Main » Files » Qadın » Uşaq |
Naməhrəm övlad?
2013-05-25, 4:25 AM | |
Radikal vəhhabi yönümlü Ərəbistan müftisi Şeyx Muhəmməd Əl-Urəyfi özünün son fətvası ilə həm Səudiyyə, həm də dünya müsəlman aləmini hiddətə gətirir. Fətvada deyilir:" Bakirə qızlar təklikdə ataları ilə bir yerdə ola bilməzlər, bu haramdır. Çünki ata əxlaqi pozğunluğa düçar olub öz qızına təcavüz edə bilər". Urəyfi Küveytin "Əl-ənba" telekanalına verdiyi müsahibədə də açıqlayaraq deyir:" Quran qızların ata və qardaşları, əmi və dayıları ilə təklikdə qalmalarına icazə versə də, mən ataların harama düşəcəklərinə etimal verib bunu haram hesab edirəm!". İstər Quran, istərsə sünnə, istərsə də sağlam düşüncə ilə təzad təşkil edən belə bir gülünc fətva Məkkə və digər ərəb dövlətlərinin müftiləri tərəfindən də etirazla qarşılanır. Bundan belə nəticə çıxarmaq olar: Urəfyi və onun kimi müftilər qəribə də olsa, bu kimi bəyanatları yalnız şöhrət tapmaq üçün verirlər. | |
Views: 937 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0 |
Total comments: 1 | ||||||
|