uşağa ədəb və əxlaq qaydalarını öyrətməlidir. Ona dini və Allahı tanıtmalıdır. O, bu işdə ciddi olmalıdır ki, övladı imanlı bir şəxsiyyət kimi formalaşa bilsin.

Bundan sonra valideyn övladına ictimai tərbiyə verməlidir. Onlar övladlarını ictimai həyatla tanış etməli və insanlarla necə yaxşı ünsiyyət qurmağı öyrətməlidirlər.

Uşaqlar quyuda olan su deyil ki, onu həmişə evdə saxlayasan. Onlar axır-əvvəl cəmiyyətə daxil olacaqlar. Uşaq bu qaynayan dənizə qoşulmamışdan qabaq gərək güclü ruhiyyəyə malik olsun. Hər valideyn inanır ki, övladı bu yolda müvəffəq olacaqdır.

Şübhəsiz ki, yaşadığımız həyatda çox sayda insanlarla qarşılaşırıq. Əlbəttə bu insanlar müxtəlif olur: kobud, eqoist, xeyirxah, təkəbbürlü və sair. Ona görə də uşaq elə tərbiyə edilməlidir ki, bu cür insanlarla ünsiyyət bağlaya bilsin.

Ata və ana övladına dini təlim verdiyi kimi ona lap kiçik yaşlarından ictimai tərbiyə də verməlidir. Ataların bir çoxu qədimi fikirli olaraq, uşaqlarına söz danışmaq və nəzərlərini bildirmək imkanı vermirlər. Uşağı sakit və cansız bir varlıq kimi böyüdürlər. Ancaq yeni nəsil uşağı bir şəxsiyyət kimi gördüyü üçün istəyir ki, hamı onun şəxsiyyətinə hörmət etsin. Təbiidir ki, uşaq əgər özünü bir şəxsiyyət kimi görsə, tədricən məsuliyyətləri qəbul edəcəkdir. Bu cür uşaq məktəbdə başqa şagirdlərlə çox yaxşı rabitə yaradır. Ancaq o uşaqlar ki, ciddi nəzarət altında böyüyüblər, çox sayda problemlə qarşılaşarlar. Bəziləri məktəbdən qaçarlar. Əgər onları məcburu məktəbə gətirirlərsə, onlar yaşıdları ilə dalaşır, ağlayır və küsürlər.

Atalar və analar ailə mühitində uşaqlarına tədricən ictimai ruhiyyə verməlidirlər. Ailədən sonra isə məsuliyyət məktəbə düşür və bu sahədə müəllimlərin çiyninə düşən vəzifə çox böyükdür.



(Tebyan/ Deyerler.org)
Category: Uşaq | Added by: Ənfal
Views: 798 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2012-12-23 10:26 AM) [Daxil et]
Allah razi olsun.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]